• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Aydın Ulusoy-un Baxış bucağı

Cəmiyyət

16-05-2020, 20:09


Koronavirus təkcə öldürmür, həm də ömürlük şikəst edə bilir…



Aydın Ulusoy-un Baxış bucağı

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının orqanizmə uzunmüddətli təsiri necədir? Həqiqətənmi bu virusun təsirləri insanda ömür boyu qalır?

Qətərin nüfuzlu “Al Jazeera” nəşri virusun orqanizmə təsirləri ilə bağlı geniş araşdırma yazı dərc edib.

Nəşr yazır ki, hər gün yeni növ koronavirus haqqında daha çox və əvvəllər məlum olmayan məlumatlar əldə edirik. Bu onunla əlaqədardır ki, bu virusa yoluxmuş insanların 80 faizində simptomlar olmur və ya infeksiyadan bir neçə gün və hətta bir həftə sonra ortaya çıxır. Onların bir çoxunda xəstəlik heç bir ağırlaşma vermədən yüngül formada davam edir. Ümumdünya Səhiyyə Təşkilatına görə, xəstəliyi yüngül olan insanlar iki həftə ərzində, digərləri isə 3-6 həftə müddətində sağala bilər.

Bununla yanaşı, həkimlərin fikrincə, yeni növ virus ürək, böyrəklər, beyin və hətta qan damarları da daxil olmaqla bir çox vacib orqanların hüceyrələrinə nüfuz edə bilər. Bu zaman belə bir sual yaranır: koronavirus infeksiyası xroniki xəstəliklərə səbəb ola bilərmi?

Yel Universitetinin Tibb fakültəsinin kardioloqu Jozef Brennan özünün və digər mütəxəssislərin koronaviruslu xəstələrin bəzilərinin ağciyərlərində, ürəklərində, sinir sistemlərində və intellektlərində və digər orqanlarında uzunmüddətli sağlamlıq problemlərinin olacağından narahat olduqlarını bildirib.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin məlumatına görə, xəstəxanaya yerləşdirilməsi tələb olunan koronavirus xəstələrinin 45 faizi uzunmüddətli tibbi nəzarət, 4 faizi reabilitasiya və 1faizi isə daimi tibbi yardıma ehtiyac duyacaq. Mənbə yaşından asılı olmayaraq koronavirusa yoluxan insanlarda baş verə biləcək fəsadları açıqlayıb. var.



1. Ağciyərlərdə yaralar

Koronavirus xəstəliyi səbəbiylə ağciyərlərdə yaralar meydana gələ bilər. Bu zaman ağciyərlərin havanı udmaq və oksigenə çevirmək qabiliyyəti azalır. Belə insanlarda ağciyərlərdə daimi narahatlıq hissi və quru öskürək olur. Brennanın sözlərinə görə, bu cür fəsadlar koronavirusun ciddi bir immun reaksiya doğurması səbəbindən yaranır, buna görə də ağciyərlərdə olan boşluqlar irinlə dolur.

Koronaviruslu insanların ağciyərlərinin kompüter tomoqrafiyası zamanı əldə olunan görüntülərdə sağlam ağciyərlərdən fərqli olaraq boz ləkələr müşahidə olunur və zədələnmiş yerlər bərpa olunmur.



Cənubi Kaliforniya Universitetinin Tibb fakültəsinin radioloqu Əli Qulam Rəzani Zəyidin sözlərinə görə, ağciyər toxumasında bu dəyişikliklər bərpa olunmaz ola bilər.

2. İnsult və tromblaşma

Covid-19 xəstəxanasına yerləşdirilən bir çox xəstələr qan laxtalanmasından əziyyət çəkir, ağciyər emboliyası, insult, infarkt və digər ciddi və uzunmüddətli ağırlaşmalara səbəb olur.

Beyindəki qan damarlarının tıxanması da insulta səbəb ola bilər. Yaşlı insanlarda bunun daha çox müşahidə olunmasına baxmayaraq, bu gün də gənc xəstələr arasında insultun olduğu bildirilir. Məsələn, Çinin Vuhan şəhərində xəstəxanaya yerləşdirilən xəstələrin təxminən 5 faizi insult keçirib və oxşar vəziyyət atipik pnevmaniyada da müşahidə edilib.



İnsult keçirən gənclərdə yaşlı insanlarla müqayisədə ölüm nisbəti aşağıdır və çoxları sağalır. Ancaq araşdırmalara görə, onlardan yalnız 42 faizdən 53 faizə qədəri işinə dönə bilər.

3. Ürək xəstəliyi

Həkimlərin dediyinə görə, koronavirus ürək əzələsinə təsir göstərərək iltihaba səbəb ola bilər, çünki ürəkdə çox miqdarda ACE2 zülalı var, bu da elm adamlarının fikrincə koronavirusun bədən hüceyrələrinə daxil olma nöqtəsidir.

“Çində həkimlər bəzi insanların ürək ağrılarından şikayət etdiklərini müşahidə ediblər. Onlarda ürək tutmaları və koronavirus infeksiyası əlamətləri görünüb”, – Amerika kardiologiya assosiasiyasının prezidenti və Kolumbiya Universitetinin neyrobiologiya və epidemiologiya üzrə professoru Mitçel Elkind bildirib.

Məlumata görə, yeni koronavirus kəskin miokardit və ürək çatışmazlığına səbəb ola bilər.

4. Böyrək çatışmazlığı

Bu günə qədər xəstəliyin yüngül olduğu hallarda koronavirusun böyrəklərə təsir etdiyi barədə heç bir məlumat verilməyib. Görünür ağır simptomlar müşahidə olunan xəstələrdə koronavirus böyrəklərin ciddi zədələnməsinə səbəb olur. Xəstəlik ağır şəkildə davam etdikdə kiçik laxtaların meydana gəlməsinə və qan damarlarının tıxanmasına səbəb ola bilər.

Zədələnmiş qan damarları böyrəklərə də təsir edə bilər. Bundan əlavə, virusun böyrəklərə birbaşa təsir göstərə biləcəyinə dair elmi sübutlar var. Koronavirus olan xəstələrdə sətəlcəm aşkar edilərsə və süni tənəffüs aparatına qoşulma tələb olunarsa, virus böyrəklərə ciddi təsir göstərir, çünki sətəlcəm ağciyər ətrafında çox miqdarda suyun yaranmasına səbəb olur.



“Der Spiegel” nəşrinə danışan Almaniya Nefrologiya Cəmiyyətinin rəhbəri Jan Kristof Qal deyib ki, pnevmoniya müşahidə olunan və süni tənəffüs aparatına qoşulan xəstələrin demək olar ki, hamısında böyrək problemləri müşahidə olunub.

Böyrəklər üzərində aparılan tədqiqatlar zamanı müəyyən edilib ki, koronavirus xəstəliyi səbəbindən böyrəklər öz funksiyalarını tam yerinə yetirə bilmirlər.

“Xəstəxanada götürülən sidik analizinin nəticələrinə görə, xəstələrin yarısında böyrək xəstəliyinin erkən əlaməti olan qan və zülal aşkarlanıb”, – Yel Universitetinin Tibb fakültəsinin nefroloqu Alan Kliger “Washington Post”a açıqlamasında bildirib.

Kligerin sözlərinə görə, oxşar ciddi fəsadlar Nyu-York və Vuhan şəhərlərində böyrək dializinə ehtiyac duyan xəstələrin 14-30 faizində qeydə alınıb.

5. Sinir sistemi və intellektə təsirləri

Koronavirus mərkəzi sinir sisteminə ciddi təsir göstərir. Çinin xəstəxanalarından birində araşdırma zamanı məlum olub ki, xəstəxanaya yerləşdirilən 214 xəstənin üçdə birində nevroloji simptomlar, başgicəllənmə, baş ağrısı, şüurun itməsi, görmə problemləri, dad və qoxunun itməsi müşahidə olunub.



6. Kişi sonsuzluğu

Tədqiqatçıların fikrincə, COVİD 19 kişilərin sağlamlığına xüsusən mənfi təsir göstərə bilər. Beynəlxalq Urologiya Jurnalına bir məktubda alim Əli Raba izah edir ki, koronavirusla yoluxan kişilərdə sonsuzluq meydana çıxa bilər.

Koronavirusa yoluxmuş 81 kişi üzərində aparılan tədqiqat zamanı onlarda kişi hormonları ilə bağlı problemlərin olduğu ortaya çıxıb.

“Xəstəlikdən sağalan və uşaq sahibi olmaq istəyən gənc insanlar bu barədə həkimlə məsləhətləşməlidirlər”, – “Təbiət” jurnalında aprel ayında dərc olunan elmi məqalədə deyilir.

7. Qoxu və dad

Anidən ağız dadının itməsi və ya qoxunun pisləşməsi koronavirus infeksiyasının əlaməti ola bilər. Bu xəstəliyi olan gənclərdə hərarətin yüksəlməsi və öskürək kimi simptomlar müşahidə olunmur. Bu o deməkdir ki, qəfil qoxu itkisi də koronavirusun gizli daşıyıcısı olmanın göstəricisi ola bilər.

Məlumdur ki, koronavirus ACE2 reseptorları vasitəsi ilə burun toxumasına nüfuz edir və qoxu sinirlərinə müvəqqəti ziyan vura bilər. Ancaq bu simptom infeksiyadan bir-iki həftə sonra yoxa çıxır.

İybilmə qabiliyyəti xəstəlik sağaldıqdan sonra əksər insanlara geri dönsə də, ondan ömürlük məhrum olma da istisna olunmur.

Aydın Ulusoy

Oxunub: 913
Paylaş:
Digər xəbərlər

Maraqlı

6-05-2020, 02:29

Koronavirus bir insana İKİNCİ DƏFƏ yoluxurmu? - Mütəxəssislər SON NÖQTƏNİ QOYDU

Dünya

30-04-2020, 16:30

Koronavirus ağciyərlərdə həmişəlik qala bilər - Çinli alimlər açıqladılar

Cəmiyyət

3-04-2020, 20:52

Tanınmış professor koronavirus YALANLARINI İFŞA ETDİ

Hadisə

17-03-2020, 11:53

Azərbaycanda koronavirusa 3 yeni yoluxma faktı qeydə alındı

Gündəm

23-02-2020, 14:24

Azərbaycanda yeni virus yayılıb

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:39
Bayramın qardaşı analarını öldürdü
31-07-2026, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Dün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Dün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Dün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Dün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Dün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Dün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Dün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Dün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Dün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Dün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Dün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Dün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Dün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Dün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Dün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • 31-07-2026, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • 31-07-2026, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • 31-07-2026, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • 31-07-2026, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • 31-07-2026, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • 31-07-2026, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • 31-07-2026, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • 31-07-2026, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • 31-07-2026, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • 31-07-2026, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə