• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Əkin sahələrinin sığortası mövsümü başlayıb – Aqrar Sığortadan Fermerlərə Çağırış

Cəmiyyət

18-09-2023, 14:11

Əkin sahələrinin sığortası mövsümü başlayıb – Aqrar Sığortadan Fermerlərə Çağırış
Azərbaycanda payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar əkin sahələrinin sığortalanmasına start verilib. Aqrar Sığorta Fondundan verilən məlumata görə, sentyabrın 1-dən etibarən Azərbaycanda payızlıq əkinlərin bəyanına başlanılıb. Fermerlər əkin sahələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edə bilərlər və bu proses ilin sonunadək davam edəcək. Əkinlərin bəyan edilməsi ilə eyni vaxtda payızlıq əkin sahələrinin sığortası dövrü də başlayıb. Aqrar Sığorta Fondu fermerləri əkinlərini vaxtında bəyan etməyə, eyni zamanda buna uyğun olaraq sığortalamağa və sığorta müqaviləsi əldə etməyə çağırır. Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, bəzi hallarda fermerlərin əkinlərini vaxtında bəyan etməməsi onların zərərə düşməsi ilə nəticələnir:“Bəzən fermerlər əkin işlərini sentyabr-oktyabr aylarında apardıqları halda, əkinlərin bəyanını dekabr ayına, hətta ayın sonuna saxlayırlar. Buna uyğun olaraq həmin vaxt əkinlərin sığorta olunması da ləngiyir”. Nəticədə əkinlər bir neçə ay sığortasız qalır ki, bu da həmin vaxt baş verə biləcək hadisələr səbəbindən fermerlərin zərərə düşməsi deməkdir: “Noyabr-dekabr aylarında həmin əkin sahəsində hər hansı təbii fəlakət, sel, subasma və güclü külək hadisəsi baş verəndə fermer əkinini hələ bəyan etmədiyinə görə, sığorta müqaviləsi bağlamamış olur və həmin vaxt baş verən hadisə qarşısında təminatsız qalır. Sığortasız dövrdə baş verən zərərləri isə kompensasiya etmək mümkün olmur”. Bunu nəzərə alaraq Aqrar Sığorta Fondu fermerləri mümkün hadisələrdən və zərərlərdən qorunmaq üçün əkinlərini vaxtında bəyan etməyə və sığorta müqaviləsi bağlamağa çağırır. Qeyd edək ki, Azərbaycanda 2020-ci ildən tətbiq edilən aqrar sığorta mexanizminə əsasən ölkənin müxtəlif regionları üzrə sığorta tarifləri və vahid məhsul həcmi üçün sığorta haqları fərqlidir. Sığorta haqları əkin sahəsinin yerləşdiyi region üzrə sığorta tariflərindən asılı olaraq dəyişir. Eyni zamanda əkin sahəsi üzrə hesablanan ümumi sığorta haqqının 50 faizi fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Fermerlər öz əkin sahələri üzrə sığorta tariflərini və sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki “Bitkiçilik kalkulyatoru (https://asf.gov.az/bitkicilik-sigortasi-kalkulyatoru/)” vasitəsilə hesablaya bilərlər. Qeyd edək ki, aqrar sığorta əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri kimi hadisələrdən sığortalayır. Aqrar Sığorta Fondu indiyədək baş verən sığorta hadisələri üzrə 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ilin ilk 6 ayında isə 1,3 milyon manat sığorta ödənişi həyata keçirib. Qarşıdakı aylarda sığorta ödənişlərinin daha da artacağı gözlənilir. Fermerlər sığortalanmaq üçün Aqrar Sığorta Fondunun 1651 qısa nömrəsinə zəng edib, elektron müqavilə bağlaya bilərlər.
Əkin sahələrinin sığortası mövsümü başlayıb – Aqrar Sığortadan Fermerlərə Çağırış

Oxunub: 287
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-08-2023, 09:57

Biləsuvarlı fermerlər çətin vəziyyətə düşüblər

Siyasət

1-07-2020, 12:58

Prezident Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayırdı

Siyasət

22-06-2020, 13:56

Prezident İlham Əliyev Biləsuvarda əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına 455 min manat ayırdı

Siyasət

17-06-2020, 13:11

Prezident bu quruma 2,5 milyon manat ayırdı

Siyasət

27-02-2020, 10:27

Azərbaycan Türkiyə ilə aqrar sığortaya dair Niyyət Bəyannaməsi imzaladı

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:39
Bayramın qardaşı analarını öldürdü
31-07-2026, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Dün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Dün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Dün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Dün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Dün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Dün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Dün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Dün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Dün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Dün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Dün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Dün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Dün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Dün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Dün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • 31-07-2026, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • 31-07-2026, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • 31-07-2026, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • 31-07-2026, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • 31-07-2026, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • 31-07-2026, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • 31-07-2026, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • 31-07-2026, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • 31-07-2026, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • 31-07-2026, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
28-07-2026, 11:29
Qarabağ qazisi: “Müdafiə Nazirliyi və DSMF-in laqeydliyi məni intihara cəhd həddinə çatdırdı”
30-07-2026, 09:31
Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
27-07-2026, 17:28
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ
30-07-2026, 09:32
2025-ci ildə təxminən 500 milyon manatlıq 1360 satınalma ləğv edilib - Vüqar Gülməmmədov
30-07-2026, 09:55
Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə