
Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu
Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı avqust ayının 21-də başlayacaq.
Aşura Məhərrəm ayının 10-cu gününə, yəni avqustun 30-na təsadüf edəcək.
Səfər ayı isə 19 sentyabrda başlayacaq, 17 oktyabrda başa çatacaq.
Qeyd edək ki, bu il Qurban bayramı Zilhiccə ayının 10-u yəni iyulun 31-i və avqustun 1-nə təsadüf edəcək.