• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Vüqar Qurbanovun hansı nöqsanları olub?

Cəmiyyət

18-02-2026, 17:09

Vüqar Qurbanovun hansı nöqsanları olub?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru vəzifəsini icra edən Vüqar Qurbanov bir neçə gün öncə tutduğu vəzifədən azad edilib. Keçmiş sədrin bu postdan kənarlaşdırılması səhiyyə sistemində gedən prosesləri yenidən gündəmə gətirib. Rəsmi açıqlamalarda geniş detallara yer verilməsə də, ictimaiyyət arasında səhiyyə sahəsində müəyyən ciddi boşluqların, habelə idarəetmə problemlərinin mövcudluğu ilə bağlı müzakirələr də intensivləşib.

Eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 illiyi münasibətilə nəzərdə tutulan yubiley tədbirinin təxirə salınması da diqqətdən yayınmayıb.

Bu kontekstdə bir sıra suallar meydana çıxır: səhiyyə sistemində konkret olaraq hansı boşluqlar mövcuddur? Sabiq direktorun rəhbərliyi dövründə idarəetmə mexanizmlərində, maliyyə nəzarətində və tibbi xidmətlərin təşkili prosesində hansı problemlər özünü göstərib?

Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev qeyd edib ki, Səhiyyə sistemi elə bir sahədir ki, burada problemlər təkcə bir şəxsin fəaliyyəti ilə ölçülmür.

“TƏBİB-in rəhbərliyində baş verən dəyişiklikləri də ayrı-ayrı adlar üzərindən yox, sistemin ümumi vəziyyəti fonunda dəyərləndirmək daha doğru olar. Vüqar Qurbanovla işgüzar münasibətlərimiz olub, seçicilərdən gələn müraciətlərin bir qismini birlikdə müzakirə etmişik. Müraciətlərə həssas yanaşıb. Amma, bu tip qurumlarda bütün məsələlər bir şəxsin hökmü ilə həll edilmir. Ona görə də məsələni fərdləşdirmək yox, struktur və idarəetmə müstəvisində danışmağın tərəfdarıyam”.



Deputatın sözlərinə görə, bu gün səhiyyədə əsas boşluqlar idarəetmənin çevik olmaması, qərarların yerlərdə icrasına nəzarətin zəifliyi və vətəndaş məmnuniyyətinin hələ də istənilən səviyyədə təmin edilməməsidir:

“İcbari tibbi sığorta mexanizmi formalaşıb, amma bir çox hallarda vətəndaş kağız üzərində olan hüquqlarını praktikada tam hiss etmir. Regionlarda xidmətlərin keyfiyyəti Bakı ilə müqayisədə xeyli geri qalır, bəzi tibb müəssisələrində kadr və infrastruktur problemi davam edir. Şikayətlərin bir qismi də şəffaflıqla bağlıdır: hara, necə müraciət etməli olduğu, hansı xidmətin pulsuz, hansının ödənişli olduğu vətəndaşa tam aydın deyil”.

R.Nurullayev nəzərə çatdırıb ki, TƏBİB-lə Səhiyyə Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar arasında səlahiyyət bölgüsündə praktikada bəzən koordinasiya boşluqları hiss olunur:

“Bu da məsuliyyətin “itməsi” effektini yaradır: vətəndaş problemi ilə üzləşəndə konkret cavabdeh qurumu tapa bilmir. Digər tərəfdən, qərarların yuxarı səviyyədə qəbul edilib aşağıda formal icra olunması da real nəticəni zəiflədir. Səhiyyə kimi həssas sahədə rəqəmlər və hesabatlar yox, real xidmət keyfiyyəti əsas göstərici olmalıdır”.

Milli Məclisin üzvü əlavə edib ki, təklifim ondan ibarətdir ki, səhiyyədə islahatlar daha açıq, hesabatlı və vətəndaş mərkəzli aparılsın:

“TƏBİB-in fəaliyyətində ictimai nəzarət mexanizmləri gücləndirilməli, şikayətlərin operativ və ölçülə bilən nəticələrlə cavablandırılması təmin olunmalıdır. Regionlarda xidmət keyfiyyətinin artırılması üçün kadrların motivasiyası və məsuliyyəti yüksəldilməli, rəhbərlərin işi kabinet hesabatları ilə yox, real nəticələrlə qiymətləndirilməlidir. Eyni zamanda, səlahiyyət bölgüsü daha dəqiq tənzimlənməli, qurumlar arasında məsuliyyət “ötürülməsi” praktikası aradan qaldırılmalıdır.

Ümumilikdə, səhiyyədə baş verən proseslərə şəxsi münasibətlər prizmasından yox, dövlətin uzunmüddətli maraqları və vətəndaşın hüquqları prizmasından baxmaq lazımdır. Əsas məqsəd post və adlar yox, insanların keyfiyyətli tibbi xidmətə real çıxışının təmin olunmasıdır”, - deyə R.Nurullayev bildirib.

Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov isə hesab edir ki, çox vaxt bu sahədə konkret cavabdehlik görünmür.

“Səhiyyə sahəsinə bir qurum aydın şəkildə cavab verməlidir. Əgər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi varsa, nazir bütün sistemə görə məsuliyyət daşımalıdır. Əgər səlahiyyətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-ə verilibsə, o zaman əsas icra və idarəetmə funksiyası orada cəmlənməlidir. Yox əgər, Səhiyyə Nazirliyi varsa, TƏBİB niyə var? Yaxud əksinə. İki paralel struktur olduqda məsuliyyət bölgüsü aydın olmur və sistemdə boşluqlar yaranır”.



Onun sözlərinə görə, əsas problem də məhz səlahiyyətlərin və məsuliyyətin parçalanmasından qaynaqlanır:

“Hansı qurum nə üçün cavabdehdir, qərarları kim verir, icraya kim nəzarət edir, bunlar dəqiq müəyyənləşdirilməlidir. Sistem vahid idarəetmə modeli əsasında qurulmalı, paralel strukturlar arasında funksional təkrarlanma aradan qaldırılmalıdır.

Əgər Səhiyyə Nazirliyi fəaliyyət göstərirsə, o zaman bütün strateji və icra məsuliyyəti bir mərkəzdə cəmlənməlidir. Əks halda, struktur islahatı aparılmalı və idarəetmə mexanizmi sadələşdirilməlidir. İki yerə bölünmüş, səlahiyyətləri üst-üstə düşən sistem isı effektiv işləyə bilməz. Vahid, şəffaf və hesabatlı idarəetmə modeli formalaşdırılmalıdır”, - R.Mahmudov bildirib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Vüqar Qurbanovun vəzifədən azad olunmasını dramatikləşdirməyin düzgün olmadığını qeyd edib:

“Əvvəla, əsas məqsəd odur ki, aparılan islahatlar və dəyişikliklər müsbət nəticə versin. Bundan həm vətəndaşlar, həm də bütövlükdə cəmiyyət fayda görməlidir.



Vüqar Qurbanova gəlincə, o, təxminən on ilə yaxın müddətdə həmin vəzifədə çalışıb. Bu dövr ərzində jurnalistlərə açıq olub, ictimaiyyətdən mümkün qədər uzaq qaçmayıb. Təbii ki, müəyyən nöqsanlar ola bilər, bu, istənilən rəhbərin fəaliyyətində mümkündür. Üstəlik, söhbət yeni formalaşan bir sistemdən gedir. Belə hallarda həm maliyyə resurslarının məhdudluğu, eləcə də strukturun tam oturuşmaması müəyyən çətinliklər yaradır”.

Professorun qənaətinə görə, hazırda əsas məsələ kiminsə təyin olunması deyil, sistemin necə qurulacağıdır:

“Kim gələcək, hansı islahatlar aparılacaq, bu barədə konkret məlumatım yoxdur. Lakin hesab edirəm ki, problemi yalnız şəxslərin dəyişdirilməsi ilə həll etmək mümkün deyil. Burada əsas məsələ strukturun və idarəetmə mexanizminin təkmilləşdirilməsidir. Səhiyyə sistemi vahid, aydın və effektiv işləyən bir modelə çevrilməlidir. Fərdlərin və rəhbərliyin dəyişdirilməsi hələ hər şeyi həll etmir. Əsas olan sistemli yanaşma, düzgün qurulmuş struktur və davamlı institusional islahatlardır”, - deyə A.Qeybulla vurğulayıb.

Oxunub: 90
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-02-2026, 09:05

Vüqar Qurbanovun həbsinə hazırlıq gedir

Gündəm

16-02-2026, 14:14

Vüqar Qurbanov işdən azad olunub

Gündəm

6-02-2025, 11:01

Vüqar Qurbanovun qardaşına yüksək vəzifə VERİLDİ

Gündəm

4-11-2023, 15:09

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar

Səhiyyə

13-09-2021, 16:20

TƏBİB sədrinin səlahiyyətlərini Vüqar Qurbanov icra edəcək - RƏSMİ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • Bugün, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • Bugün, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • Bugün, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Bugün, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • Bugün, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
  • Bugün, 09:11
    "Qarabağ" bu gün Konfrans Liqasının ilk oyununa çıxır
  • Bugün, 09:08
    Paytaxtın 3 əsas yolunda TIXAC var
  • Bugün, 09:06
    Ceyhun Bayramov Ukraynaya getdi
  • Bugün, 09:05
    Kartdan-karta ödənişlərdə limit kimlərə tətbiq olunmayacaq? - AÇIQLAMA
  • Dün, 16:03
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • Dün, 16:02
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 16:01
    Şöbə rəisi vəzifədən azad edildi
  • Dün, 15:31
    Azərbaycan İranı qardaş ölkə hesab edir - Hikmət Hacıyev
  • Dün, 14:02
    Sosial şəbəkələrdə yaş tələblərini pozanlar bu qədər cərimələnəcək
  • Dün, 14:01
    Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ
  • Dün, 13:59
    Vətən həsrəti bitənlərin sayı artır: daha 27 ailə doğma evinə köçdü
  • Dün, 11:24
    Dövlət Agentliyinin sədrinə müavin təyin olundu
  • Dün, 11:17
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
  • Dün, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Dün, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • Dün, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • Dün, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • Dün, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • Dün, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • Dün, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • Dün, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Dün, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • 4-08-2026, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • 4-08-2026, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • 4-08-2026, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • 4-08-2026, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • 4-08-2026, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • 4-08-2026, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • 4-08-2026, 12:16
    Naxçıvanda zəlzələ oldu
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə