• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Xəzər rayonunda keçirildi. 04.09.2026

Cəmiyyət

4-09-2026, 16:07

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Xəzər rayonunda keçirildi. 04.09.2026Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2026-cı ilin 4 sentyabr tarixində Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən Laçın rayonunun Quşçu kənd tam orta ümumtəhsil məktəbində həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilmişdir.

48 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, 14.02.2021-ci il tarixdə ilk səfəri zamanı Güləbird kəndində Dövlət bayrağının ucaldılmasından, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından, eyni zamanda 2022-ci il 26 iyun tarixində Laçın rayonu ərazisinə səfər etməsi zamanı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərindən, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərdən, “Həkəriçay” su anbarı layihəsi ilə tanış olmağından danışmış, 26 avqust tarixində Laçın şəhəri, Zabux və Sus kəndlərinin ordumuzun tam nəzarətinə götürülməsini ölkə rəhbərliyinin torpaqlarımızın bütünlüklə azad olunması istiqamətindəki qətiyyətinin bariz nümunəsi olduğunu bildirmiş, 2022-ci il 21 sentyabr tarixində işğaldan azad olunmuş Laçın rayonu ərazisinə sayca dördüncü səfəri zamanı Laçın şəhərində Azərbaycanın üçrəngli Bayrağını ucaltmağı və “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etməyini, 2023-cü il 4 may tarixində işğaldan azad olunmuş Laçın rayonu ərazisinə sayca beşinci səfəri zamanı Güləbird kəndinin təməlqoyma mərasimində iştirak etməyini Azərbaycan tarixinin ən əlamətdar hadisəsi olduğunu bildirmişdir. Həmçinin rayon rəhbəri Prezident İlham Əliyevin 2023-cü ilin 27 və 28 may tarixlərində işğaldan azad olunmuş Laçın rayonuna səfərindən danışaraq, Laçın şəhərinə qayıdan əhali ilə görüşünün və onlara mənzillərinin açarlarının təqdim olunmasının bütün Laçın rayon sakinlərinin yaddaşında həmişə ən xoş xatirələrlə xatırlanacağını bildirmişdir.

Rayon rəhbəri 25 avqust 2023-cü il tarixində ölkə Prezidenti Cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Laçın rayonuna səfərindən danışaraq, ölkə rəhbərinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdiyini, dövlət başçısının Mehriban xanım Əliyeva ilə birlikdə Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə, həmçinin Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olduqlarını, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, bir sıra müəssisələrdə yaradılan şəraitlə tanış olduqlarını, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak etdiklərini, Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak etdiklərini, Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışında iştirak etdiklərini, Laçın rayonunda mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak etdiklərini, Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olmalarını və burada kənd sakinləri ilə görüşdüklərini diqqətə çatdıraraq 26 avqust 2023-cü il tarixində “Laçın şəhəri günü” münasibətilə təşkil olunmuş bayram tədbirində iştirak etdiklərini bildirmişdir.

Eyni zamanda rayon rəhbəri Prezident İlham Əliyevin 2025-ci ilin 27 və 28 may tarixlərində işğaldan azad olunmuş Laçın rayonuna səfəri zamanı “LATİFA” Laçın tikiş fabrikinin açılışında, “PİRŞAĞI” ayaqqabı fabrikinin Laçın filialının açılışında, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında, Laçın kanat yolunun təməlqoyma mərasimində, Laçın rayonunun Bəylik kəndinin açılışında, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında, “Laçın” İstirahət Kompleksinin açılışında iştirak etməsindən, Bəylik kəndinə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim etməsindən, Laçın şəhərində sakinlərlə səmimi görüşündən danışaraq, Prezident İlham Əliyevin Laçın rayonunun inkişafına nə qədər önəm verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmin səfər zamanı Laçında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşündən, Türkiyə Prezidentinin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakından, Azərbaycan və Türkiyə prezidentlərinin Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanışlığından, Laçında Azərbaycan Prezidentinin Türkiyə Prezidenti ilə təkbətək görüşündən, Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin iştirakı ilə keçirilən Zirvə görüşündən, Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsertdə iştirakından və tədbirdən sonra Azərbaycan və Türkiyə Prezidentlərinin, Pakistanın Baş nazirinin Laçın şəhərində seyrangahda olaraq Laçın şəhərinin mənzərəsini seyr etmələrindən danışan rayon rəhbəri artıq Laçın rayonunun beynəlxalq tədbirlərə ev sahibliyi etməsini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Rayon rəhbəri əhalinin qayıdış prosesindən danışaraq, otuz üç köçürmə mərhələsində ümumilikdə 614 ailə 2 264 nəfər sakinin Laçın şəhərinə, on iki köçürmə mərhələsində ümumilikdə 217 ailə 823 nəfər sakinin Zabux kəndinə, iki köçürmə mərhələsində ümumilikdə 59 ailə 215 nəfər sakinin Sus kəndinə, üç köçürmə mərhələsində 89 ailə 363 nəfər sakinin Bəylik kəndinə, ümumilikdə 241 ailə 953 nəfər sakinin Qarabağın işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçürüldüyünü vurğulayaraq köçürmə prosesinin mərhələlərlə davam etdiriləcəyini də bildirmişdir.

Rayon rəhbəri daha sonra çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.

Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Oxunub: 25
Paylaş:
Digər xəbərlər

Gündəm

20-02-2025, 20:27

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində keçirildi. 20.02.2025

Cəmiyyət

10-01-2025, 19:51

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri Xəzər rayonunun Qala kəndində keçirildi.

Gündəm

2-08-2024, 18:12

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Tərtər rayonunun Ələsgərli kəndində keçirildi

Cəmiyyət

7-05-2026, 10:20

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu İsmayıllı rayonunda keçirildi. 06.05.2026

Cəmiyyət

5-09-2025, 18:31

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində keçirildi. 05.09.2025

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
10-09-2026, 09:34
Xocalıda mina partladı, xəsarət alan var
9-09-2026, 08:57
Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
4-09-2026, 09:50
Xırdalanda obyektdə yanğın
Son xəbərlər
  • 10-09-2026, 11:26
    Azərbaycandan Ermənistana yeni tranzit: 3 min ton taxıl
  • 10-09-2026, 11:24
    Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR
  • 10-09-2026, 11:05
    Cəbrayılın Soltanlı kəndinin tikintisindən yeni görüntü
  • 10-09-2026, 10:56
    Tramp amerikalılara pul paylayacaq - hər kəsə 5 min dollar
  • 10-09-2026, 10:45
    Yeni Azərbaycan Zəfər zirvəsindədir!
  • 10-09-2026, 10:40
    “Brent” neftin qiyməti ucuzlaşdı
  • 10-09-2026, 10:30
    Ankarada Heydər Əliyevlə Atatürkün xatirəsi yad olundu - Fotolar
  • 10-09-2026, 10:26
    Ötən ay tarixin ən isti avqustu olub
  • 10-09-2026, 10:13
    Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum oldu
  • 10-09-2026, 10:08
    Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr
  • 10-09-2026, 09:57
    Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS
  • 10-09-2026, 09:54
    Prokurorluq “Zipline”də iki nəfərin ölümünün səbəblərini AÇIQLADI
  • 10-09-2026, 09:43
    Dünyanın 120 ölkəsi Azərbaycanı seçdi - əcnəbi tələbələrin sayı artır
  • 10-09-2026, 09:40
    Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarının vaxtı açıqlandı
  • 10-09-2026, 09:34
    Xocalıda mina partladı, xəsarət alan var
  • 10-09-2026, 09:25
    Şükürbəyliyə qayıdan 25 ailənin sevinc dolu anları - GÖRÜNTÜ
  • 10-09-2026, 09:16
    Paşinyan Makronla görüşdü
  • 10-09-2026, 09:13
    “Cimbom” ÇL-ə məğlubiyyətlə başladı - Video-Yenilənib
  • 10-09-2026, 09:09
    Trampla telefon danışığını ləğv etdi
  • 9-09-2026, 20:05
    Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
  • 9-09-2026, 14:39
    Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
  • 9-09-2026, 14:36
    Ceyhun Bayramov Mirzoyanla görüşəcək
  • 9-09-2026, 09:42
    Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
  • 9-09-2026, 09:20
    “Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucal
  • 9-09-2026, 09:16
    Messi bu klubu alır
  • 9-09-2026, 09:13
    İran İordaniyadakı ABŞ bazalarını vurdu
  • 9-09-2026, 09:10
    Qatlanan iPhone 4080 manat olacaq
  • 9-09-2026, 08:59
    Hazırda Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHI
  • 9-09-2026, 08:57
    Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
  • 8-09-2026, 16:32
    Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
  • 8-09-2026, 15:44
    Uşaqlı ailələrə ipoteka və ilkin ödəniş dəstəyi təklif olunur
  • 8-09-2026, 15:14
    Ali Məhkəmədən kreditlə bağlı ciddi xəbərdarlıq
  • 8-09-2026, 13:56
    DİM sədri 2027-ci ildə imtahanlarda ediləcək dəyişiklikləri AÇIQLADI
  • 8-09-2026, 11:44
    Bu yolda sürət həddi endirildi - Yenilənib
  • 8-09-2026, 11:00
    Rusiya Kiyevi vurdu: ölən və yaralananlar var
Daha çox
8-09-2026, 16:32
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
9-09-2026, 09:42
Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
9-09-2026, 20:05
Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
9-09-2026, 09:10
Qatlanan iPhone 4080 manat olacaq
8-09-2026, 08:49
Bu gün Çempionlar Liqasının oyunları başlayır - TƏQVİM
8-09-2026, 08:55
Tramp neftin ucuzlaşacağı vaxtı açıqladı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə