• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Leş Tofiq"in "Ovçular"la nə əlaqəsi?.. - İTTİHAM

Cəmiyyət

13-10-2019, 14:30

"Leş Tofiq"in "Ovçular"la nə əlaqəsi?.. - İTTİHAM

Azərbaycanın qida sənayesində qorxunc vəziyyət bütün sahələri əhatə etməkdədir. Əhalinin sağlamlığına və genofonduna “terror” kimi qiymətləndirilən mənşəyi məlum olmayan məhsullar ölkənin bazarlarını, marketlərini bürüyüb.

Bu siyahıya yağ, düyü, ağartı, o cümlədən ən çox narahat doğuran kolbasa-sosiska və s. məhsullar daxildir.

Son dövrlərdə ortaya çıxan faktlar, iddialar, vətəndaşların şikayətləri, ən əsası “Leş Tofiq” adlı şəxsin tonlarla leş ət satmasının aşkarlanması bir təşviş, haqlı olaraq bir həyəcan doğurmağa başlayıb.

Çünki illərdir ki, kolbasa, dönər və s. məhsulların murdar, ölü, leş, qoca ətlərdən hazırlanması ittihamları səslənsə də, şirkətlər inkar edir, rəsmi qurumlar yola verən açıqlamalarla çıxış edirdilər.

Amma təkcə “Leş Tofiq”lə sübut olundu ki, millətin gələcəyi, uşaqlarımızın sabahı zəlil günə salınır, şikəst edilir, genofond dağıdılır, dünyaya övlad gətirəcək valideynlər məhv olunur, onkoloji xəstəliklər yayılır.

Eyni zamanda apardığımız araşdırmalar zamanı ucuz, mənşəyi bilinməyən, kərə adı ilə satılan yağları ortaya çıxarmağımız qida bazarında anarxiyanın olduğunu sübut etdi.

Amma anoloji vəziyyət həm də kolbasa-sosiska məhsulları ilə bağlı hökm sürür. Bu günlərdə “Leş Elgün” adlı birinin ələ keçməsi göstərdi ki, heç də murdar ət satanların kökü kəsilməyib.

Bu da istər-istəməz şübhələr yaradır ki, bu məhsullar dönərxanalara, kolbasa sexlərinə göndərilir. Təəssüf ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi lazımi səviyyədə araşdırmalar aparmır.

Reportyor.info bu xüsusda yağ bazarından sonra kolbasa-sosiska sektorunda apardığı internet araşdırmalarını təqdim etmək qərarıma gəlib.

Həftə sonu bir neçə kolbasa şirkətinin internet resurslarında adlarını axtarış verdik və belə aydın oldu ki, hər firma haqda ayrıca təftişə zərurət var. Bu təftişi həm AQTA, həm də onların müşayiəti ilə media aparmalıdır.

Çünki əksər kolbasa firmalarının barəsində neqativ informasiyalar daha çoxdur. Bunun səbəblərinə özləri də aydınlıq gətirməyiblər. Axı, ilk növbədə elə həmin şirkətlərin reputasiyasına zərbədir?!

Ona görə özləri maraqlı olmalı, rəsmi qurumlarla jurnalistlərin birgə yoxlamalar aparmasını, mediatur təşkil edilməsini istəməlidirlər.

İctimaiyyəti inandırmalıdırlar ki, istehlakçılara təklif etdikləri məhsullar heç də ölü, xəstə və ya “Leş Tofiq” kimi adamlardan alınmış ətlər deyil.

Bu aydınlıq gətirilməyincə, kolbasa şirkətlərinə olan şübhələr uzun müddət davam edəcək, müştərilərini getdikcə itirməyə başlayacaqlar.

Uzun sözün qısası, məsələn, internetdə axtarış aparanda qarşımıza adı tez-tez çıxan firmalardan biri “Ovçular ət və ət məhsulları” şirkəti oldu.

Yəqin ki, şirkət rəsmiləri özləri də internetdə araşdırsalar, istehsal etdikləri məhsuldan qorxacaqlar. Görəsən, doğurdanmı belədir? Uşaqlarımıza bu firmanın kolbasa-sosiskalarını həqiqətən yedirə bilərik, ya yox?

Çünki ayrı-ayrı informasiyalarda “Ovçular ət və ət məhsulları” haqda dəhşətli, ürəkbulandıran, vahimə yaradan məqamlar qeyd olunub.

Misal üçün: 2015-ci il. “halal” sözü yazılmış “Ovçular” kolbasasından donuz piyi çıxır.

2016-cı il. Bakıdakı mağazaların birində “Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır.

2016-cı il. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edir.

2017-ci il. “Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunur.

2017-ci il. Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polisİdarəsinin əməkdaşlarının iştirakı ilə Rəsulzadə qəsəbəsi, H.Ağamalıyevküçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alikoğluna məxsus kolbasa məhsullarının satışı anbarın dayararlıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarımhisəverilmiş “Krakovskaya” və ”Xlbmaya” kolbasaları, eləcədə “Ovcu” sosiskanümunələrininolmasımüəyyənedilir.

Reportyor.info mediaya istinadla yazır ki, “Ovçular” haqda iddialar bununla məhdudlaşmayıb. Mətbuatda gedən iddialara görə, müəssisənin kolbasa və sosisləri reklam olunduğu kimi heç də standartlara uyğun deyil.

MMC fəaliyyətə başladığı 1992-cı ildən bu tərəfə məhsul assortimentini təxminən 170-ə çatdırsa da, bazarın müvafiq seqmentində ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməyib.

Bundan əlavə əldə, şirkətin ayrı-ayrı məhsulları üzrə Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzindən Gigiyenik sertifikatı olsa da, kolbasa və delikateslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur.

Ətin, inqredientlərin keyfiyyəti, haradan və hansı ölkədən idxal edildikləri məlum deyil. Eləcə də xammalın saxlanma şəraitinə dair bilgi yoxdur.

Şirkət isə saytların birində rəsmi açıqlama verərək ümumi mətbuatı böhtan yazmaqda günahlandırıb. Amma müəssisədə “açıq qapı” günü elan edə, medianı istehsalat prosesi ilə tanışlığa çağıra bilərdi.

İddialar səslənir ki, son vaxtlar bu məhsulları alanlar da azalıb. Amma “Ovçular” bu mənada bazarda tək deyil, bir çox kolbasa şirkətləri inamı itiriblər, əhali onlara yaxın getmir.

Hazırda daha çox “Belarus” mağazalarından kolbasa almağa üstünlük verilir. Çünki “SAB”, “Ovqat”, “Rosko”, “Səhliyalı” və s. şirkətlər də etimadı itiriblər. Onlarla bağlı araşdırmalarımız da olacaq.

Ümumiyyətlə, qida bazarındakı xaos olduqca narahatedicidir və AQTA tərəfindən yoxlamalar davamlı xarakter daşımalıdır. Bununla belə, adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Reportyor.info

Oxunub: 915
Paylaş:
Digər xəbərlər

Hadisə

16-10-2019, 12:11

Lənkəranski və Qulinin həbs olunan tərəfdarlarından XƏBR VAR

Cəmiyyət

16-10-2019, 10:53

“Əhalini sayırıq” deyib, siyahıya almadılar

Cəmiyyət

16-10-2019, 10:47

Leş Tofiq, Beluqa Tahir və Akula Akifin statistikası

Şou-biznes

16-10-2019, 09:44

"Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir" — Nazir müavini

Mədəniyyət

10-10-2019, 09:59

Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdim

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
26-07-2026, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
26-07-2026, 12:52
Qəbələdə "Aquapark" yanır
Son xəbərlər
  • Bugün, 09:05
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın iclası keçirilib
  • Bugün, 09:03
    İlham Əliyev Qırğızıstanda rəsmi qarşılandı
  • Dün, 10:11
    Sabiq deputata vəzifə verildi
  • Dün, 09:55
    Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
  • Dün, 09:32
    2025-ci ildə təxminən 500 milyon manatlıq 1360 satınalma ləğv edilib - Vüqar Gülməmmədov
  • Dün, 09:31
    Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
  • Dün, 09:25
    Brent yenidən dəyər itirdi: 89 dollara düşdü
  • Dün, 09:24
    Günəşi palçıqla örtmək olmaz Kürdlər tarixdə: kürdofoblara cavab
  • Dün, 09:20
    Rəsmi məzənnələr açıqlandı: avro bahalaşdı, dollar isə...
  • Dün, 09:18
    "Qarabağ" bu gün həlledici oyununa çıxır
  • Dün, 09:15
    Ermənistan və Rusiya bir-birindən nə istəyir və Qazaxıstanın bununla nə əlaqəsi var?
  • Dün, 09:08
    Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - Rəsmi
  • Dün, 09:03
    Yaponiyada zəlzələ qurbanlarının 28 nəfər oldu
  • Dün, 09:01
    Bakının əsas yollarında TIXAC var
  • 29-07-2026, 16:30
    “Qarabağ” Bolqarıstana yola düşdü
  • 29-07-2026, 16:27
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:00
    İşdən çıxarılan məmura yeni vəzifə verdi
  • 29-07-2026, 14:03
    Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
  • 29-07-2026, 14:01
    Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA
  • 29-07-2026, 09:34
    Evi yararsız vəziyyətə düşən ailə üçün çadır quruldu - VİDEO
  • 29-07-2026, 09:31
    Anar Bayramov bu tibb mərkəzinə direktor təyin etdi
  • 29-07-2026, 09:28
    Daha bir bələdiyyə sədri saxlanıldı
  • 29-07-2026, 09:22
    Portuqaliyada azərbaycanlı gənc itkin düşdü
  • 29-07-2026, 09:21
    “Brent” nefti bahalaşdı
  • 29-07-2026, 09:15
    60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
  • 29-07-2026, 09:12
    Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi
  • 29-07-2026, 09:10
    Parlament jurnalistləri üçün qaydalar sərtləşdi: ciddi geyimdə gəlin!
  • 29-07-2026, 09:09
    Paytaxtın 4 əsas yolunda TIXAC var
  • 29-07-2026, 09:07
    Müəllimlərə imtiyazlar verin! - ÇAĞIRIŞ
  • 29-07-2026, 09:06
    Azərbaycanın lider universitetlərinin siyahısı
  • 29-07-2026, 09:04
    ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu
  • 29-07-2026, 09:00
    Yaponiyada ölənlərin sayı 13-ə çatdı
  • 29-07-2026, 08:58
    Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • 29-07-2026, 08:57
    Bu gün hava necə olacaq?
  • 28-07-2026, 20:25
    Qarabağ qazisi Bəhruz Məmmədovla bağlı iddialar: “Qazilərə qarşı belə münasibət qəbuledilməzdir”
Daha çox
24-07-2026, 15:37
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Qaradağ rayonunda keçirildi. 24.07.2026
24-07-2026, 14:29
“Space TV”nin bank hesablarına həbs qoyuldu
24-07-2026, 16:16
İki prokuror vəzifədən azad edildi, 8-i cəzalandırıldı
24-07-2026, 16:22
Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu
24-07-2026, 22:13
Bakıda güclü yanğın - POLİS YOLU BAĞLADI - YENİLƏNİB
24-07-2026, 11:00
Qarabağ və Şərqi Zəngəzurda şəffaf işləməyənləri ciddi cəza gözləyir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə