• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Qrammatikanı bilirik, danışa bilmirik: Xarici dil tədrisinin əsas problemi

Cəmiyyət / Sosial

22-01-2026, 08:57

Qrammatikanı bilirik, danışa bilmirik: Xarici dil tədrisinin əsas problemi
Xarici dil bilikləri müasir dünyada yalnız akademik üstünlük deyil, eləcə də sosial, peşəkar və mədəni inteqrasiyanın əsas şərtlərindən biri kimi səciyyələndirilir. Buna baxmayaraq, bir çox hallarda məktəbi bitirən məzunların illərlə xarici dil təhsili almasına rəğmən, dili real ünsiyyət səviyyəsində istifadə etməkdə, kommunikasiya qurmaqda çətinlik çəkməsi müşahidə olunur. Belə ki, ənənəvi dil tədrisi modellərində qrammatika qaydalarının izahı və yazılı tapşırıqların icrası əsas yer tutur, halbuki dilin əsas funksiyası ünsiyyətdir. Danışıq və dinləmə bacarıqları isə çox zaman ikinci plana keçir.

Maraqlıdır, təhsil sistemində hansı addımlar atılmalı, habelə islahatlar aparılmalıdır ki, məktəb yaşlarından başlayaraq məzun olanadək şagirdlərdə səlis dil və kommunikasiya bacarıqları sistemli şəkildə formalaşdırılsın və inkişaf etdirilsin?

Mövzu ilə bağlı açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə öz təcrübəsindən çıxış edərək qeyd edib ki, hazırkı məktəb proqramında dil bacarıqlarının formalaşdırılması əsasən qrammatikaya yönəlib.

“Xarici dillər, xüsusilə də ingilis dili, daha çox qrammatika əsaslı şəkildə tədris olunur. Bu da bir daha onu göstərir ki, şagirdlərin dil bacarıqlarının əsasən qrammatik biliklər üzərində qurulmasıyla bərabər, eyni zamanda digər vacib bacarıqlar - dinləmə, danışma, oxuma və oxuduğunu mətn üzərində analiz etmə kifayət qədər inkişaf etmir”.

Komitə sədrinin sözlərinə görə, bu problemi aradan qaldırmaq üçün tədris metodikasının dəyişdirilməsi vacibdir:

“Məsələn, auditoriyalarda dinləmə bacarıqlarını inkişaf etdirmək məqsədilə audio və audiovizual avadanlıqların, maqnitafon istifadəsi genişləndirilməli, habelə dil bacarıqlarının inkişafı perspektivində spikerlərin cəlbi həyata keçirilməlidir. Bundan əlavə, dərslərdə dil daşıyıcısı olan müəllimlərin iştirakı şagirdlərin dinləmə və danışma bacarıqlarının, ümumilikdə isə kommunikasiya qabiliyyətlərinin inkişafına ciddi töhfə verə bilər. Məhz bu yanaşma ilə dilin praktik istifadəsinə əsaslanan bacarıqları effektiv şəkildə inkişafı mümkündür”.

Təhsil eksperti Ramin Nurəliyev isə hesab edir ki, dil öyrənmə qabiliyyəti, şübhəsiz ki, müəyyən istedad və bacarıq tələb edir:

“Lakin burada əsas məsələ dilin öyrənilməsindən çox, onun necə öyrədilməsidir. Yəni həlledici faktor öyrədənin metodikası və öyrətmə qabiliyyətidir. Əlbəttə, qrammatikanı bilmək vacibdir, lakin təkcə qrammatika dili öyrənmək üçün kifayət etmir.

Xüsusilə, ingilis dilində danışıq bacarığı mütəmadi şəkildə tətbiq olunmalıdır. Daimi danışıq olmadan dil inkişaf etmir. Əks halda, insan yalnız qrammatikanı bilən, lakin danışa bilməyən bir vəziyyətdə qalır. Məhz bu səbəbdən əvvəlki illərdə qrammatikaya həddindən artıq üstünlük verildiyi üçün şagirdlərin danışıq bacarıqları zəif formalaşırdı. Onlar qaydaları bilirdilər, amma dili istifadə edə bilmirdilər”.

Ekspert bildirib ki, dinləmə və danışma bacarığı zəif olan şagird müəyyən müddətdən sonra qrammatikanı da unudur:

“Dilin real şəkildə mənimsənilməsi üçün o dil mütləq praktik formada danışıq mühitində tətbiq edilməlidir. Yəni dili inkişaf etdirmək istəyən şəxs mütləq həmin dildə kimlərləsə ünsiyyət qurmalı, yaxud o dildə filmlər izləməlidir.

Məsələn, ingilis dilində filmlərə baxmaq, seriallar izləmək, xarici dildə hazırlanmış video materialları dinləmək çox effektiv üsuldur. YouTube və digər internet platformalarında danışıq bacarığını inkişaf etdirən çoxsaylı proqramlar və videoçarxlar mövcuddur. Bu materialların mütəmadi izlənilməsi danışıq qabiliyyətini ciddi şəkildə artırır”.

Ekspert təəssüflə qeyd edib ki, həm orta ümumtəhsil məktəblərində, həm də ali təhsil müəssisələrində qrammatika ilə yanaşı danışıq formasına yetərincə yer verilmir:

“Əksər hallarda tədris prosesi tam şəkildə ingilis dilində aparılmır. Universitetlərdə tədrisi ingilis dili olan ixtisaslar mövcuddur, lakin bir-iki ali təhsil müəssisəsi (məsələn, ADA, UNEC və bəziləri) istisna olmaqla, əksər hallarda dərslər faktiki olaraq Azərbaycan dilində keçirilir.

Bunun bir neçə səbəbi var. Birinci əsas səbəb kadr çatışmazlığıdır. Tədrisi ingilis dilində olan ixtisaslar mövcud olsa da, həmin proqramı ingilis dilində izah edə bilən peşəkar müəllimlər kifayət deyil. İkinci səbəb isə tələbələrin səviyyəsidir. Şagirdlər orta ümumtəhsil məktəblərindən gəldikləri üçün çox vaxt ingilis dilində ixtisas dərslərini mənimsəyə biləcək hazırlıq səviyyəsinə malik olmurlar.

Nəticə etibarilə, müəllim dərsi ingilis dilində keçə bilmədiyi, yaxud tələbələr dərsi anlaya bilmədiyi üçün tədris Azərbaycan dilinə keçilir. Lakin problem burasındadır ki, dərslər ana dilində keçirildiyi halda imtahanlar tam şəkildə və yüksək səviyyədə ingilis dilində təqdim olunur. Bu isə tələbələr üçün ciddi çətinlik yaradır və haqlı narazılığa səbəb olur”.

R.Nurəliyev onu da əlavə edib ki, əgər ali təhsil müəssisəsi tədrisi ingilis dili olan ixtisas açırsa, buna hərtərəfli - həm müəllim heyəti, həm maddi-texniki baza, həm laboratoriyalar, eləcə də tədris metodikası baxımından hazır olmalıdır:

“Təəssüf ki, bəzi dövlət və xüsusilə özəl ali təhsil müəssisələrində bu iş yarımçıq şəkildə həyata keçirilir. Eyni problem orta ümumtəhsil məktəblərində də müşahidə olunur. Şagirdlər əsasən qrammatikanı bilirlər, lakin danışıq bacarıqları zəifdir. Buna görə də ingilis dili tədrisində danışıq komponentinə mütləq adaptasiya olunmalıdır. Bu dəyişikliklər həm məktəb, həm də ali təhsil səviyyəsində həyata keçirilməlidir.

Əgər şagirdlər məktəb dövründə danışıq bacarığını formalaşdırsa, universitetdə ciddi problemlə üzləşməzlər. Lakin qrammatikaya həddindən artıq fokuslanmaq dilin real istifadəsini ikinci plana keçirir və nəticədə öyrənmə bacarığı zəifləyir”.

R.Nurəliyev eyni zamanda kommunikasiya qurmaqda beynəlxalq platformalar vasitəsilə xaricilərlə ünsiyyət qurmaq imkanının vacibliyinə də diqqət çəkib:

“Bilinməyən sözlər üçün tərcümə proqramlarından istifadə etmək artıq problem deyil. Bu gün internet resursları vasitəsilə ən rahat öyrənilən sahələrdən biri məhz xarici dillərdir.

Burada əsas məsələ şagirdin, abituriyentin və ya ümumiyyətlə insanın şəxsi marağı və göstərdiyi səydir. Bir az əziyyət çəkən, davamlı çalışan hər kəs xarici dili mənimsəyə bilər. Hesab edirəm ki, istək və zəhmət olduqda bu sahədə uğur qazanmaq tamamilə mümkündür”,- deyə ekspert bildirib.

Oxunub: 85
Paylaş:
Digər xəbərlər

Gündəm

14-01-2026, 16:43

Milli kimlik və ana dili: Prezidentin ideoloji xətti

Cəmiyyət

9-01-2026, 11:35

Müəllimlərə vacib xəbər: onlar üçün portal açıldı

Cəmiyyət

23-12-2025, 14:34

Qəbul imtahanlarında xarici dil imtahanı - DİM-dən yeniliklə bağlı AÇILAMA

Cəmiyyət

12-05-2025, 15:15

Bu il keçid ballarının artması ehtimalı YÜKSƏKDİR

Cəmiyyət

21-02-2020, 12:03

Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitabı nəşr edilib

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • Bugün, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • Bugün, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • Bugün, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • Bugün, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • Bugün, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • Bugün, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • Bugün, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • Bugün, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • Bugün, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • Bugün, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • Bugün, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • Bugün, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • Bugün, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • Bugün, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
  • Bugün, 08:53
    Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA
  • Bugün, 08:51
    Dövlət müəssisələrinin yarıdan çoxu zərərlə işləyir - Natiq Cəfərli
  • Dün, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • Dün, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • Dün, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • Dün, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • Dün, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • Dün, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • Dün, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Dün, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • Dün, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
  • Dün, 09:11
    "Qarabağ" bu gün Konfrans Liqasının ilk oyununa çıxır
  • Dün, 09:08
    Paytaxtın 3 əsas yolunda TIXAC var
  • Dün, 09:06
    Ceyhun Bayramov Ukraynaya getdi
  • Dün, 09:05
    Kartdan-karta ödənişlərdə limit kimlərə tətbiq olunmayacaq? - AÇIQLAMA
  • 5-08-2026, 16:03
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • 5-08-2026, 16:02
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • 5-08-2026, 16:01
    Şöbə rəisi vəzifədən azad edildi
  • 5-08-2026, 15:31
    Azərbaycan İranı qardaş ölkə hesab edir - Hikmət Hacıyev
  • 5-08-2026, 14:02
    Sosial şəbəkələrdə yaş tələblərini pozanlar bu qədər cərimələnəcək
  • 5-08-2026, 14:01
    Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə