Siyəzəndə daha bir valideyn ehtiyatsızlığı baş verib.
xebernur.com
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Gilgilçay qəsəbəsində 2 yaşlı oğlan uşağı ağ neft içib.
Uşaq dərhal Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb. Uşağın mədəsi yuyulduqdan sonra paytaxtdakı Toksikologiya Mərkəzinə göndərilib.
Qeyd edək ki, Siyəzəndə bir neçə gün əvvəl digər bir azyaşlı uşaq kimyəvi məhlul içmişdi.
Aytəkin Alxaslı, Bizim.Media