Yağışlı havada sürücülərin sürəti artırması piyadalar üçün ciddi problemə çevrilir.
Xəzər TV-yə istinadla xəbər verilir ki, paytaxtın müxtəlif küçələrində yollarda yığılan su avtomobillərin təkərləri vasitəsilə yol kənarında dayanan insanların üzərinə sıçrayır. Bu isə həm narazılıq yaradır, həm də təhlükəsizlik baxımından risk hesab olunur.
Çəkiliş zamanı müşahidə olunub ki, bəzi sürücülər bu qaydalara əməl etmirlər. Hətta reportaj hazırlanarkən çəkiliş heyəti də belə hallardan zərər çəkib.