Sumqayıtda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən bildirilib.
"Dekabrın 2-si saat 23:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 kişi, 1 qadın) hospitalizasiya olunub.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.