• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Aydın Ulusoyun Baxış bucağı

Cəmiyyət

20-05-2020, 19:14

Sərnişin nəqliyyatı niyə əsəbi atmosfer yaradır?


Aydın Ulusoyun Baxış bucağı



Məşhur teatrşünas Stanislavskinin belə bir fikri var: "Teatrda mədəniyyət qarderobdan başlayır". İnsanın gün ərzində rastlaşdığı hər hansı ilk xoş münasibət onda yaxşı ovqat yaradır və yaxud əksinə. Bəlkə də şəhərmizin də mədəni həyatı elə nəqliyyatdan start götürür desək, yanılmarıq. İctimai nəqliyyatdan istifadə edən insanlar mənim fikirlərimi təsdiqləyər. Paytaxtımızda sərnişindaşımada istifadə olunan bəzi avtobuslarda total mədəniyyətsizlik baş alıb gedir. Sürücünün davranışı, acgözlüyü əsəbi atmosfer yaradır. Bu ağrılı məsələ haqqında dəfələrlə yazılıb, fikirlər səslənib. Düzdür, nəqliyyatda bəzi müsbət məqamlar qeyd olunmalıdır. Dövlət vəsaiti hesabına bir sıra iritutumlu avtobuslar xaricdən gətirilərək istifadəyə buraxılıb, magistral yollarda inşaat işləri aparılır. Avtomobillər xəttdə olarkən nəzarəti gücləndirmək məqsədilə yol kənarlarında müxtəlif qurğular quraşdırılıb.

Təbii ki, bütün bunlar təqdir olunmalıdır. Təəssüf ki, bu görülən işlərə baxmayaraq sərnişindaşımada problemlər bitmir. Bir faktı da qeyd etmək lazımdır. Dövlət Yol Polisinin keçirdiyi reydlər zamanı müəyyən olundu ki, avtobus sürməyə iddialı olan şəxslərin bir çoxlarının sürücülük vəsiqəsi və yaxud kateqoriyası yoxdur. Görün insanların taleyi kimlərin əlindədir? Bu tək avtobusu idarə edən şəxsin günahı deyil, həm də onu xəttə buraxan, "axşam hansı yolla olur-olsun plan gətir" deyən sahibkarın günahıdır. Bu qanuna etinasızlıqla bərabər vətəndaşlıq və dövlətçilik təfəkkürünün aşağı olması ilə bağlıdır. Mənə belə gəlir ki, Nəqliyyat Nazirliyi ilə Dövlət Yol Polisinin avtobus sürücüləri arasında yoxlamaları, reydləri kampaniya xarakteri olmamalıdır. Bu iş müasir texniki qurğuların vasitəsilə mütəmadi həyata keçirilməlidir. Sürücülər sahibkarlar tərəfindən müəyyən edilən gündəlik planın yüksək olmasından, lazımsız lisenziyaların çoxluğundan, sərnişinlər isə xidmətin aşağı səviyyədə olmasından şikayətlənirlər. Görünür marşrut xətlərinin sahibkarlara verilməsində şəffaf prosedurlara yetərincə əməl edilməyib.
ƏTRAFLI
Adsgarden.com


Bu məsələdə azad rəqabətə önəm verilməklə optimal variant tapmaq mümkündür. Birincisi, marşrut xətlərinin sahibkarlara verilməsində azad seçim və şəffaf prosedur qaydalarının yaradılması üçün mexanizmlər işlənib hazırlanmalıdır. İkincisi, hər bir nəqliyyat vasitəsinin gəlirini müəyyən edib, sürücülərin dili ilə desək, gündəlik plan qoymaq üçün bilet satışı sisteminə keçməklə bəzi məsələləri həll etmək olar. Paytaxtda və ətraf qəsəbələrə sərnişin daşımada bilet satışı tamam yaddan çıxıb. Təbii ki bu mexanizmin yaradılması nəticəsində dövlət büdcəsinə qanuni vergi ödənişi artar, digər tərəfdən sahibkar sürücüdən fantastik gündəlik plan tələb etməz. Müşahidələr göstərir ki, sərnişin nəqliyyatı kifayət qədər gəlir gətirən, məsuliyyətli sahədir. Deməli burada söhbət maliyyə şəffaflığının lazımi şəkildə təmin edilməsindən, qanunsuz müdaxilələrin qarşısının alınmasından, istər cavabdeh məmurun və sahibkarın, istərsə də sürücünün və sərnişinin məsuliyyətinin dərkindən gedir. Hər kəs öz məsuliyyətini dərk etsə sərnişin nəqliyyatındakı əsəbi atmosfer tədricən aradan qalxar. Bu gün orta statistik azərbaycanlı üçün o qədər önəmli deyil ki, marşrutun sahibkarı kimdir, sürücüyə lisenziya neçəyə başa gəlir, gündəlik planı nə qədərdir? Biçarə sərnişini düşündürən rahat və salamat mənzil başına çatmaqdır. İnsanların salamat, həm də əsəbləri yerində ictimai nəqliyyatdan istifadəsi üçün daha bir addım atıla bilər. Bu da nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılması ola bilər. Verilən məlumatlara görə, bu sistemin yaradılmasına hazırlıq prosesi gedir. Belə şəbəkənin müasir texniki avadanlıqlar vasitəsilə yaradılması xətdə fəaliyyət göstərən avtomobillərin izlənməsinə və daha yaxşı idarə olunmasaına kömək edə bilər.

Əslində bir çox mıəsələlərdə, o cümlədən sərnişin nəqliyyatında ictimai nəzarət güclənməlidir. Bu sahəyə cavabdeh şəxslər düşünməlidir ki, onların necə fəaliyyət gostərməsi diqqətdən kənarda deyil. Bu gün sərnişin nəqliyyatı haqqında danışmaq, yazmaq kimlərəsə primitiv gələcək. Unutmayaq ki, cəmiyyətin münasibətlər sistemində, sadə insanların həyatında əslində hər bir məqamın, o cümlədən sərnişin nəqliyyatının rolu böyükdür. Ona görə bu məsələlərə həm media, həm də QHT-lər laqeyd yanaşmamalıdır.

Aydın Ulusoy

Oxunub: 693
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

19-05-2020, 16:47

Aydın Ulusoyun Baxış bucağı

Cəmiyyət

18-05-2020, 11:59

Aydın Ulusoyun Baxış bucağı

Maraqlı

7-05-2020, 20:29

Aydın Ulusoyun Baxış bucağı

Cəmiyyət

8-04-2020, 20:45

"Fövqəladə vəziyyət elan olunmalıdır" - hüquqşünas Mələkxanım Məmmədli

Video

31-10-2019, 23:27

“O gün televizorda baxıram ki, məktəbin yarısı uçub” - Video

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Bugün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Bugün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Bugün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Bugün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Bugün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Bugün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Bugün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Bugün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Bugün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Bugün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Bugün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
Daha çox
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə