• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Koronavirus hələ bir müddət davam edəcək” - MÜSAHİBƏ

Cəmiyyət

19-05-2020, 16:16

Dünyanı ağuşuna alan COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejimi tədricən yumşaldılsa da, təəssüf ki, hər gün virusa daha çox insanın yoluxması barədə xəbərlər eşidilməkdədir. Hökumət sosial izolyasiya qaydalarını sadələşdirsə də, virusun hələ də tam aradan qalxmadığı barədə xəbərdarlıqlar edir. Məsələnin ciddiliyi həkimlər tərəfindən də xüsusi olaraq vurğulanmaqdadır.

“Koronavirus hələ bir müddət davam edəcək” - MÜSAHİBƏ


KONKRET.az-a açıqlamasında həkim Gülbəniz Məmmədəliyeva da xəstəliklə bağlı son durumun ürəkaçan olmadığını bildirib.

Bakıda COVİD-19 xəstələrinin müalicə aldığı klinikada çalışan Gülbəniz həkim mövcud vəziyyətlə bağlı suallarımızı ətraflı cavablandırıb.

Qeyd edək ki, Gülbəniz Məmmədəliyeva 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim-pediatrıdır. Aprelin 3-dən etibarən könüllü olaraq üç həmkarı – Abuta Ağayeva, Şəfa Yusubova və Reyhan Tağıyeva ilə birlikdə koronaviruslu xəstələrin müalicə aldığı klinikaya ezam olunub.

– Gülbəniz həkim, öncə ondan başlayaq ki, koronavirusun riskli bir xəstəlik olduğunu bildiyiniz halda, könüllü həkim briqadasına qoşulmağınız böyük maraq doğurur…

– Sözün açığı, mən və həmkarlarım aprelin 2-nə, yəni könüllü kimi müraciət etdiyimiz günə qədər xəstəlik barədə hamı kimi kütləvi informasiya vasitələrindən (KİV) eşitdiyimiz məlumatlara malik idik. Və təbii ki, xəstəliyə yoluxma ehtimalının böyük olduğunu da bilirdik. Məlumdur ki, əhalinin əsas risk qrupuna daxil olan hissəsinə tibb işçiləri də aiddir. Sözün açığı, TƏBİB bizi klinikaya dəvət edəndə çox həyəcanlı idik. Çünki orada nə baş verdiyini bilmirdik. Ancaq ürəyimizdəki kömək etmək hissi bizi koronaviruslu xəstələrlə işləməyə sövq edirdi. Yəni biz yoluxma faktorundan ehtiyat etsək də, özümüzü, belə demək mümkünsə, oda atdıq.

– Siz özünüzü oda atdığınızı deyirsiniz. Amma çoxları hələ də xəstəliyin mövcudluğuna şübhə ilə yanaşır…

– Bir həkim kimi tam məsuliyyətimlə deyirəm ki, buna şübhə ilə yanaşmaq olmaz. Açığı, mən özüm də bir tibb işçisi ola-ola əvvəl hardasa ürəyimin dərinliyində bir şübhə var idi ki, bəlkə də bu, deyilən qədər deyil. Ancaq fakt odur ki, xəstəlik deyilən qədər də var, yəni ağır vəziyyətdə olanlar da, həyatını itirənlər də var. Sözsüz ki, xəstəliyin ilkin dövrlərində ağırlaşmalar yox idi. Amma insanlar öz-özünü evdə müalicə etdikcə, xəstəlikdən ağırlaşma halları daha da artıb. Bu da ondan irəli gəlir ki, insanlar arasında həqiqətəuyğun olmayan informasiyalar dolaşır, guya klinikada xəstələri yoluxdururlar, onlara yaxşı baxmırlar. Bax, bu mənfi təsəvvürlər onları klinikaya gəlməkdən yayındırır ki, bu da xəstələrin sayının artmasına və daha da ağırlaşmasına gətirib çıxarır. Qəti əminliklə bildirirəm ki, klinikada xəstəliyə yoluxdurulma və xəstələrə baxılmaması ilə bağlı informasiyalar yanlışdır. Əksinə, deyim ki, bu xəstəliklə mübarizəyə o qədər vəsait ayrılır ki, heç kəsin öz vəsaiti hesabına gedib müalicə olunmağa gücü çatmaz. Yəni bu xəstəliyi müalicə etdirmək insanlara çox böyük məbləğlərə başa gələr. Hansı ki, burada qiymətindən asılı olmayaraq, xəstələrə bütün analizlər olunur, hər şey onların xeyrinə həll edilir.

– Həkim, ümumiyyətlə, bu xəstəlik özünü necə büruzə verir? Yəni koronavirus xəstəsi necə bir xəstədir?

– Koronaviruslu xəstə sağlamlardan elə də fərqlənmir. Belə xəstəni aşkarlamaq üçün, ilk növbədə, xəstəliyin əlamətlərinə fikir vermək lazımdır. Bu əlamətləri isə hamımız bilirik. Yəni hərarət, öskürək, sinədə sıxılma, təngnəfəslik ilkin əlamətlərdir. Və təbii ki, xəstədə bu simptomların hamısı deyil, bəziləri də ola bilər. Koronaviruslu xəstələr ancaq bununla fərqlənir. Xəstəlik ilk öncə yüngül əlamətlərlə başlayır, sonra sinədəki sıxılma dərin boğulmaya, təngnəfəsliyə və tənəffüs çatışmazlığına keçir. Artıq tənəffüs çatışmazlığı xəstəliyin ağırlaşması ilə müşayiət olunur.

– Bəs xəstəlik nə zaman ölümlə nəticələnir?

– Əgər xəstədə hansısa bir gizli xəstəlik olarsa, bu ölümlə nəticələnə bilər. Yəni bəzən koronaviruslu xəstələr səhhətlərində hansısa bir ciddi problemin olduğundan xəbərsiz də ola bilərlər və nəticədə vəziyyətləri daha da ağırlaşa bilər. Əgər xəstəyə təyin olunan müalicələr effekt vermirsə, deməli, onda gizli bir xəstəlik də var. Məsələn, bizim klinikada müalicə alan bir xəstənin özü də bilmədən ürəyində anevrizma var imiş. Müalicə fonunda xəstənin vəziyyəti ağırlaşmağa başladı. Çünki virus nəticəsində qanda dəyişikliklər gedir ki, bu da təbii olaraq ürəkdə də özünü göstərir. Yəni əgər haradasa zədə, patalogiya varsa, ilk növbədə, orqanizmi o tərəfdən zəyiflətməyə çalışır.

– Deyə bilərsinizmi, hansı yaş qrupuna aid insanlarda ölüm halı daha çox ola bilər?

– Mən deyərdim ki, 20 yaşa qədər uşaqlar arasında bu, daha az təhlükəlidir. Çünki bu yaşa qədər uşaqlarda ağır pnevmaniya olsa belə, sağalırlar və hətta onlara o qədər də ağır dərmanlar istifadə olunmur. Ancaq 20 yaşdan sonra bütün insanlar ağır risk qrupuna daxildir. Məsələn, cavan insan var ki, heç bir şikayəti olmaya-olmaya vəziyyəti ağırlaşıb gəlir, ürəyindən əməliyyat olunan yaşlı insan da var ki, sağalıb gedir. Elə bu yaxınlarda ürək əməliyyatı keçirmiş 67 yaşlı bir xəstə və 80-dən yuxarı yaşı olan bir qadın da müalicə olunaraq, sağ-salamat evlərinə getdilər. Yəni şərt deyil ki, mütləq yaşlılar bu xəstəlikdən qorunmalıdırlar.

– Yeri gəlmişkən, klinikanızda xəstəliyin artıb-azalma tempi nə yerdədir?

– Qeyd edim ki, say baxımından əvvəlki dönəmlərdə asiptomatik xəstələr daha çox gəlirdi. Yəni şübhəli bilinən xəstələrin analizləri pozitiv çıxan kimi klinikaya gətirilirdilər. Amma qəribə burasıdır ki, indi xəstələrin çoxu ağırlaşmış vəziyyətdə gəlir. Yəni say baxımından xəstə azdır, amma əksəriyyəti pnevmaniyalı xəstələrdir. Əgər əvvəl on xəstədən, məsələn, biri pnevmaniyalı idisə, indi on xəstədən yeddisi pnevmaniyalıdır. Səbəbi də odur ki, onlar öz-özlərini evdə müalicə ilə məşğul olur, ordan-burdan eşitdikləri virus əleyhinə dərmanlar qəbul edərək, nəticədə, vəziyyətlərini daha da ağırlaşdırırlar. Halbuki bu xəstəlik spesifik müalicə edilməlidir, kor-koranə deyil.

– Həkim, bəs koronavirusun hansı müddətə qədər tam aradan qalxa biləcəyi barədə dəqiq nə deyə bilərsiniz?

– Dəqiq onu deyə bilərəm ki, xəstəlikdən tam qurtulmağın yolu insanların qorunma üsulundan asılı olaraq, ən sonuncu xəstə sağalana qədərdir. Yəni insanlar ən sonuncu xəstə ilə əlaqəsini məhdudlaşdırarsa, xəstəliyə tam qalib gəlmək mümkündür. Əks halda konkret müddətdən danışmaq absurddur. Ona görə də qoyulan qaydalara əməl edib, yoluxma ehtimalını azaltmaq lazımdır ki, insanlar arasında xəstələrin sayı get-gedə azalsın və yoxa çıxsın.

– Qaydalar demişkən, bir həkim kimi xəstəliklə mübarizədə siz nələri tövsiyə edirsiniz?

– Sadəcə, televiziyalarda, KİV-də təbliğ olunan qaydalara əməl etmək lazımdır. Ən vacibi maska taxmaqdır, özü də mütləq keyfiyyətli maskalardan istifadə edilməlidir. Çünki digərləri o qədər də etibarlı deyil. Həmçinin insanlarla maksimum dərəcədə məsafə saxlamaq lazımdır. Sözsüz ki, gigiyena qaydalarına riayət etmək də çox vacibdir. Unutmaq lazım deyil ki, heç kəs bu xəstəlikdən siğortalanmayıb.

– Sirr deyil ki, hər gün xəstəliyin artan tempi barədə informasiyalar eşidirik. Sizcə, ölkəmizdə koronavirusun növbəti dalğası müşahidə oluna bilərmi?

– Biz bilirik ki, adi qrip infeksiyası hər mövsümdə qayıda bilir. Bu virus da eyni şeydir. Yəni fikirləşmək lazım deyil ki, o hansısa müddətə, tutaq ki, may, iyun ayına qədər tam sovuşacaq. Bir həkim kimi öz baxışlarıma və analizlərimə əsasən deyirəm ki, koronavirus hələ bir müddət davam edəcək. Və elə ona görə də insanları diqqətli olmağa, bütün deyilənlərə əməl etməyə çağırıram.

Hazırladı: Sevinc Paşayeva

XƏBƏRNUR

Oxunub: 941
Paylaş:
Digər xəbərlər

Dünya

12-05-2020, 18:01

ÜST-dən karantin qaydalarını yumşaldan ölkələrə XƏBƏRDARLIQ

Səhiyyə

7-05-2020, 20:16

"Klinikamızda ciyərləri ağır durumda olan xəstələrimizi..." - Yəhudi həkimlə MÜSAHİBƏ

Cəmiyyət

20-03-2020, 14:29

Azərbaycanda karantindən qaçan həkim saxlanıldı

Dünya

19-02-2020, 12:20

Rusiyada həkim İİV daşıyıcısı olan xəstəni müalicə etmədi: "Qoy, ölsün!"

İqtisadiyyat

1-11-2019, 13:02

Aksiya! Ödənişsiz həkim qəbulu

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
31-07-2026, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • 31-07-2026, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • 31-07-2026, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • 31-07-2026, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • 31-07-2026, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • 31-07-2026, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • 31-07-2026, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • 31-07-2026, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • 31-07-2026, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • 31-07-2026, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • 31-07-2026, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə