• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Günay Məlikli ilə əslində,,,

Cəmiyyət

22-06-2020, 14:09

İçkiyə görə işdən qovuldu, həftələrlə dilinə çörək vurmadı, qızının ad günündə öldü - “Qırçı Məhəmməd”in film kimi həyatı


Günay Məlikli ilə əslində,,,


Dünən maraqlı aktyor Fazil Salayevin anım günü idi.

XƏBƏRNUR bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Cənubi Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır.

***

Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.

***

Rəssamlığın sonuncu kursunda, 23 yaşı tamam olanda isə atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.



Fəridə xanım həyat yoldaşının rəssam olduğunu bilsə də, onun aktyorluğa olan marağından xəbərsiz imiş. Heç atası İdris Salayev də Fazilin aktyor olacağını ağlına belə gətirməyib. Dövrünün sayılıb-seçilən ziyalılarından olan İdris bəy oğlunun "mütrüb" adlandırılmasını istəmirdi. O həm də müxtəlif vəzifələrdə çalışmışdı. Üstəlik, Fazil ailənin yeganə övladıydı.

***

Ancaq Fazil sənədlərini o vaxtkı Teatr İnstitutuna verir. Deyilənə görə, Salayevin kumiri məşhur italyan aktyoru Toto idi. Çox güman ki, Fazilin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı.

***

Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra dram teatrından gedir. Musiqili Komediya Teatrında işə düzəlir.

***

Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu oynayır. Ardınca "Alma almaya bənzər", "Bir cənub şəhərində", "Dərviş Parisi partladır" kimi filmlərdə yaddaqalan obrazlar yaradır. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.



1966-cı ildə Həsən Seyidbəyli "Sən niyə susursan" filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır.

***

Həyat yoldaşı Fəridə Salayeva 2009-cu ildə verdiyi müsahibədə Fazil Salayevin son günlərini belə xatırlayırdı:

"Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqda danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Söz-söhbət gəzirdi ki, guya Fazil bizimlə yola getmirmiş. Təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hələ hamısı evdəydi. Sonra başım qarışdı onları köçürməyə. Daha sonra nəvələrim dünyaya gəldi. Fazil evin vur-tut bircə uşağı olub. Özü də varlı-hallı bir kişinin. Üstəlik, üç qardaşın evində yeganə uşağıydı. Rəhmətlik qayınatamın artistlikdən xoşu gəlməzdi. Elə sözün doğrusu, mənim də. Heç inanın, teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. Pianino çalmağı, oxumağı aləmiydi. Hədsiz istedadlıydı. Açıq-saçıq danışan, əhlikefiydi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc... Bir az da cavanlığıydı, indiki ağlım hardanıydı. Necə deyərlər, çox fərqimiz vardı... Fazilin ana babasının da artistliyi varmış. Teatrda işləməyib, toy-düyündə iştirak eləyərmiş. Görünür, babasına çəkib".



Xalq artisti Yaşar Nuri müsahibələrinin birində aktyor haqqında deyir:

"Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, "filan roldakı aktyor" kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı "filan aktyor" idi. "Muskomediya"da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun "ölməyinə" iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı... Onun "Şərikli çörək" filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans... O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı".

***

Aktyorun oynadığı sonuncu film onun həyatının son aylarına təsadüf edir. Rejissor Cahangir Mehdiyev Moskva Kinematoqrafiya İnstitutunda oxuyarkən kurs işi üçün "Araşdırın" filminə Fazil Salayevi çəkir.

***

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nur həmkarı Fazil Salayevlə tanışlığını belə xatırlayır:

"Mən tələbə olanda Fazil Salayev "Azdrama" işləyirdi. O vaxt teatrın direktoru bizim kurs rəhbərimiz rejissor Əliheydər Ələkbərov idi. Dərslərin çoxunu teatrda keçirdik, imtahan vaxtı ora gedirdik. O, Allahın möcüzəli, istedadlı aktyor idi. Fazil "Azdrama"da elə də böyük rollar oynamayıb. Məsələn, "Ölülər"də Cəlalı oynayırdı. Digər tamaşalarda da epizodik rollardaydı. Ancaq qeyri-adi koloritli, duzlu aktyor idi. Kinostudiyada da tez-tez görüşürdük, çay içirdik. Nə qədər istedadlı olsa da, onu layiqincə qiymətləndirmədilər. Hətta kateqoriyasını artırmırdılar ki, normal maaş alsın".


Deyilənlərə görə F.Salayev istedadı qiymətləndirilmədiyindən sınır, həyatın dibinə yuvarlanaraq, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmir, həftələrlə dilinə çörək vurmur.

***

İsrafil İsrafilov Fazil Salayev haqqında deyir: "Salayevin başlıca səhvi isə, heç şübhəsiz ki, içkiyə meyilli olmasıydı. Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Onu komizmi də orijinaldır, plastikası da. Fazildən sonra o tipdə aktyor yetişməyib. Düzdür, Yaşar Nuri yetişdi, amma o, başqa tip aktyor idi. Tofiq Kazımov onu çox istədiyindən bəzi səhvlərinə göz yumurdu. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu "Azdrama"dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi "Muskomediya", necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra "Azdrama"ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı".



İndiki qış bulvarının yerləşdiyi ərazidə yaşayırdı. Olduqca saf, qonaqpərvər, mehriban, hətta deyərdim ki, sadəlövh idi. Mən yaşlı nəsil aktyorların əksəriyyətini görmüşəm. İkinci belə uşaq kimi saf aktyor olmayıb. Teatrın adamı bir balaca korlamağı olur. Müxtəlif rollar oynadığı üçün aktyorlar peşə xəstəliyinə tutulurlar. Simasızlıq onların peşəkar xəstəliyidir. O, nadir adamlardan idi ki, simasını dəyişməmişdi, peşə xəstəliyi yox idi. Ən parlaq rolunda da özünü heç kimdən üstün tutmurdu. Onu aldatmaq çox asan idi və aktyorlar bəzən onunla zarafatlaşırdılar".

***

Fazil Salayevin küsülü olduğu həmkarı olmasa da, "Azdrama"da xoşu gəlmədiyi bir nəfər varmış. İsrafil İsrafilovun dediklərindən:

"Heç kimlə küsülü deyildi, ancaq xoşu gəlmədiyi adamlar var idi. Məsələn, teatrın rekvizit sexində işləyən bir nəfərin Fazilin "Azdrama"dan getməyində böyük "rolu" olmuşdu. O, təkcə Fazili yox, Səməndər Rzayevi də rəhbərliyə "satırdı". Çünki hər ikisi tamaşalara içkili gəlirdilər. Aktyorların əksəriyyətinin belə qüsurları olub.

Gallery

Deyilənə görə yşaq kimi saf və təmiz xarakterli adam olub. Hətta o qədər saf adam olub ki, aktyorların bəziləri onunla zarafatlaşırmışlar. Ən yaxın dostu Yaşar Nuri və Səməndər Rzayev olub. Aktrisalardan isə Nəcibə Məlikova onu öz övladı, qardaşı kimi çox istəyib. Nə zaman onun yemək yemədiyini bilsə, otağına çağırıb ona yemək və çay verərmiş.

***

Fazil "Molla Cəbi" tamaşasında Əliağa Ağayevlə tərəf müqabil olub. Əliağa Ağayev deyirmiş ki, "Fazil orada elə xırdalıqlar edirdi ki, mən özümü itirmişdim. Onun ifasına valeh olmuşdum, öz rolum yadımdan çıxmışdı".

***

Deyilərnlərə görə bir dəfə də Fazil evə sərxoş gəlir. Bunun xanımı da çox cüssəli qadın olub. Qadın görür ki, Fazil özü gedib yata bilməyəcək. Onu qucağına alıb yerinə atır. Uşaqları qışqırırlar ki, "papa letit, papa letit". Səhəri gün özü başına gələni dostlarına danışıb gülürmüş.

***

Fazil Salayev 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə dünyasını dəyişir.

Günay Məlikli

Oxunub: 766
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

13-06-2020, 15:47

Günay Məlikli ilə əslində....

Mədəniyyət

11-11-2019, 09:54

"O, axşam işdən qayıdana kimi mən küçələrdə qalırdım" — Keçmişdəki mən - FOTO

Mədəniyyət

4-11-2019, 09:48

Rəqsanə qadın həmkarlarını biabır etdi: "“Həci”ləri hörmətdən salmaq sizin başınız üçün deyil" — VİDEO

Cəmiyyət

30-10-2019, 14:02

Hadı Rəcəblinin vermək istəmədiyi “UŞAQ PULU”na digər deputatdan ETİRAZ: “VERMƏLİYİK”

Mədəniyyət

7-10-2019, 10:34

4 ay əvvəl evlənən aktyor ata oldu

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Bugün, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • Bugün, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • Dün, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • Dün, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • Dün, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
  • 10-06-2026, 07:02
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
  • 9-06-2026, 14:30
    Kollecə yeni direktor təyin olundu
  • 9-06-2026, 14:26
    Macarıstanda Nazir və deputatların maaşı iki dəfə azaldıldı
  • 9-06-2026, 11:42
    Azərbaycanın dövlət borcu nə qədərdir? - AÇIQLANDI
  • 8-06-2026, 15:37
    Şuşadakı abidələrin köçürülməsi və korlanması qadağan edilir
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
Dün, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Dün, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə