
Meksikanın Oaxaka ştatında baş verən güclü zəlzələ nəticəsində 1 nəfər həlak olub.
XƏBƏRNUR Trend-ə istinadən bildirir ki, bu barədə ştatın qubernatoru Alexandro Murat bildirib.
Qubernator deyib ki, ilkin məlumatlara görə, Krusesitas yaşayış məntəqəsində binanın çökməsi baş verib, nəticədə bir nəfər həlak olub, digəri yaralanıb.
Onun sözlərinə görə, təbii fəlakət bəzi bina və infrastrukturlara da zərər vurub.
Meksika Milli Seysmoloji Xidmətinin verdiyi məlumata görə, 7,5 bal gücündə zəlzələ Sakit okean sahillərində Krusesita kəndindən 23 km məsafədə 5 km dərinlikdə yerləşib. Zəlzələ paytaxt da daxil olmaqla ən az 5 bölgədə hiss edilib.