• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Əlimdə 45 dəqiqəlik video var - Nərminin atasından ŞOK AÇIQLAMA

Cəmiyyət

13-06-2023, 09:18

Əlimdə 45 dəqiqəlik video var - Nərminin atasından ŞOK AÇIQLAMA
“Mən onlara demişəm ki, qatilin kim olduğunu bilirsinizsə, ortaya çıxarın. Sizin də canınız qurtarsın, mən də övladımın qatilinin kim olduğunu bilim”



Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.



Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.



Bir neçə gün öncə Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanova hökm oxunub. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərminin ölümündə şübhəli bilinən Süleymanova 18 il müddətinə həbs cəzası kəsilib.



Məhkəmədən sonra “Nərmin olayı” barədə müzakirələr daha da qızışıb. Təqsirləndirilən şəxsin ailə üzvləri, yaxınları, eləcə də bəzi ictimai fəallar sosial şəbəkələr və mətbuat vasitəsilə İlkinin günahsız olduğunu deyərək, onun barəsində çıxarılmış hökmə etirazlarını bildiriblər.



Düz 3 ildir ölkə gündəmini zəbt edən cinayət olayında Nərminin ailəsi də sərt tənqidlərə tuş gəlib. Onlar ziddiyyətli və qərəzli ifadələr verməkdə, İlkinin günahsız yerə həbsə atılmasında və cinayətin gerçək izlərinin gizlədilməsində ittiham olunurlar. Sosial şəbəkələrdə açılan müzakirlərdə Nərminin valideynləri haqda müxtəlif şayiə və sensasiyalı iddialara rast gəlmək olar.

Əlimdə 45 dəqiqəlik video var - Nərminin atasından ŞOK AÇIQLAMA
Belə məqamda redaksiyasına zəng vuran Nərminin atası Şərif Quliyev cinayət işi ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istədiyini deyib və ictimaiyyəti maraqlandıran bir çox sualları cavablandırıb.



“Hadisə yerində çəkiliş aparılıb. İlkin orada etiraf edib. Məndə istintaq çəkilişinin videosu var. Təxminən 45 dəqiqəlik videodur. Ancaq qarşı tərəf ictimaiyyətə yanlış məlumatlar çatdırır. Həmin videoda İlkin cinayəti etiraf edir. Bunu ictimaiyyətə göstərmək lazımdır. Çəkiliş zamanı faktlar göstərilir. İlkin hadisə yerinə gətirilib. Orada dindirilərkən etiraflar edib. Mən istərdim ki, həmin video mediada göstərilsin”, - deyə Ş.Quliyev haqqında bəhs etdiyi videokadrların məhkəmədən sonra ona təqdim edildiyini söyləyib.



O, “Nərmin işi”nin niyə uzun çəkməsi və ailəsi barədə səsləndirilən ittihamlara münasibət bildirərək deyib: “Bir il yarım istintaq, iki il məhkəmə prosesi getdi. Qarşı tərəfin vəkilləri prosesi uzatdı. Hər dəfə bir vəsatət qaldırırdılar. Məhkəmə həmin vəsatətlərə baxırdı”.



Nərminin atası məhkəmədə verilən ifadələrdə ziddiyyətli məqamların olduğunu iddia edir: “İlkinin özü 4 dəfə ifadə verib. İfadələri bir-biri ilə ziddiyyət təşkil edirdi. Dindirlən şahidlərin ifadələrində də ziddiyyət vardı. Bütün bunlara aydınlıq gətirmək üçün məhkəmə prosesi uzandı”.



“Məhkəmədən sonra mətbuatda belə bir xəbər yayıldı ki, guya kənd sakinləri bizə qarşı aksiya keçirir. Həmin şəxslər kənd sakinləri deyil, İlkinin qohumlarıdır. Həqiqətlər insanlara başqa formada çatdırılır. Yaxşı olardı ki, mənim dediyim videoya baxsınlar. Ondan sonra bizi başa düşərlər”, - Şərif Quliyev İlkin Süleymanovun vəkillərini müttəhimin ifadəsinə müdaxilə etməkdə günahlandırıb.



“Vəkillər edib hamısını. 3 vəkili var” - o deyir.
Əlimdə 45 dəqiqəlik video var - Nərminin atasından ŞOK AÇIQLAMA
“Ağır cinayətdir. Bunu qəbul etmək qarşı tərəf üçün çətindir. Ona görə də belə vəziyyət yarandı”, - deyən Şərif Quliyev hadisədən sonra İlkinin yaxınlarının onunla görüşmək istədiyini, lakin barışığa razı olmadığını söyləyib.



“Onlar bunu istəyib. Mən getməmişəm. Üçüncü şəxslər tərəfindən mənə belə mesaj ötürməyə çalışıblar. Lakin razı olmamışam” – mərhumun atası vurğulayıb.



18 illik həbs cəzasına gəlincə, o, qərarla razılaşmadığını, apellyasiya şikayəti verəcəyini diqqətə çatdırıb.



“Qərarla razı deyiləm. Apellyasiyaya vermək fikrim var. Bu cür iş üçün oxunan hökmün müddəti azdır. Öldürüb, yandırıb, işgəncə verib. 18 il nədir? Mən ömürlük həbs verilməsini istəyirdim. İmkanım olmadığı üçün vəkil tuta bilmədim”.

Əlimdə 45 dəqiqəlik video var - Nərminin atasından ŞOK AÇIQLAMA
Şərif Quliyev İlkinin ailəsinin etirazlarına belə reaksiya verib:



“Mən başa düşürəm onların məqsədini. İstəyirlər ki, onlarla dava edim. Mən yenə deyirəm, onlar İlkinin günahsız olduğunu sübut etsinlər. Ortaya fakt qoysunlar. Onlar əllərində faktların olduğunu, hadisəni kimin törətdiyini bildiklərini deyirlər. Belədirsə, çıxarıb ortaya fakt qoysunlar. Mən onlara demişəm ki, qatilin kim olduğunu bilirsinizsə, ortaya çıxarın. Sizin də canınız qurtarsın, mən də övladımın qatilinin kim olduğunu bilim. Düşmənimi bilim. Niyə deyim ki, qatil İlkindir? Mən istəmərəm kimsə günahsız yerə həbsdə yatsın. Deyirəm, buyursunlar faktlarını göstərsinlər”.



Övladını itirən Quliyev kimlərsə tərəfindən pul müqabilində susdurulmaları barədə deyilənlərə də səssiz qalmayıb:



“Guya hökumət mənim evimi təmir edib. Guya hansısa nazir mənə pul verib. Allaha and olsun ki, bir adam belə mənə pul verməyib. Onlar sadəcə olaraq, məni qıcıqlandırmaq istəyirlər. Gəlib baxsınlar, mənim evimin tavanı kordondandır. Mən fəhləliklə məşğulam. Bir inəyim vadı, o da öldü. Günü 15-20 manata fəhləliliyə gedirəm. İnanmayanlar gəlib necə şəraitdə yaşadığımızı öz gözləri ilə görsünlər. Bizim çəkdiyimizi bir Allah bilir. Bunu heç düşmənimə də arzulamıram”.

Oxunub: 276
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

3-05-2023, 18:03

"Nərmin işi": İlkin Süleymanova 20 il cəza istənildi

Gündəm

24-08-2022, 20:50

İlkin Süleymanovun məhkəməsi bir aylıq fasilədən sonra davam etdirilib

Hadisə

13-09-2021, 09:24

Yardımlı sakini həmkəndlisini güllələyərək öldürdü

Gündəm

10-01-2020, 20:02

Nərminin saxlanıldığı otaqda qanabənzər ləkələr tapılıb

Hadisə

15-10-2019, 11:20

Azərbaycanda qorxunc cinayət – Anasını boğdu, sonra meyiti yandırdı

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 14:02
    Sosial şəbəkələrdə yaş tələblərini pozanlar bu qədər cərimələnəcək
  • Bugün, 14:01
    Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ
  • Bugün, 13:59
    Vətən həsrəti bitənlərin sayı artır: daha 27 ailə doğma evinə köçdü
  • Bugün, 11:24
    Dövlət Agentliyinin sədrinə müavin təyin olundu
  • Bugün, 11:17
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
  • Bugün, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Bugün, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • Bugün, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • Bugün, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • Bugün, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • Bugün, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • Bugün, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • Bugün, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Bugün, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • Dün, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • Dün, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • Dün, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • Dün, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • Dün, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • Dün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Dün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Dün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Dün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Dün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Dün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Dün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Dün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • 3-08-2026, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • 3-08-2026, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • 3-08-2026, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • 3-08-2026, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • 3-08-2026, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • 3-08-2026, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • 3-08-2026, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • 3-08-2026, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
Daha çox
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə