• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Universitetlər 15 sentyabra hazırlaşır: Qaydalara əməl etməyənlər dərsə buraxılmayacaq

Cəmiyyət

26-08-2021, 09:42

Universitetlər 15 sentyabra hazırlaşır: Qaydalara əməl etməyənlər dərsə buraxılmayacaqÜmumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiqlənib. Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, məktəblərdə və universitetlərdə dərslər sentyabrın 15-də başlayacaq. Bununla da pandemiya şəraitində olmağımıza baxmayaraq, tədrisin ənənəvi vaxtda – 15 sentyabrda açılacağı elan edilib.



Universitetlərdə yeni tədris ilinə hazırlıq, eyni zamanda tələbələrin və müəllimlərin vaksinlənmə prosesi necə davam edir?


Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, tələbələrin vaksinasiyadan keçməsi və yeni tədris ilinə hazırlıq prosesi öz axarında davam edir:



“Azərbaycan Texniki Universitetində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Universitetin daxili otaqları, eyni zamanda həyəti həftəsonu dezinfeksiya olunur. Universitet daxilində pandemiya əlehinə qoruyucu vasitələrdən istifadə edilir.



Sentyabrın 15-dən dərslərin hansı formada keçiriləcəyinə gəlincə qeyd edim ki, bununla bağlı hələlik rəsmi qərar yoxdur. Bildiyimiz kimi, Təhsil Nazirliyi və Operativ Qərargah pandemiya dövründə sözügedən məsələ ilə bağlı birgə qərar qəbul edir və ictimaiyyətə açıqlayır. Bu il də hansı qərar olacaqsa, biz həmin qərarı icra edəcəyik. Universitet olaraq həm ənənəvi, həm də distant formada təhsili davam etdirməyə hazırıq.



Tələbələrin vaksinasiyadan keçməsi ilə bağlı sualınıza gəlincə, hamı kimi AzTU tələbələri də bilir ki, sentyabrın 1-dən ölkədə müxtəlif obyektlərə, eləcə də universitetə daxil olmaq üçün COVID-19 pasportu tələb olunacaq. Universitet tərəfindən də bununla bağlı tələbələrə məlumat verilib. Hazırda tələbələrin vaksinasiyadan keçməsi prosesi davam edir və vaksinasiyadan keçən tələbələrin məlumatları toplanılır”.



Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova tədris prosesinin necə olacağı barədə hələlik qərar qəbul edilmədiyini, amma tələbələr və əməkdaşlar arasında vaksinlənmə prosesinin davam etdiyini deyib:



“Sualınıza cavab olaraq bildirirəm ki, Azərbaycan Tibb Universiteti yeni tədris-təhsil ilinə hazırlıqda Nazirlər Kabinetinin 229 saylı qərarına əsaslanır. Məlum olduğu kimi, bu qərara əsasən dövlət orqanlarının əməkdaşlarının, həm də bütün elm və təhsil müəssisələrinin işçilərinin sentyabrın 1-nə qədər azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Biz də əməkdaşlarımızın diqqətinə çatdırmışıq. Eyni zamanda, tələbələr də vaksinlə bağlı qoyulan tələbdən xəbərdardırlar. Bu qaydalara riayət etməyən professor müəllim heyətinin üzvləri universitetə buraxılmayacaq.



Lakin universitet daxilində tədris prosesinin təşkili, tələbələrin növbəli şəkildə dərslərə gəlməsi, hansısa fakültələrdə dərslərin əyani, hansındasa online keçirilməsinə dair qərar verilməyib. Hələlik tədris prosesinin təşkili ilə bağlı universitet daxili qaydalar hazırlanmayıb”.



Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İsgəndərovanın sözlərinə görə, vaksinasiyanın əhatə dairəsinin genişlənməsi üçün gücləndirilmiş təbliğat aparılacaq:



“Pandemiya şərtlərinin yüngülləşməsində, eləcə də ənənəvi təhsilin bərpa olunmasında vaksinasiyanın əhatə dairəsinin genişlənməsinin önəmini nəzərə alaraq Bakı Dövlət Universitetində peyvəndlənmə ilə bağlı maarifləndirmə və təbliğat işləri gücləndiriləcək. Universitetin akademik heyəti və işçiləri məzuniyyətdən qayıtdıqdan sonra mövcud durumdan xilas olmaq üçün ən səmərəli vasitənin vaksinasiya prosesi olması ilə bağlı müvafiq maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub”.



Azərbaycan Diplomatik Akademiyasının mətbuat xidmətinin rəhbəri Şəbnəm Məhərrəmova isə deyib ki, tələbələrin və əməkdaşların vaksinasiya prosesi kompus daxilində baş tutub:



“Universitetdə 15 sentyabra lazımi qaydada işlər gedir. Kompus daxilində həm əməkdaşlarımızın, həm də tələbələrimizin vaksinasiyasını aparırıq. Online platforma üzərindən bizim tələbələrimiz qeydiyyatdan keçib, daha sonra gəlib vaksin olundular. Həftə sonları universitet xüsusi təmizləyici məhlullarla dezinfeksiya olunur. Bütün strategiyaları müəyyənləşdirməyə çalışırıq ki, yeni tədris ilində minimum yoluxma halı ilə dərsləri həyata keçirə bilək”.



Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova qeyd edib ki, ənənəvi tədrislə bağlı tədbirlər öz axarında davam edir:



“Universitetimiz istər hibrit, istərsə də ənənəvi qaydada dərslərin keçirilməsinə tam hazırdır. Vaksinlənmə prosesində heç bir problem yoxdur. 18 yaşdan yuxarı tələbələrimizin demək olar ki, yarıdan çoxu artıq vaksinin hər iki dozasını qəbul edib. Universitetin daxilində poliklinikamız var və içəri daxil olan hər kəsin hərarəti ölçülür. Daha sonra dezinfeksiya edici aparatdan keçirlər”.



Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov isə vurğulayıb:



“Tələbələrin böyük bir qismi qərar qəbul edilməmişdən öncə vaksin olunmuşdu. Bu proses avqust ayının əvvəllərindən başlayaraq daha da sürətləndi. Artıq 80%-dən çox tələbəmiz vaksin olunub.



Qoruyucu tədbirlərə gəldikdə isə universitetdə hər bir qoruyucu tədbir və dezinfeksiya işləri aparılır. Yeni tədris ilində dərs prosesinin necə aparılacağı barədə hələ dəqiq məlumat yoxdur”.



Fidan İlqar

Oxunub: 522
Paylaş:
Digər xəbərlər

Gündəm

24-08-2021, 09:27

Azərbaycan ənənəvi təhsilə qayıdır - Hansı yeniliklər olacaq?

Cəmiyyət

19-07-2020, 18:59

Sentyabrdan məktəblər bu qaydalarla açıla bilər

Cəmiyyət

5-06-2020, 17:18

Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

Cəmiyyət

19-05-2020, 13:27

Onlayn dərslər keçməyən müəllimlərə əməkhaqları veriləcəkmi? - AÇIQLAMA

Cəmiyyət

30-04-2020, 16:23

Dərs ilinin yekunlaşacağı vaxt açıqlandı

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:39
Bayramın qardaşı analarını öldürdü
Dün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Bugün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Bugün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Bugün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Bugün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Bugün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Bugün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Bugün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Bugün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Bugün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Bugün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Bugün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Bugün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Bugün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Bugün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • Dün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Dün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Dün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Dün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Dün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Dün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Dün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Dün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Dün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Dün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Dün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Dün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Dün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Dün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Dün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Dün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Dün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Dün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Dün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
27-07-2026, 17:28
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə