• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Buraxılış imtahanında esse tapşırığı: şagirdlər üçün nə dəyişəcək?

Cəmiyyət

29-04-2026, 10:55

Buraxılış imtahanında esse tapşırığı: şagirdlər üçün nə dəyişəcək?
Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq. Belə ki, növbəti ildən etibarən şagirdlər buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaqlar. Yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla, ümumilikdə, 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək.

Maraqlıdır, 11-ci siniflər üçün esse tapşırığının buraxılış imtahanlarına daxil edilməsi qərarı hansı zərurətdən irəli gəlir və bu dəyişiklik şagirdlərin qiymətləndirilməsinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev ilk olaraq bu dəyişikliyin tərəfdarı olduğunu bildirib:

"İndiyədək buraxılış imtahanlarında ingilis dili fənni üzrə sualların anlaşılmaz olması və ya ciddi problem yaratması ilə bağlı xüsusi hal müşahidə etməmişəm. Ona görə də hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi tərəfindən bu istiqamətdə edilən dəyişiklik böyük problem formalaşdırmayacaq.

Qəbul etmək lazımdır ki, hazırkı yeni sistem danışıq dilinin, yazı bacarıqlarının və ümumilikdə dil biliklərinin inkişaf etdirilməsinə yönələn modeldir. Müasir dövrdə beynəlxalq təcrübə də məhz bunu tələb edir. Bu baxımdan, , yeni format da məhz beynəlxalq dil imtahanlarında tətbiq olunan sual modellərinə yaxınlaşdırılaraq hazırlanır".

Ekspert həmçinin vurğulayıb ki, bu dəyişikliyin həm müsbət, həm də mənfi tərəfləri var:

"Müsbət tərəfi ondan ibarətdir ki, imtahan modeli beynəlxalq təcrübəyə uyğunlaşdırılmağa çalışılır. Bu, şagirdlərdə danışıq, yazı və ümumi dil bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər. Çünki indiyədək bir çox şagird əsasən qrammatikaya üstünlük verir, danışıq və yazı bacarıqlarında isə çətinlik çəkirdi. Halbuki yalnız qrammatik bilik kifayət etmir. Praktik biliklərin formalaşdırılması, şagirdin fikrini yazılı və şifahi şəkildə ifadə edə bilməsi də vacibdir.

Bəzən görürdük ki, şagirdlər buraxılış imtahanlarında qrammatikadan yüksək nəticə əldə etsələr də, ingilis dili üzrə ixtisasa qəbul olduqdan sonra həmin dildə izahları anlamaqda çətinlik çəkirdilər. Bunun əsas səbəbi danışıq və yazı bacarıqlarının yetərli səviyyədə olmaması idi. Tədrisi ingilis dilində olan ixtisaslarda oxuyan tələbələrin bir qismi də bu istiqamətdə ciddi çətinlik yaşayırdı. Yeni format isə orta ümumtəhsil məktəblərində şagirdlərin danışıq və yazı dilinin inkişaf etdirilməsinə töhfə verə bilər".

Ekspertin sözlərinə görə, digər tərəfdən, istər Dövlət İmtahan Mərkəzi, istərsə də digər qurumlar hər hansı yenilik tətbiq edərkən həmin yeniliyin hansı mühitdə həyata keçiriləcəyini də nəzərə almalıdır:

"Qeyd olunan imtahan modeli orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə tətbiq olunacaq. Ona görə də sual yaranır: hazırda məktəblərdə DİM-in yeni modelinə uyğun tapşırıqlar yerinə yetirilirmi? Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu modeli 2027-ci ildə buraxılış siniflərində tətbiq etməyi planlaşdırır. Həmin şagirdlərə bu barədə məlumat 9-cu sinifdə oxuyarkən verilib. Bu halda 5, 6, 7 və 8-ci siniflərin proqramından yeni formatda sualların salınması müəyyən çətinlik yarada bilər. Çünki həmin dövrdə şagirdlər bu model üzrə imtahan verəcəklərindən xəbərdar deyildilər. Onlara bu istiqamətdə yazı və danışıq tapşırıqları sistemli şəkildə öyrədilməyib".

R.Nurəliyev onu da əlavə edib ki, bu məqam xüsusilə regionlarda, ucqar kəndlərdə təhsil alan şagirdlər baxımından nəzərə alınmalıdır:

"Çünki buraxılış imtahanında ölkə üzrə bütün şagirdlər iştirak edir. Suallar tərtib olunarkən bu reallıq mütləq nəzərə alınmalıdır. Əgər suallar həddindən artıq ağır və mürəkkəb olarsa, bölgələrdə təhsil alan uşaqlar daha çox çətinlik çəkə bilər. Bu da valideynləri uşaqlarını rayonlardan Bakıya gətirməyə məcbur edə bilər. Nəticədə həm ailələr üçün əlavə yük yaranar, həm də paytaxta axın daha da arta bilər. Bu isə yeni modelin mənfi tərəflərindən biri kimi qiymətləndirilə bilər.

Təqdirəlayiq məqamlardan biri ingilis dili fənni üzrə sualların sayının azaldılması və imtahan vaxtının 15 dəqiqə artırılması ilə bağlı yanaşmadır. Ümumilikdə, həm sualların, həm də fənlərin sayının azaldılmasının tərəfdarıyam. Xüsusilə buraxılış imtahanlarının daha sadə və əlçatan olmasını vacib hesab edirəm. Əgər yeni model şagirdlər üçün əlavə çətinlik yaradacaqsa, bu, artıq mənfi təsir kimi dəyərləndirilməlidir".

Ekspert hesab edir ki, bu istiqamətdə həm sual tərtib edənlərə, həm də imtahanda iştirak edəcək şagirdlərə əvvəlcədən aydın istiqamət verilməlidir:

"DİM qəbul imtahanlarından əvvəl hansı mövzularda və hansı formatda sualların düşəcəyi barədə “Abituriyent” jurnalının müvafiq sayında məlumat dərc edir. Düşünürəm ki, növbəti ildən etibarən “Abituriyent” jurnalının 1-ci sayında bu dəyişikliklərlə bağlı geniş məlumat verilməlidir. Beləliklə, şagirdlər sualların formatı və mövzular barədə əvvəlcədən məlumat əldə etmiş olarlar”.

Oxunub: 150
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Sosial

27-04-2026, 16:52

Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

Cəmiyyət

6-07-2023, 10:34

Direktor olmaq istəyənlər imtahan verir

Cəmiyyət

24-06-2023, 11:00

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Cəmiyyət

8-05-2023, 11:17

Direktor olmaq istəyənlərin nəzərinə - Qeydiyyat başladı

Cəmiyyət

25-10-2022, 11:02

DİM buraxılış imtahanındakı dəyişikliyin DETALLARINI açıqladı

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Bugün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Bugün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Bugün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Bugün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Bugün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Bugün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Bugün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Bugün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Bugün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Bugün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Daha çox
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə