Tərtər Rayon Mərkəzi Xəstəxanasında Xocalı soyqırımının 33 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbir iştirakçıları, Xocalı faciəsi qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Direktor Sərxan Cəlahani çıxış edərək bildirdi ki, Xocalı faciəsi Azərbaycan tarixinin qanla yazılmış səhifələrdən biridir. Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Xocalı hər gün bizimlədir. Ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bu hadisələrə siyasi qiymət verildi. 44 gün davam edən Zəfər savaşında Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edə bildi. Bu gün prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir. Bu gün Azərbaycan Prezidentinin fəaliyyəti bizə inam verir ki, Xocalı kimi hadisələrin, Azərbaycan-erməni münasibətlərinin qarşıdurmasının nəticəsi haqqın, ədalətin xeyrinə olacaq. “Xocalıya ədalət” layihəsi ilə Azərbaycan dünya ölkələrinin qarşısına çıxır”.
Daha sonra Tərtər rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Şəhidlər Memorial abidə kompleksinin önünə gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar. Şəhidlərin ruhuna dualar oxunub.