• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası

Cəmiyyət

10-03-2021, 20:08

Aydın Ulusoy



Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası



2020-21 ci illərə aid olan statistikaya görə, 7.7 milyard nəfər əhalisi olan dünyanın 5.1 milyardı mobil telefondan istifadə edir. Bu onu göstərir ki, mobil telefon artıq hər kəsin həyatının bir parçasına çevrilib və əksər insanlar gün ərzində böyük işlərinin bir hissəsini bu kiçik cihazla həll edir, ya da boş vaxtını yüklədiyi proqramlarla keçirir. İlk əvvəllər sadəcə Facebbok var idisə, bu gün sosial media tətbiqlərinin sayı onlarladır. İnternetə çıxışı olan 4.3 milyard insanın 3.5 milyardı sosial şəbəkələrdən aktiv istifadə edir. Onların da 3.4 milyardı sosial şəbəkələrə mobil telefonla çıxr. Əvvəllər insanlar mobil operatorlara külli miqdarda pul ödəyərək ünsiyyət saxlasalar da, bu gün çox cüzi pul qarşılığında 1 ay sosial şəbəkələrdə gəzişir, danışır, yazışır, gündəlik xəbərlərdən məlumatlı olurlar. İlk günlər mobil operatorlar soisal medianın təqdim etdiyi ünsiyyət vasitəsinin onların bazarına təsir etməyəcəyini, onların daha keyfiyyətli rabitə əlaqəsi təqdim etdiyini söyləsələr də, bu gün reallıq əksini sübut edir. İnsanlar saatlarla Whatsapp, Facebook, Skype, İnstagram kimi sosial media alətləri vasitəsi ilə video bağlantı qururlar. Amma inkişaf edən dünya bu əlaqə vasitələrinin də inkişafını zəruri edir və hər gün yeni tətbiqlər təqdim olunur. Sonuncu belə tətbiq isə TikTok-dur. FaktXəbər olaraq bu barədə bir qədər araşdırma aparmaq qərarına gəldik.



İstifadəçinin fərqli xüsusiyyətləri ilə 15 saniyəlik video çəkmə və paylaşma imkanı verən TikTok tətbiqinin məşhurluğu və istifadəçi sayı getdikcə artır. Ötən il 250 milyon istifadəçi sayını bu il 500 milyona çatdıraraq diqqət mərkəzinə düşən tətbiq Azərbaycanda da son zamanlar populyarlaşmağa başlayıb.



Hazırlanan videoların keyfiyyəti ilk günlər müzakirə mövzusu olsa da, qısa müddətdə əldə edilən nailiyyət sosial medianın gəldiyi nöqtəni göstərməsi baxımından önəmlidir.

Didər sosial media şəbəkələri ilə qarşılaşdırıldıqda istifadəçi cəhətdən ən gənc platforma TikTok-dur. İstifadəçilərinin təxminən 66 faizi 30 yaşdan aşağı, 41 faizi isə 16-24 yaş arası gənclərdən ibarətdir. İstifadəçilərin 56 faizi kişilər, 44 faizi isə qadınlardır. Hər bir istifadəçi isə günün ən azı 52 dəqiqəsini bu tətbiqdə keçirir. Tətbiq 75 dildə yayımlanır. TikTok ayda 1.4 milyon gəlir əldə edir ki, bu gəlirin 42 faizi ABŞ-dandır. Təkcə 2019-cu ilin ilk rübündə TikTokun qazancı 600 milyon dollar olub.



Diqqət etsək görərik ki, son illərdə sürətlə yayılmağa başlayan qısa video paylaşım tətbiqi bir "bəyən" üçün insanların haralara qədər gəldiyini ortaya qoyur.

Yaxşı məqsədlər üçün istifadəni təbii ki, alqışlayırıq. Ancaq müşahidə edilən və qarşısı alınmayan bütün bayağılıqların gözəlliyi kölgədə qoyduğu həqiqətini görməzliyə vura bilmərik. Azərbaycandan olan sosial şəbəkə istifadəçilərindən biri, "TikTok əslində yaxşı proqramdır. Ən azından kimin axmaq olduğunu öyrənmiş oluruq", - deyə yazır.



Yoldaşını boşayan da var, intihar edən də

Hər hansı bir məzmun məhdudiyyəti olmayan və nəzarətsiz istifadə olunan TikTok tətbiqi bir çox sosial problemləri də özü ilə birlikdə gətirir. Xüsusi ilə sosial reklamlar vasitəsi ilə hər kəsə çatan tətbiq uşaq istismarına da səbəb olur. Cinsi məzmunlu şərhlər və görüntülər "əyləncə" adı altında milyonlarla insana çatdırılır. Dünya miqyasında ailələr tərəfindən böyük etiraza səbəb olan tətbiqə görə yoldaşını boşayanlar da var, intihar edən də, hətta maraqlı çəkiliş etsin deyə məsuliyyətsizlik edərək həyatını itirən də. Uzağa getməyək, iyun ayının əvvəlində Bakı bulvarında suya tullanmasını videoya çəkərək TikTok-a yerləşdirmək istəyən 22 yaşlı gənc öldü. Bundan əlavə, öncədən də qeyd etdiyimiz kimi, bir "bəyən" üçün insanlar abırsızlıq kimi qəbul edilən hərəkətləri özlərinə rəva bilirlər, min hoqqadan çıxırlar. Hindistanda isə 24 yaşlı 2 uşaq anası olan qadın əri TikTok-a girməyi qadağan etdiyi üçün həşərat zəhəri içərək intihar etmişdi. Əxlaqı normaları ayaq alta atdığı üçün isə Türkiyədə TikTok əleyhinə haştaq yaradılıb.



Hər yerdə qarşımıza çıxır

TikTok artıq elə bir səviyyəyə çatıb ki, tətbiqdə yer alan videoları izləmək üçün TikTok-u yükləməyə ehtiyac yoxdur. Digər sosial medialarda da paylaşılan TikTok videoları yenə eyni şəkildə minlərlə izlənmə sayı toplayır. Tətbiqdən xəbəri olmayan şəxslər belə, müəyyən formada TikTok videosunu izləmiş olur. Bu da platformada nə qədər çox məzmun istehsal edildiyini göstərir.

TikTok haqqında maraqlı məlumatlar

Şirkətlər mobil dünyaya yaxın olan insanların dünyasını daha yaxından tanımaq üçün TikTok tətbiqini izləyir. GACKT ve "Yukina Kinoshita" kimi Yaponiya şirkətlərinin hesab açması və televiziya proqramlarında paylaşılan videoların müzakirə edilməsi tətbiqin populyarlığını artırıb.

"Burger King" kimi məşhur markalar məhsullarının reklamı üçün son zamanlar davamlı şəkildə TikToka müraciət edir.

Aparılan araşdırmalara görə, şirkətlər insanlara çatmaq məsələsində TikTok-un İnstagramdan daha təsirli olduğunu bildirirlər.

Hazırda bu proqramdan ən çox istifadə edən ölkə Hindistandır - 119.3 milyon nəfər. Sonrakı yeri 39.6 milyon nəfərlə ABŞ tutur. İlk üçlüyü 28.4 milyon nəfərlə Türkiyə tamamlayır. İlk onluqda növbəti yerlər bu cürdür:

- Rusiya - 24.3 milyon

- Meksika - 19.7 milyon

- Braziliya - 18.4 milyon

- Pakistan - 11.8 milyon

- Səudiyyə ərəbistanı - 9.7 milyon

- Fransa - 9.1 milyon

- Almaniya 8.8 milyon.

Oxunub: 869
Paylaş:
Digər xəbərlər

Dünya

29-11-2020, 11:16

Amerikalılar “Qara cümə”də 9 milyard dollar xərclədi

Gündəm / İqtisadiyyat

20-08-2020, 17:16

MOSC daşıma şirkəti mobil telefon vasitəsilə İOS və Android platformalar üzərindən faəliyyətə başlayıb

Cəmiyyət

18-07-2020, 15:01

“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

Cəmiyyət

25-02-2020, 15:19

İranla sərhəddə mobil səyyar hospital xidmət edəcək

İqtisadiyyat

16-10-2019, 11:03

Avtomobili olanlara şad xəbər – AZƏRBAYCANDA İLK – YENİLİK

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:39
Bayramın qardaşı analarını öldürdü
Dün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Bugün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Bugün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Bugün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Bugün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Bugün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Bugün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Bugün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Bugün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Bugün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Bugün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Bugün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Bugün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Bugün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Bugün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • Dün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Dün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Dün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Dün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Dün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Dün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Dün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Dün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Dün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Dün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Dün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Dün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Dün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Dün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Dün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Dün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Dün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Dün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Dün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
27-07-2026, 17:28
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə