
Əziz soydaşlarım!
Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi- qəlbdən təbrik edirəm !
Bu mübarək ayda uca Allahın izni ilə dərdlər unudulsun, əhvalınız xoş , insanlara saglamlıq, dünyamıza əmin - amanlıq arzulayıram. Kainatın yaradıcısı və aləmlərin Rəbbi bagışlayıcı və rəhimli Uca Allah bütün dualarımızı qəbul etsin.İnşəallah Ali Baş Komandanın rəhbərliyi altında birlik və bərabərliyimizi bir yerə toplayıb , işgaldan azad edəcəyimiz Azərbaycanımızın döyünən ürəyi Daglıq Qarabagımızda , Xankəndində, Xocalıda, Şuşada, Laçında, Kəlbəcərdə , Qubadlıda və digər gözəl torpaqlarımızda qeyd edək. Əlbətdə ki, bu günləri Vətənimizin hüzuru üçün gecə gündüz keşiyində duran , ön cəbhədə , arxa cəbhədə əsgər və zabitlərimizin, Şəhid analarımızın , qazilərimizin , bütün Azərbaycan xalqının arzusudur.Təbrikimin sonunda əsgər və zabitlərimizində bu Müqəddəs Ramazan bayramını bir daha ürəkdən təbrik edib, onlara çiyinlərində ən agır yük daşıyan Vətənimizin işgalda olan torpaqlarını tezliklə azad etməsini , Şəhid analarımızı sevindirmələrini və yenilməz Azərbaycan bayragını ən uca zirvədə dalgalandırmagını arzulayıram. VƏTƏN sizinlə güvəndədi. Birdaha əziz xalqım Müqəddəs bayramınızı təbrik edirəm.
Şəfaqət Vəliyeva -Xeberlertv.info saytının rəhbəri