• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR

Cəmiyyət

13-08-2021, 09:04

Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.


Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Rafael Allahverdiyevdir.


O Rafael Allahverdiyev ki, I (1995-2000) və II (2000-2005) çağırış Milli Məclisin üzvü olmaqla yanaşı, həm də uzun müddət (3 iyul 1993 - 16 oktyabr 2000-ci il) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Yeri gəlmişkən, Rafael Allahverdiyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfərdən biridir. O, həm də Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olub.

Rafael Xanəli oğlu Allahverdiyev 1945-ci il mayın 9-da Bakı şəhərində neftçi ailəsində dünyaya gəlib. 1961-ci ildə orta məktəbdən məzun olan Allahverdiyev 1974-cü ildə Moskvadakı İctimai Elmlər Akademiyasının Mətbuat işçiləri fakültəsini bitirib. O, çox-çox sonralar, 1994-cü ildə - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi vaxtlarda Qərb Universitetinin Xarici iqtisadi əlaqələr fakültəsini də bitirərək, işgüzar inzibatçılıq üzrə magistr ixtisasına yiyələnib.

Gənclik illərində “Qaradağneft” zavodunun neft və qaz istehsal edən idarəsində operator işləyib. Sonra əmək fəaliyyətini Serebrovski adına zavodda davam etdirib.Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR1971-83-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ümumi şöbəsində təlimatçı, partiya təşkilatları şöbəsində inspektor və Mərkəzi Komitənin ümumi şöbəsinin müdir müavini olub.

1983-88-ci illərdə Bakı şəhəri Nərimanov rayonunun birinci katibi vəzifəsində, 1989-93-cü illərdə respublika “Sağlamlıq” cəmiyyəti sədrinin müavini işləyib. Həmin dövrdə Azərbaycan Beynəlxalq Bankının işlər müdiri vəzifəsində də çalışıb.

O, 1985-1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı da olub.

Yuxarıda qeyd etdiyimiz kimi, R.Allahverdiyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan “91-lər” biri olub, Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasında fəal iştirak edib.

Məhz bu istiqamətdəki fəaliyyətinin nəticəsi olaraq, Heydər Əliyev hakimiyyətə qayıdan kimi hələ 70-ci illərdən tanıdığı Rafael Allahverdiyevi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mühüm vəzifəyə gətirib (1993-cü ilin 3 iyulunda).

O, həm də 1993-cü ildən YAP-ın sədr müavini postunu tuturdu. Və bu postda 2001-ci ilə qədər qaldı.

Bakı meri vəzifəsinə gələndən iki il sonra Rafael Allahverdiyev deputat mandatına da sahibləndi. Belə ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası I çağırış Milli Məclisinə 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçildi.

O, I çağırış Milli Məclisdə Yerli özünüidarə məsələləri komissiyasının üzvü idi.

Rafael Allahverdiyevə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi birmənalı münasibət yox idi. Məsələn, onun dövründə paytaxtda xırda ticarət, küçə alveri geniş vüsət almışdı. Küçə alverinə, xırda ticarətə geniş imkan yaradılması isə şəhərin çirklənməsinə, xoşagəlməz mənzərələrin hökm sürməsinə səbəb olmuşdu. Küçə ticarətinə imkan yaradılmasını insanların dolanışığı baxımından təqdir edən çox idi, amma şəhərin görünüşünə önəm verənlər bunun əleyhinə idilər.

2000-ci ilin oktyabr ayının sonunda Rafael Allahverdiyev Bakı meri vəzifəsindən istefa verdi. Həmin ilin noyabr ayında isə yenidən Milli Məclisə deputat seçildi. O, II çağırış parlamentin Regional məsələlər daimi komissiyasının üzvü idi.

R.Allahverdiyev Milli Məclisidə hakim Yeni Azərbaycan Partiyasını təmsil edirdi.
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLARHələ gənc yaşlarından Heydər Əliyevlə işləməyə başlayan R.Allahverdiyev mərhum dövlət başçısının ən yaxın və sadiq silahdaşlarından hesab olunurdu.

Amma Heydər Əliyevin vəfatından sonra hakimiyyət daxilindəki rəqiblərinin R.Allahverdiyevə təzyiqləri artdı.

Daha sonra hüquq-mühafizə orqanları onu narahat etməyə başladılar.

2004-cü ilin iyulunda isə Rəfael Allahverdiyev deputat olmasına baxmayaraq, dindirilmək üçün Respublika Prokurorluğuna çağırıldı. Onun Baş Prokurorluğa çağırılması bir sıra müstəqil və müxalufət mətbuatında iqtidardakı bəzi məmurları tənqid edən musahibələr verməsindən sonraya təsadüf edirdi.

Doğrudur, həmin vaxt R.Allahverdiyev deputat toxunulmazlığını əsas gətirərək Baş Prokurorluğa getməkdən imtina etdi, bununla belə vəkili və oğlu Xanəli Allahverdiyevi ora göndərməyə məcbur oldu. Çünki o, özünün məlumatlı mənbəyinə əsaslanaraq, hansısa ektremal situasiyada həbs oluna biləcəyini mümkün saymışdı.

"Mən parlamentin deputatıyam, Heydər Əliyev dövründə ölkənin siyasi rəhbərliyində təmsil olunmuşam. Buna görə də özümə qarşı belə bir rəftarı qəbul etmir və bunu pisləyirəm. Bu səbəbdən vəkilimi Baş Prokurorluğa göndərdim",-deyə R.Allahverdiyev o zaman bildirmişdi.

Bəs uzun müddət yüksək vəzifələrdə çalışmış, Milli Məclisin deputatı olmuş, YAP-ın qurulmasında yaxından iştirak etmiş R.Allahverdiyevin hakimiyyətin qəzəbinə tuş gəlməsinin səbəbləri nə idi?

O zaman bu barədə müxtəlif fikirlər səsləndirilsə də, R.Allahverdiyevin özü təzyiqlərin arxasında həmin vaxt Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevin adını çəkirdi.

Məsələn, R.Allahverdiyev “Exo” qəzetinə verdiyi 21 iyul 2004-cü il tarixli açıqlamasında R.Mehdiyevə təzyiqləri dayandırması üçün xəbərdarlıq ünvanlamışdı:
"...müstəqil və ya müxalif mətbuata müsahibə verməkdə pis bir şey görmürəm... Bir daha demək istəyirəm - əgər Ramiz Mehdiyev əməllərini dayandırmasa, onda ona qarşı ciddi ittiham xarakterli materiallar dərc edəcəyəm".Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLARAmma Rafael Allahverdiyevə qarşı təzyiqlər dayanmadı... Hüquq-mühafizə orqanları onu Bakının keçmiş vitse-meri Faiq Məmmədovun saxlanıldığı işlə əlaqədar - “8-ci kolometr bazarı”nın özəlləşdirilməsində yol verilmiş qanunsuzluqlarla bağlı narahat edirdi. Bundan başqa, Amerika səfirliyi yaxınlığındakı sökülən evlərin sakinləri ilə bağlı işləri də yenidən qaldırmağa başlamışdılar. Həmin evlərin sakinlərinə kompensasiyaların verilməsi zamanı maxinasiyaların olduğu sübuta yetirilmiş, keçmiş vitse-mer Eldəniz Lahıcov həbs olunmuşdu. Eyni zamanda, Bakının imkanlı adamlarından olan hacı Qalib Salahzadə (sabiq deputat-red.) və digərləri mətbuatda R.Allahverdiyevə qarşı çeşidli ittihamlar irəli sürür, onu dövlətə məxsus torpaqları satmaqda günahlandırırdılar...

Və bu hadisələrin fonunda Rafael Allahvberdiyev 2004-cü ilin dekabrında deputatlıqdan da imtina etməli oldu. Bu azmış kimi, onu hətta YAP-dan da çıxardılar.

Azərbaycanda həbs olunacağından ehtiyatlanan Rafael Allahverdiyev ölkəni tərk edib İsveçrəyə mühacirətə getməyə məcbur oldu.

O zaman İsveçrənin Montro şəhərində məskunlaşan R.Allahverdiyev yenidən Azərbaycana qayıtmaq və pozulmuş hüquqları uğrunda mübarizəyə başlamaq niyyətində olduğunu bəyan edir, BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlardan kömək istəyəcəyini bildirirdi.

2005-ci ildə Milli Məclisə seçkilər ərəfəsində R.Allahverdiyevin adı "Yeni Siyasət" (YeS) blokuna qoşulacaq şəxslərin sirasında hallanmaşa başladı. Ancaq Eldar Namazov, Yaqub Məmmədov, Vahid Əhmədov, Əli Məsimli, Rəhim Hüseynov, Eldəniz Quliyev və digər müstəqil şəxslərin təmsil olunduğu YeS blokunda Rafael Allahverdiyevi də görmək mümkün olmadı. 2007-ci ildə bu siyasi blok fəaliyyətini dayandırdı.

Rafael Allahverdiyev Azərbaycana qayıtmaq üçün çox çalışdı. Amma sağ-salamat dönə bilmədi.

Çünki sağalmaz xətsəliyə - beyin xərçənginə mübtəla olan keçmiş deputatın vəziyyəti getdikcə pisləşir və onun başı öz müalicəsinə qarışırdı.

Rafael Allahverdiyev 2004-cü ilin sonlarından 2009-cu ilin əvvəlinə kimi İsveçrədə mühacir həyatı yaşamağa məcbur oldu.

2008-ci ilin noyabr ayında səhhəti kəskin pisləşdiyindən onu İsveçrədə xəstəxanaya yerləşdirmişdilər. Bir neçə günlük müalicədən sonra isə həkimlər artıq hər şeyin gec olduğunu deyərək, ona müalicəni dayandırmağı məsləhət görmüşdülər.Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLARHazırda İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli o zaman Rafael Allahverdiyevlə həmin ölkədə bir neçə dəfə görüşmüş, mütəmadi telefon əlaqəsi saxlamışdı. Jurnalist sabiq merlə bağlı xatirələrində yazır:

“...İsveçrədə yaşamaq onun üçün çətin idi. Xüsusən yerli dillərdən heç birini, üstəlik, ingilis dilini bilməməyi ona İsveçrə mühitinə adaptasiya olmağa imkan vermirdi...

...Yadımdadır, yeni gələndə ürəkli danışırdı. Dünyanın bir sıra nüfuzlu insanları ilə əlaqələri olduğunu deyirdi. Moskva meri Lujkovla xüsusi münasibətlərini yada salırdı. Mənsə yaxşı bilirdim ki, belə münasibətlər yalnız vəzifə başında işlək olur. Vəzifədən çıxandan sonra belə əlaqələr avtomatik qapanır...

...Rəhmətlik bir ara mənə 15-20 vərəqlik əlyazmasını verdi. Rusca yazılmış yazıda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bağlı bəzi məqamlara toxunulmuşdu...
...Rəfael müəllimi inandırmağa çalışdım ki, o, H.Əliyev haqqında bestseller ola biləcək bir kitab yaza bilər. Sadəcə, həqiqətləri yazmaq yetər. Kitaba rusca ad da fikirləşmişdi. Həmin ad türkcəmizdə belə idi: “Heydər Əliyev: gündoğandan günbatana”.

...Amma ondakı həyat eşqi yavaş-yavaş sönməyə başladı. Bunu görməmək mümkün deyildi.
...R.Allahverdiyev İsveçrədəki qərib soydaşlarımızın evində dəfələrlə olub. Ara-sıra bizə də gələrdi...
...Öncələr o, buradakı soydaşlarımızı bir araya gətirmək üçün çalışırdı. Amma hər şey qəflətən dəyişdi. R.Allahverdiyev hamı ilə münasibətləri birdən kəsdi...

... 2008-ci il dekabrın 24-də həyat yoldaşı Zakirə xanımdan zəng gəldi. Dedi Rəfael müəllim sizinlə danışmaq istəyir.
Danışdıq. Son dərəcə qısa çəkən bu danışıq mənə çox uzun gəldi. Rəfael müəllimin səsi xırıldayırdı. Onun dediklərini güclə başa düşürdüm. Can verən adamla telefonla danışmaq qədər əzablı nə ola bilər?! Mən ömrümdə bu qədər yalan danışmamışdım. Onu inandırmağa çalışırdım ki, möhkəm olmalıdır. Ürəkaçan şeylərdən danışmağa çalışdım. Haradansa ağlıma Sürixdə açdığımız məktəb gəldi. Dedim xəstə olduğunuz üçün sizi açılışa dəvət edə bilmədik, amma xəstəxanadan çıxan kimi sizi məktəbdə gözləyəcəyik. Sadəcə onu dedi ki, məktəb açmaqda yaxşı iş görmüsünüz: “Mən gəlməsəm də oğlum-qızım ora gələcək. Gərək belə olmayaydı”.
Sonradan dedikləri isə anlaşılmaz oldu. Bütün diqqətimi o səsin üzərində cəmləsəm də alınmadı. Bu, əslində danışıqdan da çox bir insanın zarıltısına bənzəyirdi. Xırıltılı səsi birdən kəsildi. Zakirə xanım dedi ki, Rəfael müəllim bir az yoruldu elə bil...
Bu söhbətlə bağlı çox düşündüm. Rəfael müəllim mənə niyə zəng vurdurdu? Mənə nə demək istəyirdi? Bilmədim. Bəlkə də sadəcə səsimi eşitmək istəyirdi? Kim bilir, bəlkə də halallaşmaq istəyirmiş. Bu suallara yəqin ki, heç vaxt cavab tapmayacam...”.
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR2008-ci ilin dekabr ayında keçmiş merin həyat yoldaşı Zakirə Allahverdiyeva ərinin həyatının son günlərində Bakıya qayıtmasına şərait yaradılması üçün Azərbaycan hakimiyyətinə müraciət etdi. Və dekabrın sonlarında R.Allahverdiyevin ölkəyə qayıdışına razılıq verildi.

Ailəsi R.Allahverdiyevi yalnız 2009-cu il yanvarın əvvəlində çox ağır vəziyyətdə Bakıya çatdıra bildi. Və o, doğulduğu şəhərə çatdıqdan cəmi bir neçə saat sonra - yanvarın 11-də dünyasını dəyişdi.

Keçmiş mer və sabiq deputat Rafael Allahverdiyev Bakının Fatmayi kəndindəki qəbiristanlıqda torpağa tapşırıldı. Onun dəfninə Sirus Təbrizlidən başqa YAP-ı quranlardan və partiya rəhbərliyində təmsil olunanlardan, eləcə də məmurlardan heç kim qatılmadı. O zaman Sirus Təbrizli mətbuata verdiyi açıqlamasında YAP-çıların bu partiyanın qurucularından və Heydər Əliyevin yaxın silahdaşlarından biri olan Allahverdiyevin dəfn mərasiminə və yasına qatılmamalarından təəssüfləndiyini vurğulamışdı.

YAP-dan çıxarılmasını həzm edə bilməyən Rafael Allahverdiyev buna reaksiyasını yerli mətbuata verdiyi son açıqlamalarının birində belə ifadə etmişdi: “Azərbaycan üçün ən çətin günlərdə həmfikir insanlarımızla birlikdə yeni Yeni Azərbaycan Partiyasını yaratdıq və mən həyatımı YAP-ın sıralarında bitirəcəyəm”.

Keçmiş mer və sabiq deputatın bu arzusu gözündə qaldı...Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR

Oxunub: 485
Paylaş:
Digər xəbərlər

İdman

6-08-2021, 17:02

Rafael Ağayev finalda uduzdu

Siyasət

2-05-2020, 00:48

Milli Məclis Aparatına rəhbər TƏYİN OLUNDU

İdman

16-02-2020, 22:01

Rafael Ağayevdən qızıl medal

Cəmiyyət

19-10-2019, 19:25

Rafael Cəbrayılovun bu binaları söküləcək – Fotolar

Video

15-10-2019, 11:37

Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm…” – AUDİO

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • Bugün, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • Bugün, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • Bugün, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • Bugün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Bugün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Bugün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Bugün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Bugün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Bugün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Bugün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Bugün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 21:28
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
31-07-2026, 17:32
Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə