Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli bu gün Şəmkir rayonunda dəfn ediləcək.
xebernur.com xəbər verir ki, Şəhidlə vida mərasimi onun ailəsinin yaşadığı Şəmkir rayonunun Təzəkənd kəndində keçiriləcək.
Vida mərasimindən sonra şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Mehri Qurban