• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Sahibkarlıqda yoxlamaların dayandırılması bu məsələlərə şamil olunmur

İqtisadiyyat

4-02-2026, 11:58

Sahibkarlıqda yoxlamaların dayandırılması bu məsələlərə şamil olunmur
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti uzadılacaq. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılacaq.

Sözügedən dəyişikliklər yoxlamaların həyata keçirilmə mexanizmlərinə, tənzimləyici qurumların roluna, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət imkanlarına, eləcə də ümumilikdə ölkə iqtisadiyyatının inkişaf dinamikasına birbaşa təsir göstərən amil kimi diqqət çəkir.

Açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması mexanizmi qanunla tənzimlənir.

“Qanunla müəyyən olunmuş müddət ərzində sahibkarlıq sahəsində planlı yoxlamalar dayandırılır, lakin qanunda istisna edilmiş bəzi yoxlamalar davam edə bilər (məsələn, həyat və sağlamlıq üçün təhlükə yaradan hallar). Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 oktyabr 2015-ci ildə imzaladığı fərmanın qərar hissəsində yoxlamaların aparılma halları, istisnalar və hansı qurumlar tərəfindən yoxlamaların aparılacağı ilə qaydalar müəyyən olunub. Bu, əsasən istisnanın şamil olunmadığı sahələr üzrə müvafiq icra hakimiyyəti orqanları, digər yoxlamaları isə İqtisadiyyat Nazirliyi və onun tabeliyindəki qurumlar tərəfindən aparılması nəzərdə tutulur”.

Deputat diqqətə çatdırıb ki, sahibkarlar yoxlamalar dayandırılıb deyə qanunlara riayət etməkdən çəkinməməlidirlər:

“Yoxlamaların dayandırılmasına baxmayaraq hər bir sahibkarın fəaliyyəti məsafədən izlənilir. Bu baxımdan hansısa bir sahədə qanunun tələblərinin icrası ilə bağlı şübhələr müəyyən olunursa, həmin sahədə də müvafiq qaydada yoxlama təşkil olunur və fəaliyyətlər yoxlanılır”.

Sədr müavini onu da əlavə edib ki, yoxlamaların dayandırılması heç də bütün yoxlamaların dayandırılması anlamına gəlməməlidir:

“Müvafiq fəaliyyət sahələri var ki, qanunla müəyyən olunmuş qaydada yoxlamaların aparılması davam etdirilir. Bununla yanaşı qeyd etməliyəm ki, yoxlamaların dayandırılması sahibkarların inzibati yükünü azaldır, iş mühiti sabitləşir və investisya mühiti yaxşılaşır. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün risklər azalır və fəaliyyətlərdə yoxlamalarla bağlı fasilələrin əmələ gəlməsi halları azalır. Təbii ki, hər bir yoxlamanın müsbət tərəfləri olduğu kimi sahibkarın fəaliyəti üçün mənfi tərəfləri də mövcuddur. Amma qanunla belə bir güzəştin tətbiq edilməsi vicdanlı sahibkarın fəaliyyətini yoxlamalardan qorunmasına yol açır.

Prezident İlham Əliyevin fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədi ilə qərar qəbul edilmişdir. Qərarda hansı sahələrdə yoxlamaların aparılmasının dayandırılmasının şamil olunmadığını və ya aparılmasına zərurət yarandığı təqdirdə, yoxlamaların aparılması qaydaları öz əksini tapmışdır. Məsələn, yoxlamaların dayandırılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara münasibətdə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara şamil edilmir”.

A.Badamov həmçinin vurğulayıb ki, sahibkarlıq sahəsində aparılan planlı və rutin yoxlamalar müəyyən olunmuş müddətdə dayandırıIır:

“Amma insanların həyat və sağlamlığına təhlükə yaradan hallarda, dövlət təhlükəsilziyi və iqtisadi maraqlar üçün vacib, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması və terrorçuluqun maliyyələşdirlməsi halları müəyyən olunanda yoxlamalar dərhal aparılır və müvafiq qanun belə hallara şamil olunmur. Eləcə də dövlət gömrük, vergi və digər qanunla müyəyyən edilmiş audit və nəzarət yoxlamaların aparılması da davam etdirilir”.

Deputat eyni zamanda sözügedən qərarın ölkə iqtisadiyyatına təsirləri və gözləntilərin qiymətləndirilməsi məsələsinə də aydınlıq gətirib:

“Bu qərarın gözləntiləri əsasən müsbətdir. Çünki, yoxlamaların dayandırılması ölkədə kiçik və orta biznes mühitini yaxşılaşdırır, sahibkarları investisyaların qoyulmasına stimullaşdırır və ölkədə iqtisadi aktivlik artır. Yəni belə bir qərarın müddətinin uzadılması ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyinin növbəti bir formaısıdır. Amma sahibkarlar da yoxlamaların dayandırılmasından sui-istifadə etməməli və qanunların tələblərinə riayət edərək fəaliyyətlərini qurmalıdırlar. Yoxlamaların dayandırılması sahibkarlarda məsuliyyət hislərini artırmalı və riskləri minimuma endirməlidir. İqtisadi aktivliyin artması və risklərin az müşahidə olunması da yoxlamaların dayandırılması müddətinin artırılması üçün bir çağırış olur”.

Yekun olaraq A.Badamov qeyd edib ki, 1 yanvar 2027-ci ilə qədər sahibkarlıq sahəsində yoxlamaların aparılmasının dayandırılması müddətinin uzadılmasında məqsəd azad sahibkarlıq mühitini təşviq etmək, kiçik və orta biznesin inkişaf etdirilməsini stimullaşdırmaqdır.

“Yoxlamaların dayandırılması sahibkarların üzərinə düşən inzibati və maliyyə yükünü azaldır. Bu da sahibkarların vaxtına və maliyyəsinə qənaət olunmasına, o cümlədən yoxlama prosedurları ilə bağlı iş fəaliyyətinin ahənginin qorunub saxlanılmasına töhfə verir. Yoxlamaların dayandırıldığı müddət də göstərdi ki, bu heç də sahibkarların məsuliyyətini azaltmır”, - deyə deputat bildirib.

Xatırladaq ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən aparılan yoxlamalar dayandırılıb. Bu müddət 2026-cı il yanvarın 1-də isə başa çatıb.

Oxunub: 128
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-02-2026, 11:08

Deputatlar tətildən qayıtdılar - İlk iclas başladı

Cəmiyyət

22-01-2025, 15:23

Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadıld

Cəmiyyət

15-04-2024, 11:20

Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yaydı

Siyasət

23-02-2021, 12:03

Deputatlar bu gün 22 məsələnin müzakirəsinə toplaşırlar

Cəmiyyət

17-03-2020, 17:56

Möhtəşəm təklif: Banklara borcu olanları sevindirək!

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • Bugün, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • Bugün, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • Bugün, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • Bugün, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
  • Bugün, 08:53
    Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA
  • Bugün, 08:51
    Dövlət müəssisələrinin yarıdan çoxu zərərlə işləyir - Natiq Cəfərli
  • Dün, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • Dün, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • Dün, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • Dün, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • Dün, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • Dün, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • Dün, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Dün, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • Dün, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
  • Dün, 09:11
    "Qarabağ" bu gün Konfrans Liqasının ilk oyununa çıxır
  • Dün, 09:08
    Paytaxtın 3 əsas yolunda TIXAC var
  • Dün, 09:06
    Ceyhun Bayramov Ukraynaya getdi
  • Dün, 09:05
    Kartdan-karta ödənişlərdə limit kimlərə tətbiq olunmayacaq? - AÇIQLAMA
  • 5-08-2026, 16:03
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • 5-08-2026, 16:02
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • 5-08-2026, 16:01
    Şöbə rəisi vəzifədən azad edildi
  • 5-08-2026, 15:31
    Azərbaycan İranı qardaş ölkə hesab edir - Hikmət Hacıyev
  • 5-08-2026, 14:02
    Sosial şəbəkələrdə yaş tələblərini pozanlar bu qədər cərimələnəcək
  • 5-08-2026, 14:01
    Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ
  • 5-08-2026, 13:59
    Vətən həsrəti bitənlərin sayı artır: daha 27 ailə doğma evinə köçdü
  • 5-08-2026, 11:24
    Dövlət Agentliyinin sədrinə müavin təyin olundu
  • 5-08-2026, 11:17
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
  • 5-08-2026, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • 5-08-2026, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • 5-08-2026, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • 5-08-2026, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • 5-08-2026, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • 5-08-2026, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə