Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü Gürcüstanda qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatının əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, iş adamları və ictimaiyyət nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Səfir və digər rəsmi şəxslər daha sonra Rustavi şəhərindəki Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Azərbaycan-Gürcüstan dostluğunun inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin Tbilisidə, Kür çayının sahilindəki abidə kompleksi də ziyarət olunub.
Xəbərnur