“Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı problemlər var”.
Xebernur.com xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edən deputat Vüqar İskəndərov bildirib.
O, veteranlara yazılan cərimələrin silinməsini təklif edib.
"Onlara verilən avtomobillər texniki baxışdan keçirilmirdi. Bunu fürsət bilərək yazılan cərimələri ödəməyiblər. Bunu nəzərə alaraq cərimələrin silinməsini təklif edirəm”, - deyə deputat vurğulayıb.