• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bürclər – 6 noyabr

Cəmiyyət

6-11-2019, 09:00

Bürclər – 6 noyabr

Qoç – müsbət tendensiyaların təsiri o qədər də güclü olmasa da, qarşınıza qoyduğunuz məqsədə çatmağınıza mane olmayacaq.
Amma bu da elə asan başa gəlməyəcək. Əlbəttə, bu, sizi qorxutmur və ancaq ruhlandırır, sizin tərəfdaşlarınız və iş ortaqlarınız isə şəraitə başqa cür yanaşırlar. Onlara da dəstək olmağa və ruh yüksəkliyini artırmağa çalışın.

Xəstələnə bilərsiniz, özünüzü gözləyin. Çox işləmək bu gün sizə ziyandır. Günün ikinci yarısına planlaşdırdığınız səfərlər gözlədiyinizdən daha uzun çəkəcək, amma eyni zamanda lazımi nəticəni əldə edə bilməyəcəksiniz.

Buğa – bu gün risk etməyə meyllisiniz. Əlbəttə, bu, çox cəlbedicidir, amma unudursunuz ki, bu, həm də təhlükəli ola bilər. Ehtiyatı nə qədər tez-tez yada salsanız, problemlərinizin sayı bir o qədər az olar. Düzdür, bəzi Buğalar çətinliklərin olmaması səbəbindən darıxa da bilərlər: hansısa maneəni dəf etmək həvəsi çox güclüdür.

Şəxsi münasibətlərdə yenilik istəyi güclənir, siz çılğın ehtiras, parlaq emosiyalar axtarırsınız. Bir çox Buğalar qeyri-müəyyən istəkləri səbəbindən düşünülməmiş hərəkətlər edirlər. Sonra peşman olmaq ehtimalı isə çox böyükdür.

Əkizlər – nə ilə məşğul olursunuz olun, amma bircə tələsməyin, çox xırda, amma böyük və xoşagəlməz nəticələri olan səhvlər edə bilərsiniz. Bundan başqa, pis təsir altına düşə bilərsiniz. Nəyə nail olmaq istədiyiniz barədə tez-tez özünüzə sual verin.

Çox maraqlıdır ki, sizi heç tanımayan bir insanla daha tez dil tapırsınız, nəinki yaxınlarınızla. Amma havayı yerə ümidlənməyin: söhbət əsl ahəngdarlıqdan deyil, təsadüfi anlaşmadan, əhval-ruhiyyənin üst-üstə düşməsindən gedir.

Xərçəng – bu, sizin gününüzdür. Əlinizə düşən imkandan istifadə edərək hansısa vacib və mürəkkəb bir layihənin üzərində işləməyə başlaya bilərsiniz: öhdəsindən gəlmək asan olacaq. Öz rəhbərliyiniz və yaxuld dövlət təşkilatlarının nümayəndələri bu gün sizdən dəstəklərini əsirgəmirlər və işlərinizin çoxu da ona görə alınır ki, işiniz düşən insanların sizə rəğbəti var.

Şəxsi həyatınızda yaxşıya doğru xeyli dəyişikliklər mümkündür. Tənhalar axşam qonaqlığa dəvət aldıqları, yaxud da bir ziyafətdə iştirak etdikləri təqdirdə orada maraqlı biri ilə tanış olmaq imkanı qazanacaqlar.

Şir – həm özünüzlə, həm ətrafınızla barışmısınız, bu isə bir çox problemlərin həllini asanlaşdırır. Çox maraqlı işgüzar təkliflər almağınız mümkündür, onları uzun müddət düşünmədən qəbul edə bilərsiniz. Ezamiyyətə yollanmaq olar, əcnəbi iş ortaqları ilə danışıqlar əla keçəcək.

Təşkilati bacarıqlarınız artıb. Əgər dostlarınız üçün bayram, ailə şənliyi, yaxud qeyri-adi romantik görüş hazırlamaq lazımdırsa, özünüzü irəli verin: hər şey əla alınacaq. Masaj salonuna baş çəkib istirahət etmək məsləhətdir.

Qız – bəxtiniz gətirmir. Başladığınız işlər, gözlədiyinizin əksinə olaraq mürəkkəbləşir, bir çox vacib məsələlərin həlli qeyri-müəyyən müddətədək təxirə düşür. Rəhbərliklə fikir ayrılıqları mümkündür. Bəzi “bəxtiqara” Qızlar isə iş yerlərini dəyişmək barədə fikirləşməli olacaqlar.

Yaxınlarınızla münasibətləriniz isə əladır. Evdə sizi anlayır və dəstəkləyirlər. Hətta yaxşı heç nə gözləmədiyiniz insanlar da bu gün gözlənilmədən sizin tərəfinizə keçəcəklər. Amma əslində, bu barədə bir qədər fikirləşsəniz, yaxşı olar: bu adamların niyyəti nədir?

Tərəzi – enerjiniz bir qədər azdır, tez yorulursunuz. Odur ki, vacib və təcili işlərinizi günün birinci yarısına planlaşdırın. Görüşlər üçünsə axşam daha məsləhətlidir, bu dövrdə hətta sizi tanımaq belə istəməyən şəxslərlə dil tapıb razılığa gələ bilərsiniz.

Yaxınlarınızla fikir ayrılıqları mümkündür, ehtimal ki, dəyərsiz xırdalıqlara görə dava-dalaş edəsiniz. Təəssüf ki, yumor hissiniz bu gün kütləşib, söhbəti zarafata çevirmək alınmır.

Əqrəb – yaxşı olar ki, bu günə heç bir vacib iş planlaşdırmayasınız. Bu gün ulduzlar sizi dəstəkləmir və yalnız öz gücünüzə arxalanmalı olacaqsınız. Həmkarlarınızla fikir ayrılıqları, rəhbərliklə mübahisələr ola bilər. Ağzınızdan çıxanı “bişirin”: tikanlı sözlərinizin və ya yersiz zarafatınızın nəticələri barədə fikirləşmirsiniz.

Qohumlarınızla birmənalı yanaşmadığınız bir məsələni müzakirə etməli olacaqsınız. Sizin ünvanınıza ciddi tənqid səslənir. Amma rəyi sizin üçün çox əhəmiyyətli olan insan sizin tərəfinizdə olacaq.

Oxatan – istənilən danışıqlar bu gün rahat keçir. Heç sevmədiyiniz insanlarla ünsiyyət, nə qədər qəribə olsa da, adəti üzrə olduğu kimi xoşagəlməz deyil, əksinə faydalıdır. Yaradıcı planlarınızı həyata keçirməyə başlaya bilərsiniz. Təhsil alanları humanitar fənlər üzrə böyük uğurlar gözləyir.

Yaxınlarınız sizin ardınızca çatdırmırlar, artıq həll edilmiş saydığınız məsələlərə dəfələrlə qayıtmalı olursunuz. Bir çox Buğaları bu, həddən artıq qıcıqlandıracaq. Şəxsi münasibətlərdə bundan savayı problem yaşamayacaqsınız. Uşaqlarla da asan dil tapacaqsınız.

Oğlaq – bəxtiniz gətirir, həm də çox. Uzun müddət gücünüzün yetmədiyi işlərin öhdəsindən bu gün asanlıqla gəlirsiniz. Üstəlik, həyatsevərliyiniz və entuziazmınız “yoluxucudur”, bu isə o deməkdir ki, tezliklə yanınızda özünü sizdən ötrü fəda etməyə hazır insanlar peyda olacaqlar.

Evdəki dəyişikliklər üçün də uğurlu gündür. Mənzili təpəsiaşağı çevirmək lazım deyil, mebellərin yerini azacıq dəyişsəniz, yenilik əhvalını həmən hiss edəcəksiniz. Alış-veriş üçün də uğurlu gündür.

Dolça – hadisələrin gedişi bir qədər ləngiyir, bu isə sizi heç də sevindirmir, axı tezliklə qələbənizi bayram etməyi planlaşdırırdınız. Bir az səbr edin. Şəraiti “sındırmağa”, qəfil dəyişdirməyə cəhd göstərməyin, çalışın, hətta bəzi şeyləri qurban verməli olsanız da, situasiyaya uyğunlaşasınız. İstənilən qəti hərəkət və ətrafınızdakılara təzyiq göstərmək qətiyyən məsləhət deyil.

Maliyyə vəziyyətiniz pis deyil, pul və qiymətli hədiyyələr ala bilərsiniz. Bir çox Dolçalar iri əşyalar alacaqlar.

Balıqlar – uğurlu gündür, enerjiniz, özünüzə inamınız, qətiyyətiniz çoxdur. Bunun sayəsində yığılıb qalan problemləri həll etmək, sizə qarşı olan qüvvələrə qarşı (bunlar günün ortasında daha da güclənəcək) vuruşmaq asan olur. Səhhətinizlə bağlı və kosmetoloji prosedurlar faydalı olacaq. Əgər bu gün qayğınıza qala bilsəniz, uzun müddət özünüzü yaxşı hiss edəcəksiniz.

Günün ikinci yarısı isə vəziyyət dəyişəcək. Yaxınlarınızla ümumi dil tapmaq çətinləşəcək, hətta həmişə əla anlaşdığınız birilərilə mübahisə etməniz mümkündür. Ancaq intuisiyanızın köməyilə bu çətin situasiyadan çıxa, münaqişələrdən qaça bilərsiniz.

Milli.Az

Oxunub: 827
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-11-2019, 09:30

Bürclər 5 noyabr

Cəmiyyət

4-11-2019, 09:27

Bürclər – 4 noyabr

Mədəniyyət

1-11-2019, 09:36

Günün ulduz falı – 1 noyabr

Cəmiyyət

31-10-2019, 09:35

Bürclər – 31 oktyabr

Mədəniyyət

9-10-2019, 09:36

Bürclər – 9 oktyabr

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:39
Bayramın qardaşı analarını öldürdü
31-07-2026, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Dün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Dün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Dün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Dün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Dün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Dün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Dün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Dün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Dün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Dün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Dün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Dün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Dün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Dün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Dün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • 31-07-2026, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • 31-07-2026, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • 31-07-2026, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • 31-07-2026, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • 31-07-2026, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • 31-07-2026, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • 31-07-2026, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • 31-07-2026, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • 31-07-2026, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • 31-07-2026, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə