• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Testin ləğvi təhsil üçün fəlakət olar – HƏYƏCAN TƏBİLİ ÇALINDI

Cəmiyyət

16-03-2023, 09:39

Testin ləğvi təhsil üçün fəlakət olar – HƏYƏCAN TƏBİLİ ÇALINDI
Martın 13-də Milli Məclisin Elm və təhsil komitəsində "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Dinləmədə deputatlarla yanaşı, elm və təhsil naziri Emin Əmrullayev və nazirliyin digər vəzifəli şəxsləri, rektorlar iştirak ediblər. Nazir çıxışı zamanı ali təhsil müəssisələrinə qəbul sistemində problemlərin olduğunu söyləyib.



E.Əmrullayevin fikrincə, əsas problemlərdən biri ixtisas seçimi ilə bağlıdır: “Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər. Bu gün bəzi abituriyentlər ixtisası yazırlar, əgər birinə düşmürsə, o birinə düşür. Bu da ixtisaslaşmada problem yaradır. Bununla bağlı statistika yüksəkdir”.



Nazirin çıxışından sonra test sisteminin ləğv olunması barədə müxtəlif fikirlər və təkliflər ortaya atılıb. Sosial şəbəkələrdə açılan müzakirələrdə buna səbəb kimi testin bilik vermədiyi, əzbərçiliyi aşıladığı göstərilib.



Bəs indiki durumda qəbulla bağlı dəyişikliklər hansı nəticələrə gətirib çıxara bilər?



Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təhsil müəssisələrinə qəbul sisteminin tamamilə dəyişdirilməsi Azərbaycan təhsilinə yalnız fəlakət gətirəcək və təhsildəki problemləri daha da artıracaq:



“Azərbaycan cəmiyyətində bu məsələlərin geniş müzakirəsinə başlanılıb. Mən bu cür yanaşmaları çox təhlükəli hesab edirəm. Əslində, hesab edirəm ki, test sisteminin ləğvi, ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin bəzi şəxslər tərəfindən hədəfə alınması tamamilə yanlışdır. Biz test üsulunu ləğv etməklə Azərbaycan təhsilinə ən böyük zərbəni vurmuş olacağıq. Bundan başqa, müsabiqədən kənar tələbə qəbulu çox ciddi təhlükədir. Mən bunu komitədə müzakirələr zamanı açıq şəkildə qeyd etdim. Hesab edirəm ki, müəyyən məsələlərə baxıla, dəyişikliklər edilə bilər. Amma sistemin ləğvi, sistemə qarşı təbliğatın aparılması yanlışdır. Bu, yenidən 90-cı illərin əvvəllərinə qayıtmaq deməkdir. Yenidən neqativ hallar baş verə bilər".







Deputatın sözlərinə görə, hazırkı sistemi inkişaf etdirmək lazımdır:



"Bu gün bizim övladlarımız şəffaf şəkildə universitetlərə qəbul olub, təhsillərini davam etdirirlər. Biz sistemi gücləndirməyə, inkişaf etdirməyə çalışmalıyıq. İstəyirik ki, suallar tamamilə asan olsun. Bütün şagirdlər ali məktəblərə qəbul ola bilsin. Lakin suallara baxdıqda nə qədər çətin olduğunu görürəm. Hesab edirəm ki, bu məsələdə diqqətli olmaq lazımdır. Bu cür yanaşmalar çox təhlükəli və yanlışdır. Biz bu kimi məqamlarda maksimum diqqətli olmalı və bu cür yanaşmalardan çəkinməliyik. Ona görə də, hesab edirəm ki, bu fikri irəli sürənlər belə addım atılarsa, təhsilin hansı vəziyyətə gələcəyini unutmamalıdır. Bu gün təhsilimiz ciddi tənəzzül dövrünü yaşayır. Bu qərarın qəbul edilməsilə biz prosesi daha da sürətləndirmiş olacağıq".



Təhsil üzrə ekspert Nadir İsrafilov isə qeyd edib ki, hazırda nəyisə ləğv etmək yox, mövcud olanı təkmilləşdirmək barədə düşünməliyik:



"Bu, Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının tələbidir. Dünyada baş verən proseslər heç şübhəsiz ki, sosial, iqtisadi və mədəni inkişafın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də cəmiyyətin tələblərinə müvafiq dəyişikliklər, yeniliklər aparılmasını qaçılmaz edir. İstər təhsilin orta-ixtisas, ali, doktorantura səviyyələrində, istər, kvalifikasiya artırılması, diplomların tanınması, qəbul qaydaları, ali təhsil müəssisələrinin akademik muxtariyyəti və digər vacib sahələrdə hələ də həllini gözləyən xeyli problemlər var. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin Elm və Təhsil Nazirliyi ilə birlikdə keçirdiyi qanun layihəsinin ictimai dinləməsində irəli sürülən fikirlər bir daha göstərmiş oldu.


Problemlərin bir çoxu müstəqilliyimizin ilk illərində ölkənin sosial, iqtisadi və mədəni həyatının digər sahələrində yaranan boşluqlarla müşayiət olunan və təhsilə də təsirsiz ötüşməyən keçid dövrünün bəzi fəsadları ilə bağlı olsa da, əksəriyyəti idarəetmədə sonradan yol verilən nöqsanların nəticəsi kimi meydana çıxıb. Təkliflər içərisində hamı tərəfindən yekdiliklə qəbul edilə biləcək mülahizələr də var, hamı tərəfindən birmənalı qarşılanmayan fikirlər də. Söz demək xatirinə söz deyənlər digərlərindən heç də az deyil".







Test imtahanlarının ləğvi barədə təkliflərə gəlincə, ekspert bunun doğru yanaşma olmadığını söyləyib:



"Ali məktəblərə qəbulda dəyişiklik kimi, test imtahanlarının ləğvini təklif edirlər. Bir vaxtlar vətəndaşlarımız tərəfindən testin tətbiqi obyektivliyin, aşkarlıq və şəffaflığın qarantı kimi müsbət qəbul olunurdu. Sonralar bir çoxları tərəfindən testə münasibətdə müəyyən “sərinlik” yarandı. İllər ötdükcə testlə bağlı fikirlər haçalandı. Hətta, son vaxtlar testin ləğvindən söhbət gedir. Testin müsbət tərəflərindən çox, mənfi tərəfləri hallandırılır. Hesab edilir ki, test daha çox əzbərçiliyə meyil yaradır, oxu, yazı vərdişləri kimi keyfiyyətləri üzə çıxarmaqda məhdudiyyətlər var.


Düşünürəm ki, hazırda söhbət testin ləğvindən yox, təkmilləşdirilməsindən, ali məktəblərə imtahansız qəbuldan yox, qəbul qaydalarının formatının dəyişdirilməsindən gedə bilər. Çünki, testin ləğv olunması əlavə problemlər yaradacaq. Necə ki, testə keçəndə ilk vaxtlar həmin problemləri yaşadıq, testi ləğv edəndə də o problemlər yaşanacaq. Biz bu gün testin ləğvinə hazır deyilik. Vəziyyətdən çıxış yolu kimi qapalı testlərə nisbətdə açıq testlərin xüsusi çəkisini tədricən artırmaqla uşaqlarda vədrişlər yaradılmalıdır. Baxmayaraq ki, bu gün açıq testlərin cavablandırılmasında müəyyən problemlər yaşanır, bundan çəkinmək lazım deyil. Çünki bir müddət adaptasiya amili özünü göstərəcək. Kimin və ya kimlərinsə mövqeyinə hörmətlə yanaşsaq belə, subyektiv fikrlər əsasında ediləcək hər hansı dəyişikliklər yenə birmənalı qarşılanmayacaq və əlavə polemikalar yaradacaq. İlk olaraq, illərlə bundan qabaq rəsmi qaydada söz verdiyimiz orta məktəbin buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarını birləşdirmək yolu təkpilləli vahid imtahan modelinə keçməklə prosesi nisbətən sadələşdirmək və ya ADA Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verildiyi kimi, bu hüququn digər universitetlərə də şamil edilməsi yolu ilə vəziyyəti nisbətən sabitləşdirmək olar".






"İstənilən halda, müzakirəyə çıxarılan sənəddə Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş milli təhsil sistemimizin inkişaf strategiyasında, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyasında, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və digər dövlət sənədlərində təhsillə bağlı müəyyən edilən istiqamətlərin, qarşıya qoyulan hədəflərin öz əksini tapması və bunun konstruktiv dialoq və geniş müzakirəyə çıxarılması, aşkarlıq və şəffaflıq prinsipinin reallaşdırılması və ümumi ictimai rəyin öyrənilməsi baxımından təqdirəlayiqdir", - ekspert fikirlərini tamamlayıb.



Aytac Əsədova

Oxunub: 237
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-08-2022, 10:52

“Abituriyent” jurnalı satışa çıxarıldı

Cəmiyyət

29-08-2022, 09:43

Ali məktəblərə ixtisas seçimi başa çatdı

Cəmiyyət

11-08-2022, 11:41

Bu il tələblər fərqlidir - III qrupla bağlı VACİB MƏLUMAT

Gündəm

20-02-2022, 12:13

Nazir Tbilisiyə getdi: təhsil sazişi imzalanacaq

Gündəm / Cəmiyyət

4-09-2020, 15:29

Ali məktəblərə qəbul üçün ixtisas seçimi edəcək abituriyentlərin NƏZƏRİNƏ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • Bugün, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • Bugün, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • Bugün, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Bugün, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • Dün, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • Dün, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • Dün, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • Dün, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • Dün, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • Dün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Dün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Dün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Dün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Dün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Dün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Dün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Dün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • 3-08-2026, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • 3-08-2026, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • 3-08-2026, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • 3-08-2026, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • 3-08-2026, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • 3-08-2026, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • 3-08-2026, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • 3-08-2026, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • 3-08-2026, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • 3-08-2026, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • 3-08-2026, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • 3-08-2026, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • 3-08-2026, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
Daha çox
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə