• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İcra Hakimiyyətlərinin ləğvinə doğru - İdarəetmənin Qarabağ modeli yaradılır

Cəmiyyət

3-12-2021, 10:40

İcra Hakimiyyətlərinin ləğvinə doğru - İdarəetmənin Qarabağ modeli yaradılırÖlkə başçısının Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncamı ölkədə yeni iraəetmə modelinə keçid məsələsini gündəmə gətirib. Zaman-zaman sosial şəbəkə istifadəçilərinin icra başçılarının ünvanına olan tənqidi paylaşımları, şikayətlər, prezidentə olunan müraciətlər hər kəsin narazı qaldığı bu institutun ləğv olunması düşüncəsini yaradır. Hətta kreslodan birbaşa dəmir barmaqlıqlar arasına göndərilən, hətta oradaca vəfat edənlərə olan vətəndaşlar tərəfindən olan münasibət, əslində, rayon rəhbərlərinin öz əməllərinin nəticəsidir.



İdarəetmə sistemində müəyyən dəyişikliklərə ehtiyac var



Milli Məclisin deputatı Vahid Əhmədov İcra Hakimiyyəti və bələdiyyələrlə bağlı cəmiyyətdə müəyyən fikirlərin olduğunu bildirib.



Onun sözlərinə görə, Prezidentin imzaldığı sərancam idarəetmə sistemində müəyyən dəyişikliklərə ehtiyac olduğuna işarədir:



“Yəni, rayonlarda İcra hakimiyyəti ilə bələdiyyələr arasında səlahiyyətlərin bölüşdürülməsi, imkanlar və.s müzakirə obyektidir. Çünki bələdiyyənin statusu kifayət qədər aşağıdır. Neçə dəfə təklif etmişdik ki, Türkiyə modelindən istifadə edilsin və bələdiyyənin statusu artırılsın. Bununla da İcra Hakimiyyətlərinin də fəaliyyəti müəyyən qədər məhdudlaşdırıla bilər. Bələdiyyələr seçki ilə təyin oldunduğu üçün əsas iş, bütün məsələlər onlar tərəfindən həyata keçirilsin. Bununla bağlı Milli Məclisə müəyyən müzakirələr gedir, təkliflər səsləndirilir. Təbii ki, bu müzakirələr davam etdiriləcək”.İcra Hakimiyyətlərinin ləğvinə doğru - İdarəetmənin Qarabağ modeli yaradılırDeputat bildirib ki, Prezidentin Qarabağdakı idarəetmə metodunun bütün Azərbaycan ərazisində tətbiqinə ehtiyac var:



“Bu idarəetmə orqanında əsas məqsəd əhali ilə işləməkdir. İlk olaraq Qarabağda həyat keçirilən bu metod düşünürəm ki, yaxşı metoddur. Nümayəndəliyin yəqin ki, özünün aparatı olacaq. O aparat fəaliyyət göstərib, bütün məsələləri həll edə bilər. Amma o yerlərdə bələdiyyə mütləq olmalıdır. Bələdiyyə seçkili orqandır, xalq tərəfindən seçilir. Onların da səlahiyyəti müəyyən olunmalı, əhali ilə əsas onlar işləməlidir”.





İcra Hakimiyyətlərini nə vaxt ləğv olunacaq?





Milli Məclisin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, yeni model İcra Hakimiyyətlərinin ləğvinə doğru atılan addımdır.



Onun sözlərinə görə ölkədə idarəetmənin təkmilləşməsi prosesi uzun müddətdir ki, davam edir:İcra Hakimiyyətlərinin ləğvinə doğru - İdarəetmənin Qarabağ modeli yaradılır“Bir çox orqanların idarə olunmasında bəzi islahatlar aparılıb. Əlbəttə ki, bunu zaman deyəcək. Bu gün icra orqanları bilavasitə ölkə rəhbərinin tapşırıqlarını yerinə yetirən, əsaslandıran, o istiqamətdə bütün məsələləri operativ həll edən orqanlar hesab olunurlar. Rayon ərazisində baş verən bütün hadisələr, məsələlər bu gün icra orqanlarının ixtiyarındadı, onlardan tələb olunur. Tez bir zamanda icra orqanlarını ləğv etmək, düşünürəm ki, hazırda real görünmür. Onun yerinə, hansısa bir alternativ orqan olmalıdır. Hələ yoxdur. Bəzən bunu bələdiyyə adlandırırlar. Bələdiyyələrin də maddi-texniki bazası, kadr potensialı, hadisələrə müdaxiləsi yoxdur. Amma icra orqanlarında savadlı mütəxəssislər var, uzun müddətdir işləyirlər, idarəetmə məktəbi keçiblər. Bu, böyük bir idarəetmə orqanıdır, ona görə də birdən-birə ləğvi real görünmür. Ola bilər ki, bir neçə il keçsin, müəyyən qaydada alternativ bir struktur mövcud olsun, əsaslandırılsın və bundan sonra icra orqanlarının səlahiyyətləri həmin struktura keçsin”.



T.Rzayev qeyd edib ki, cənab prezident bütün dövlət proqramlarında, layihələrində idarəetmənin təkmilləşməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyur:



“Ölkə rəhbəri bütün çıxışlarında bunu deyir. Yeni icra başçıları ilə görüşdə də mütləq idarəetmən təkmilləşdirilməli, buradakı kadrların bacarıqlı, daim əhali ilə təmasda olmağı xüsusi vurğulayır. Bu gün elə rayon var ki, onların 250-150 min əhalisi var. Bu qədər insanı razı salmaq çətinidir”, - deyə deputat bildirib.

Oxunub: 446
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-09-2021, 15:16

Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Mərkəz Bank, bəzi nazirlik və universitetlər Qarabağa köçürülsün! - TƏKLİF

Siyasət

21-05-2020, 14:25

Prezident İlham Əliyev İmişli rayonuna yeni icra başçısı təyin etdi

Gündəm

19-02-2020, 13:02

Əhalinin narazı qaldığı icra başçıları: Onların taleyi necə olacaq?

Siyasət

5-11-2019, 12:34

Prezidentin yeni təyin etdiyi gənc icra başçısından — NÜMUNƏVİ ADDIM

Siyasət

31-10-2019, 17:00

Eldar Əzizovun kürəkəni icra başçısı olur — Daha iki icra başçısı GEDİR

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Daha çox
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə