• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

YANAN ÖMÜR, ANAN TALE, SINAN BƏXT...

Cəmiyyət

25-02-2021, 23:48

YANAN ÖMÜR, ANAN TALE, SINAN BƏXT...





Əziz bacım Azadə xanım!
Sabah sənin ad günündür...
Amma Xocalı faciəsindən sonra ad gününü keçirmədiyini yaxşı bilirəm.
Bu illər ərzində səni heç vaxt həmin gün təbrik etməmişəm.
Doğmaların, dostların da eləcə...
İndi də sənə təbrik məktubu yazmıram...
Heç sabah da sənə zəng vurub xoş sözlər söyləməyəcəyəm...
Sadəcə mənəvi qardaşın kimi bu dəm ürəyimin giziltilərini sızlayan vərəqə köçürmək keçdi ürəyimdən...
Yanan ömür, anan tale, sınan bəxt...
Ömür dağdı, ömür bağdı, ömür yol...
Unudulmaz atan Abbas kişi düşdü yadıma... Borçalımızın el ağsaqqalı kimi hörmət qazanmış Qasımlı Abbas Hüseynov... Qədim-qayım söhbətlərimiz oyandı yaddaşımda... Niyə Borçalının tarixi ilə bağlı o sunədəftər insanın danışdığı qatı açılmamış əhvalatları, ərən kişilər, nər kişilər haqqında söylədiyi yaddaş saxlanclarını vaxtında qələmə almadım?.. Buna görə çox qınayıram özümü... Deyirdim, gün gələr, rahatlıqla danışıb kəlmələşərik... Əcəl macal vermədi... Hayıf...
Gülüzlü anan Zemfira xanımı xatırladım... Sadaxlı Zemfira Hüseynovanı... Şirin-şəkər söz boxçasının incələmələri canıma od saldı... "Ay oğul, sən allah Azadə, Tahirə bacılarını tək qoyma!.. Sən bizim oğlumuzsan ha!.." - öyüdü qulaqlarımda cingildədi... Ömür yaman vəfasızmış...
Qəribədi, səni tanıyana qədər, onlarla tanışlığım yox idi, amma bu nurani insanlarla doğmalaşandan sonra, xətrinə dəyməsin, sən keçdin bir qədər arxaya... Başladım ərklə özümü ərköyün qardaş kimi aparmağa...
Çünki mənə "oğul" dedilər, səndən muğayat olmağımı istədilər, boynuma şərəfli bir qardaşlıq vəzifəsi qoydular...
Sonra ömür-gün yoldaşın Cavanşir Vahabovla səmimi dostluğumuz başladı... Ara-sıra görüşsək də tezliklə qaynayıb-qarışdıq... Nə yazıq ki, son illərdə olmazın ağrı-acı yaşadı... Dünyasını vaxtsız-vədəsiz dəyişdi... İşıqlı xatirələri qaldı yaddaşımızda... Taleyi belə yazılıbmış yəqin...
Tale dedim, oğlun Talehin nur siması gəldi gözüm önünə... Yadındadı, 1990-cı illərin sonlarında hərdən "Səhər" qəzetinin, hərdən "Borçalı" qəzetinin redaksiyalarına gətirirdin. Ağsaqqalımız Məzahir Süleymanzadə, qardaşımız Mahir Süleymanov, o biri əməkdaşlar - hərə bir tərəfə çəkirdi bu şirin oğlanı... Dəcəl, şıltaq, istiqanlı Talehi... Gözümüzün önündə böyüdü... Gözümüzün önündə də itirdik... Gözlənilmədən... Yeganə oğlu qəflətən itirmək dağların yükündən də ağırdı, amma qədərə neyləmək olar ki?!.
Ata, ana, ömürdaş acısından sonra oğul dağını çəkmək... Burda təsəlli də acizdi, bacım...
İnsan bir gün gələr, bir gün gedər... Di gəl vaxtlı var, vaxtsız var... Sənin itkilərin vaxtsız-vədəsiz oldu...
Dünyasını dəyişmiş doğmalarımızın hamısını rəhmətlə, ehtiramla, sayğıyla anıram...
Həyat mübarizə meydanıdır... Özün yaxşı bilirsən...
Sən mübariz qadınsan!.. Mübariz də olmalısan!..
Çünki onların ruhları kimi arzuları, niyyətləri, yaxşılıqları, əməlləri də indi səndə, sənin varlığında, sənin iş-gücündə yaşayır...
Sənin yolun heç vaxt hamar olmayıb... İlk gənclik illərindən həyatın qovğaları ilə çarpışmısan...
Həkim kimi minlərlə insana şəfa verəndə də, jurnalist kimi çoxlarının yoluna işıq salanda da, şair kimi duyğularını kağıza köçürəndə də mübarizələr içində olmusan...
Baş redaktoru olduğun "Borçalı" qəzetinin və "Borçalı" jurnalının salnamələşən nömrələri, çoxsaylı şeir və publisitika kitabların həyat yollarına nur çiləyir...
İllər boyunca qayğıkeşliyin çoxlarının evlərini nurlandırıb, xeyirxahlığın neçə-neçə qapılarda çıraq yandırıb, səxavətin imkansızların köməyinə çatıb...
Sən uzun illərdən bəri qətiyyətlə başçılıq etdiyin “Qafqaz Media” İctimai Birliyinin məclislərində milli bayramlar, əlamətdar günlər zamanı o qədər layiqli söz-sənət adamını mükafatlandırmısan ki, onların alqışları ömür boyu mənəvi dayağın olacaq!..
Bir yandan bağlayan fələk bir yandan sənə xeyirxahlığı, sədaqəti, səxavəti, insanpərvərliyi, təmənnasızlığı mükafat verib...
Ulu Tanrımızın çoxlarına qismət etmədiyi bu əvəzsiz mükafatı göz bəbəyi kimi qoru, əziz bacım!..
Bir də özünü qoru...
Səni sevənlər üçün!..

Knyaz Aslan

Oxunub: 704
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

27-08-2020, 13:33

“Sənə nifrət edirəm” - Azərbaycan xanımı“od püskürdü”.

Şou-biznes

23-06-2020, 23:21

"Aynişan, xəbərin yoxdu anan can verir"

Cəmiyyət

6-03-2020, 13:38

Rəsulzadəyə məktub: Məclisi Məbusan və … qazan söhbətləri –Ləman Ələşrəfqızı yazır…

Maraqlı

16-02-2020, 11:49

Hansı qan qrupunun kişiləri daha ehtiraslıdır

Cəmiyyət

30-10-2019, 14:07

Aqil Abbas: “Fədayəni dünyanın bir nömrəli terrorçusu kimi təqdim etmişdilər”

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Bugün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Bugün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
31-07-2026, 17:32
Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
31-07-2026, 21:28
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə