Yaman boğuluram bu gün,
Dərdin köynəyi
Dar gəlir mənə..
Açıram yaxasın,
Misra-misra,
Söz-söz...
Üzümü göyün
üzünə tutub,
Dərindən nəfəs
Alıram...
Günəş dodaqlarıyla
alov yollayır mənə,
Alov, gözlərimdə
Çiçəkləyir....
Göz yaşım suvarır
Çiçəkləri..
Gündüz və gecə....
Torpağın qoxusunu
İçimə çəkirəm,
Torpağdan misra
Ətri gəlir...
Qanlı misra
Ətri...
Ya şeir intihar edib,
ya şeiri qətlə yetiriblər
O torpağda...
Qanlı torpağda bitən
Çiçəyin ətri
Bir başqa olur...
Tamam başqa...
Göz yaşıyla suvarılan
Torpaq....qandan başqa
Nə qoxar ki???!
Nə bitirər ki??!
Bir yaş ümid,
Bir közərən dərd ..
Qanlı torpaq
Göz yaşıyla suvarılan
torpaq....
Ülvi Ələkbərzadə
Xəbərnur