Bu gün Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov Şəhid Ağayev Müzəffər Vahid oğlunun ailəsi ilə görüşüb. Ağayev Müzəffər Vahid oğlu II Vətən müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
“Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur. Şəhidin övladları Nurlan və Fərid Laçın rayon Aşağı Cicimli kənd tam orta məktəbində təhsil alır.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.