“YAŞAT” Fondu qazilərimizə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir.
"ASAN xidmət"dən verilən məlumata görə, müharibə əlili Ceyhun Əliyev Məşdi oğlunun əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” //yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.