• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bakı Slavyan Universitetinin adı dəyişdirilsin? - Deputatlardan CAVAB

Cəmiyyət / Sosial

7-08-2025, 09:31

Bakı Slavyan Universitetinin adı dəyişdirilsin? - Deputatlardan CAVAB
Son günlərdə Azərbaycanda fəaliyyət göstərən Bakı Slavyan Universitetinin adı və fəaliyyət istiqaməti ilə bağlı yeni müzakirələr yaranıb. Ekspertlərin və ictimaiyyət nümayəndələrinin fikrincə, yalnız slavyan xalqlarının dili, mədəniyyəti və ədəbiyyatına xüsusi diqqət ayıran bir ali təhsil müəssisəsinin indiki qlobal çağırışlar fonunda əvvəlki missiyasını saxlaması artıq yetərli deyil.

Qeyd olunur ki, Bakı Slavyan Universiteti uzun illərdir rus dili və slavyan mədəniyyətinin öyrənilməsi sahəsində mühüm mərkəz kimi fəaliyyət göstərib. Lakin XXI əsrdə yalnız bu istiqamətlə kifayətlənmək, universitetin akademik çəkisini məhdudlaşdıra bilər. Müasir dövr çoxvektorlu, daha genişmiqyaslı yanaşmalar tələb edir. Bəzi ekspertlər buna görə universitetin adının və ümumi təhsil strategiyasının yenidən nəzərdən keçirilməsi zəruri hesab olunur.

Modern.az məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə həmsöhbət olub.

Deputat Ceyhun Məmmədov universitet sistemində ümumilikdə struktur dəyişikliklərinə ehtiyac olduğunu deyib:

“Universitetlərimizə yenidən baxmalıyıq. Eyni ixtisasları təkrarlayan, bir-birini təkrarlayan universitetlər var. Burada sistemsizlik, pərakəndəlik özünü açıq şəkildə büruzə verir. Mən artıq bir neçə dəfə qeyd etmişəm ki, ümumiyyətlə, universitetlərə qəbul kvotalarla aparılmalıdır. Bu gün bir ixtisas üzrə minlərlə gəncin məzun olduğunu görürük. Lakin onların mütləq əksəriyyəti iş tapa bilmir və nəticədə dövlətə qarşı narazılıq yaranır. Gənclər hesab edirlər ki, dövlət onların iş tapmasına yardımçı olmur”.Deputat qeyd edir ki, bu problemin aradan qaldırılması üçün ciddi təhlillərə və sistemləşdirməyə ehtiyac var:

“Elə sahələr var ki, orada mütəxəssis çatışmır. Elələri də var ki, mütəxəssis çoxdur, amma iş yoxdur. Bu baxımdan universitetlərin ciddi şəkildə sistemləşdirilməsinə və qruplaşdırılmasına ehtiyac var”.

O, həmçinin Bakı Slavyan Universitetinin adı ilə bağlı müzakirələrə də münasibət bildirib. Ceyhun Məmmədovun fikrincə, bu məsələdə tələskənliyə yol vermək olmaz:

“Biz slavyan deyəndə yalnız Rusiyanı nəzərdə tutmuruq. Təəssüf ki, bir çoxları bu şəkildə düşünür. Amma slavyan xalqları dedikdə Ukrayna, Belarus və digər xalqlar da nəzərdə tutulur. Azərbaycanda bu xalqların tarixi, mədəniyyəti və ənənələrini bilən insanlara ehtiyac var. Az da olsa, bu sahədə mütəxəssislər yetişdirilməlidir”.

Ceyhun Məmmədov əlavə edir ki, hazırda informasiya müharibəsi fonunda rus dilini bilən, bu dildə yaza və fikrini ifadə edə bilən mütəxəssislərə ehtiyac daha da artır:

“Hazırda rus dilində danışan çoxdur, amma yazıb-pozmaq bacarığı olanlar azdır. Bu bizi ciddi şəkildə narahat etməlidir. Dağıtmaq asandır, lakin yenidən qurmaq daha çətindir. Ona görə də bu məsələdə tələsməyə gərək yoxdur. Gələcəkdə Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin birləşdirilməsi də nəzərdən keçirilə bilər. Amma bu cür məsələlərdə tələsik qərar qəbul edilməməlidir”.


Deputat Elnarə Akimova isə Bakı Slavyan Universitetinin adının dəyişdirilməsinin əleyhinədir. O, bu adın 2000-ci illərin əvvəllərində birbaşa Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə verildiyini xatırladır:

“O zamana qədər bu təhsil müəssisəsi Mirzə Fətəli Axundzadə adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutu adlanırdı və əsasən rus dili müəllimləri hazırlayırdı. Ulu Öndərin sərəncamı ilə universitetə Bakı Slavyan Universiteti adı verildi və o, bu adla daha geniş fəaliyyət göstərməyə başladı”.

Deputat bildirib ki, universitetdə təkcə rus dili deyil, bir çox digər slavyan xalqlarının dili və ədəbiyyatı üzrə də mütəxəssislər hazırlanır:

“Slavyan Universitetində rus, ukrayna, belarus, çex, bolqar, polyak dilləri üzrə mütəxəssislər hazırlanıb. Sonralar universitetdə yunan, türk və german dilləri üzrə də tədris proqramları tətbiq olunmağa başladı. Bu təhsil ocağının fəaliyyət dairəsi çoxmədəniyyətlilik, qlobal dillər və beynəlxalq münasibətlər üzərində qurulub”.

Elnarə Akimova hesab edir ki, bu ad yalnız dövrün siyasi tələblərinə uyğun dəyişdirilə bilməz:

“Slavyan Universiteti sıradan bir ad deyil. Onun təməlində Ulu Öndərin düşünülmüş qərarı dayanır. Bu ad hər hansı dövrün, zamanın konjonkturasına görə dəyişdirilə bilməz. Universitet ölkəyə lazımlı mütəxəssis hazırlayır və onu tez-tələsik qərarların predmetinə çevirmək olmaz”.

Oxunub: 219
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-10-2024, 10:54

Bu universitetə yeni mətbuat katibi təyin edildi

Cəmiyyət

6-08-2024, 11:50

Türkiyə-Azərbaycan Universiteti hansı binada fəaliyyət göstərəcək? - AÇIQLAMA

Cəmiyyət

19-08-2024, 14:50

Türkiyə-Azərbaycan Universitetinə kim rəhbərlik edir? - RƏSMİ CAVAB

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
10-09-2026, 09:34
Xocalıda mina partladı, xəsarət alan var
9-09-2026, 08:57
Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
4-09-2026, 09:50
Xırdalanda obyektdə yanğın
Son xəbərlər
  • 10-09-2026, 11:26
    Azərbaycandan Ermənistana yeni tranzit: 3 min ton taxıl
  • 10-09-2026, 11:24
    Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR
  • 10-09-2026, 11:05
    Cəbrayılın Soltanlı kəndinin tikintisindən yeni görüntü
  • 10-09-2026, 10:56
    Tramp amerikalılara pul paylayacaq - hər kəsə 5 min dollar
  • 10-09-2026, 10:45
    Yeni Azərbaycan Zəfər zirvəsindədir!
  • 10-09-2026, 10:40
    “Brent” neftin qiyməti ucuzlaşdı
  • 10-09-2026, 10:30
    Ankarada Heydər Əliyevlə Atatürkün xatirəsi yad olundu - Fotolar
  • 10-09-2026, 10:26
    Ötən ay tarixin ən isti avqustu olub
  • 10-09-2026, 10:13
    Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum oldu
  • 10-09-2026, 10:08
    Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr
  • 10-09-2026, 09:57
    Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS
  • 10-09-2026, 09:54
    Prokurorluq “Zipline”də iki nəfərin ölümünün səbəblərini AÇIQLADI
  • 10-09-2026, 09:43
    Dünyanın 120 ölkəsi Azərbaycanı seçdi - əcnəbi tələbələrin sayı artır
  • 10-09-2026, 09:40
    Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarının vaxtı açıqlandı
  • 10-09-2026, 09:34
    Xocalıda mina partladı, xəsarət alan var
  • 10-09-2026, 09:25
    Şükürbəyliyə qayıdan 25 ailənin sevinc dolu anları - GÖRÜNTÜ
  • 10-09-2026, 09:16
    Paşinyan Makronla görüşdü
  • 10-09-2026, 09:13
    “Cimbom” ÇL-ə məğlubiyyətlə başladı - Video-Yenilənib
  • 10-09-2026, 09:09
    Trampla telefon danışığını ləğv etdi
  • 9-09-2026, 20:05
    Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
  • 9-09-2026, 14:39
    Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
  • 9-09-2026, 14:36
    Ceyhun Bayramov Mirzoyanla görüşəcək
  • 9-09-2026, 09:42
    Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
  • 9-09-2026, 09:20
    “Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucal
  • 9-09-2026, 09:16
    Messi bu klubu alır
  • 9-09-2026, 09:13
    İran İordaniyadakı ABŞ bazalarını vurdu
  • 9-09-2026, 09:10
    Qatlanan iPhone 4080 manat olacaq
  • 9-09-2026, 08:59
    Hazırda Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHI
  • 9-09-2026, 08:57
    Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
  • 8-09-2026, 16:32
    Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
  • 8-09-2026, 15:44
    Uşaqlı ailələrə ipoteka və ilkin ödəniş dəstəyi təklif olunur
  • 8-09-2026, 15:14
    Ali Məhkəmədən kreditlə bağlı ciddi xəbərdarlıq
  • 8-09-2026, 13:56
    DİM sədri 2027-ci ildə imtahanlarda ediləcək dəyişiklikləri AÇIQLADI
  • 8-09-2026, 11:44
    Bu yolda sürət həddi endirildi - Yenilənib
  • 8-09-2026, 11:00
    Rusiya Kiyevi vurdu: ölən və yaralananlar var
Daha çox
8-09-2026, 16:32
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
9-09-2026, 09:42
Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
9-09-2026, 20:05
Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
9-09-2026, 09:10
Qatlanan iPhone 4080 manat olacaq
8-09-2026, 08:49
Bu gün Çempionlar Liqasının oyunları başlayır - TƏQVİM
8-09-2026, 08:55
Tramp neftin ucuzlaşacağı vaxtı açıqladı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə