• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Zabit ruhunun böyüklüyü və qüdrəti istənilən artileriyyadan daha təsirli, bütün zirehlərdən daha möhkəmdir

Cəmiyyət

12-12-2020, 22:36

Zabit ruhunun böyüklüyü və qüdrəti istənilən artileriyyadan daha təsirli, bütün zirehlərdən daha möhkəmdir


Zabit ruhunun böyüklüyü və qüdrəti istənilən artileriyyadan daha təsirli, bütün zirehlərdən daha möhkəmdir. Ruhundakı bu böyüklük və qüdrət ilə öz əsgərlərini də ruhlandıran zabitlərimizdən biri də Polkovnik Eldəniz Firuddin oğlu Namazovdur. Azərbaycanın vətənpərvər oğlu 1978 –ci il iyunun 27-də Qazax rayonun Abbasbəyli kəndində anadan olub. Eldəniz Namazovun məktəb illəri 1-ci Qarabağ savaşının başlandığı, alovlandığı və torpaqlarımızın itirildiyi dövrə təsadüf etdiyindən baş verən proseslər onun gələcək taleyinə təsir etməyə bilməzdi. Eldəniz Namazovun dayısı və özündən yaşca böyük olan iki qardaşı da 1-ci Qarabağ savaşında işğalçı erməni hərbi qüvvələrinə qarşı mərdliklə vuruşaraq, şərəfli Qazi adına laiq görülmüşdülər.

Həmin ağır illərdə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı adına laiq görülən Allahverdi Bağırovun ağlı, zəkası, vətənpərvərliyi və mərdliyi dillərə dastan idi. Bəlkə də bu səbəbdən Eldəniz Namazov böyüyəndə onun kimi vətəninə, xalqına laiqli övlad olmaq, onun kimi Azərbaycanın tarixinə öz adını yazmaq arzusu ilə alışıb yanırdı. Vətən eşqi, itirilmiş torpaqlarımızı geri almaq istəyi Eldəniz Namazovun hərb sənətinə olan sevgisini artırır və o qərar verir : Mən zabit olacam !
Hərb sahəsi - yuxusuz gecələr, isti, yağış, qar, palçıq demədən ağır təlimlər və mümkün ola biləcək silahlı mübarizə və ölüm təhlükəsi deməkdir. Bu səbəbdən də hərb sahəsini könüllü seçmək hər oğulun işi deyil. Bəzən də valideyinlər övladlarının hərbidən uzaq durmağı, başqa sahəni seçməyi məsləhət görürlər. Lakin Eldəniz Namazov vətənini sevən bir ailədə böyüyüb, tərbiyə almışdı. O ata-anasının xeyir duası ilə şərəfli zabit peşəsini seçir və bundan bir an belə peşman olmur.

Ali hərbi təhsil aldıqdan sonra peşəkar zabit kimi fəaliyyəti dövründə Mayor Eldəniz Namazov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir. Lakin bu, hələ başlanğıc idi...

1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan öz hərbi qüdrətini ildən – ilə artırmağa başladı. Bu hərbi inkişaf Prezident, Ali baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişindən sonra özünü daha çox biruzə verdi. Ordumuzun büdcəsi ilə yanaşı hərbi arsenalı, silahlı qüvvələrimizin peşəkarlığı, fiziki və psixoloji hazırlığı ildən ilə gücləndi... Bu illər ərzində Ermənistan rəhbərliyi öz xalqını və dünyanı “məğlubedilməz erməni ordusu”-nun nağıllarına inandırmaqla məşğul idi. Ermənilər son günlərə qədər inanırdılar ki, Azərbaycan ordusu 90-cı illərdəki pərakəndə döyüşçülər səviyyəsində qalıb. Siyasi arenalarda Azərbaycanın mehriban qonşuluq, qarşılıqlı inkişaf və topraqların sülh yolu ilə qaytarılması təkliflərinə erməni tərəfi “qəhraman” ordusuna və siyasi havadarlarına tam əmin olaraq -yox cavabı verirdi. Hələ daha da harınlayaraq Qarabağ Ermənistandır -kimi mesajlar verməyə başladılar...
Aprel döyüşləri, Tovuz istiqamətindəki döyüşlər və nəhayət 27 sentyabr 2020-ci il tarixində cəbhədəki erməni təxribatı Azərbaycanın səbrini tükəndirdi. Artıq geriyə yol yox idi. Eldəniz Namazov kimi Azərbaycan oğulları -ya Şəhadət, ya Hürriyət deyərək, Ali Baş Komandanın əmrini gözləyirdilər.
Əmr verildi : İrəli ! Bütün işğal altındakı torpaqlarımız azad olunanadək irəli !
Həmin gün bəlkə də Eldəniz Namazovun illərlə qəlbini ağrıdan arzusunun həyata reallaşdığı gün idi. Azərbaycan ordusu bütün cəbhə boyu hücuma keçdi. Polkovnik Eldəniz Namazovun döyüş yolu Cəbrayıl, Fizuli, Hadrut və Şuşanın azad olunmasında keçir. Noyabrın 8-də Qarabağın alınmaz qalası olan Şuşanın Müzəffər Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülməsilə Ermənistan təslim oldu və kapitulyasiyaya imza atdı. Növbəti günlərdə isə döyüşlərdə rəşadət göstərən Azərbaycan zabiti, polkovnik Eldəniz Namazov Kəlbəcərin təhvil alınmasında şəxsən iştirak edir.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir çox hərbi qulluqçularını müxtəlif orden və medallar, fəxri adlarla təltif etdi. Onların içərisində polkovnik Eldəniz Namazov da var idi. Azərbaycanın vətənpərvər oğlu, ölkəmizin tarixinə adını yazdıraraq Vətən müharibəsinin qalib zabiti kimi “Qarabağ Ordeni” ilə təltif edilib....

Polkovnik Eldəniz Namazov Allahdan şəhidlərimizə rəhmət diləyir və fəxarətlə bildirir ki, 44 günlük müharibədə işğalçı ermənilərə laiqli cavab verərək, 90-cı illərdəki məğlubiyyət və işğal ləkəsini alnımızdan sildik. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm prezident, cənab Alı Baş Komandanımızın rəhbərliyi altında savaşmaq və qələbə qazanmaq təsəvvür edilməyəcək dərəcədə gözəl bir hissdir.
Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Ordusu!!!
QARABAĞ AZƏRBAYCANDIR !!!

Cənab Polkovnik ! Biz də, sadə Azərbaycan vətəndaşı olaraq sizinlə və sizin kimi oğullarla fəxr edirik....

Xəbərnur

Oxunub: 766
Paylaş:
Digər xəbərlər

Siyasət

24-06-2020, 14:47

Cəlil Xəlilov: Azərbaycanda peşəkar zabit kadrlarının hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır

Siyasət

4-06-2020, 15:42

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

Cəmiyyət

23-02-2020, 17:45

Erməni cinayətinin qurbanı olan polis serjantı

Video

16-10-2019, 11:53

Bakıda işədüzəltmə adı ilə insanları belə aldadırlar — VİDEO

Mədəniyyət

11-10-2019, 13:29

Qarabağ qazisi Ramil Səfərovla — FOTOSUNU PAYLAŞDI

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:39
Bayramın qardaşı analarını öldürdü
Dün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Bugün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Bugün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Bugün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Bugün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Bugün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Bugün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Bugün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Bugün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Bugün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Bugün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Bugün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Bugün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Bugün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Bugün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • Dün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Dün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Dün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Dün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Dün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Dün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Dün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Dün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Dün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Dün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Dün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Dün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Dün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Dün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Dün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Dün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Dün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Dün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Dün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
28-07-2026, 11:29
Qarabağ qazisi: “Müdafiə Nazirliyi və DSMF-in laqeydliyi məni intihara cəhd həddinə çatdırdı”
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə