Koronavirus pandemiyası dünyanın böyük güclərinin düşündüyü ekoloji bir layihədir?
XƏBƏRNUR xəbər verir ki, bu suala Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə aydınlıq gətirməyə çalışıb.
Nazir bunla bağlı ÜST-ün araşdırma apardığını deyib:
"Əlbəttə bu ola bilsin ki, daha çox şayiədir, nəinki layihə. Ona görə bu məsələyə bu gün hansısa bir şərh vermək çətindir. Yoluxmanın haradan artdığı bilinir və ÜST müvafiq araşdırmalar aparır. Hesab edirəm ki, qısa bir zamanda onun səbələri, dəqiq mənbəyi bilinəcək və hamıya aydın olacaq".