Bugün Azərbaycanda Qurban bayramı qeyd olunur.
İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Adətimiz üzrə kəsilən qurbandan ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar... Bugündə Salyan rayonunda ehtiyaclı ailələrə ehsan qurban əti payladılar. "Müstəqil İctimai Nəzarət" komandası rayonun kənd və qəsəbələrinə kəsilən dana ətindən bir hissə payladılar. Digər hissəni isə Şirvan şəhərində yerləşən "Mərhəmət Uşaq Sığınacağı" na apardılar. Xatırladaq ki sığınacaqda 19 uşaq var. Balaca uşağın 1 yaşı böyük uşağın isə 16 yaşı var...
Allah kəsilən qurbanlarınızı və etdiyiniz duaları qəbul etsin... Dünyamızda heçbir uşaq ac olmasın...
Xebernur.com komandası olaraq Qurban bayramınızı təbrik edirik.