• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Payız-qış mövsümündə yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdır!

Cəmiyyət

18-09-2023, 15:54

Payız-qış mövsümündə yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdır!
Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə artır. Dünyanın hər yerində olduğu kimi, respublikamızda da payız-qış mövsümündə bu artım qeydə alınır və yanğınların çox hissəsi yaşayış sektorunun payına düşür. Çox təəssüf ki, bu hadisələrin qarşısını hələ tamamilə almaq mümkün deyil. Ancaq yanğınların sayını minimuma endirmək, hadisə zamanı insan itkisinin qarşısını almaq mümkündür.

Respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət tədbirlərini icra edir və hər il payız-qış mövsümünün başlanması ilə əlaqədar müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirir.

Baş verən ən faciəli yanğın hadisəsi insan tələfatı ilə nəticələnən yanğınlardır və təbii ki, bu da fərdi yaşayış evlərində və mənzillərdə baş verən yanğınlar zamanı qeydə alınır. Mütəmadi olaraq əhali arasında təbliğat xarakterli söhbətlər aparılsa da, kütləvi informasiya və təşviqat vasitələrindən istifadə edərək maarifləndirmə işləri görülsə də vətəndaşlarımız eyni səhvləri yenidən buraxır, beləliklə də yeni-yeni yanğınlara, digər fəlakətlərə yol açırlar. Odur ki, hündürmərtəbəli binalara, yaşayış evlərinə baxışların keçirilməsi, əhali arasında yanğın-texniki biliyin artırılması məqsədilə təbliğat xarakterli işlərin görülməsi vacibdir və bu məsələ daimi olaraq müəssisə rəhbərlərinin diqqətində olmalı, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən verilmiş göstəriş və tövsiyələrin icrası ilə bağlı müvafiq tədbirlər görməlidirlər.

Payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yanğınların və insan tələfatının qarşısını almaq məqsədilə təbliğat xarakterli tədbirlər həyata keçirirlər.

Yanğınların təhlilinin nəticəsi göstərir ki, mənzillərdə yanğınların baş verməsinin əsas səbəbi elektrik və qaz cihaz və qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, uşaqların odla dəcəlliyi və s. olmuşdur. Ona görə də respublika ərazisində payız-qış mövsümündə havaların soyumasını nəzərə alaraq, yanğınların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi məqsədilə yaşayış binalarında sakinlər arasında maarifləndirmə işləri aparılmış, açıq alovdan, yəni şam və məşəldən istifadənin, sobanın üzərində və yanında paltar qurudulmasının, kustar üsulla düzəldilmiş elektrik və ya qaz cihazlarından istifadənin, bacaların yaxınlığındakı çardaqlarda asan alışan maye və maddələrin, məişət qaz balonlarının saxlanılmasının, nasaz cihazların istismarının, uşaqların odla dəcəlliyinin real yanğın təhlükəsi yaratdığı əhalinin nəzərinə çatdırılmışdır. Eyni zamanda bu məqsədlə sakinlərə Xidmət tərəfindən hazırlanmış, yanğın təhlükəsizliyi qaydalarını ehtiva edən - “Vətəndaşların nəzərinə” adlı yaddaş vərəqələrinin paylanması, binaların lift kabinələrinə “Mənzildə yanğın zamanı davranış qaydaları” adlı stikerlər yerləşdirilməsi təmin edilmişdir. Bu işə icra hakimiyyətlərinin mənzil-kommunal istismar sahələrinin, qaz və elektrik enerjisinin istismarı idarələrinin, bələdiyyələrin nümayəndələri də cəlb edilmişdir.

Əhali ilə görüşlərdə yanğına qarşı təbliğat apararkən onların nəzərinə çatdırılmalıdır ki, yaşayış binalarının bloklarında və mərtəbələrində quraşdırılmış paylayıcı elektrik lövhələrinin “Elektrik qurğularının quraşdırılması qaydaları”nın və “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə uyğun olaraq istismar edilməsinə, elektrik lövhələrində yalnız standarta uyğun elektrik qoruyucularından istifadə olunmasına diqqət yetirilməlidir. Həmçinin, çardaqların daim təmiz saxlanılması, taxta konstruktiv elementlərinin odadavamlı məhlulla hopdurulması, mövcud pəncərələrin şüşələnməsi, çardağa çıxış qapılarının, eləcə də yanğına qarşı divarlarda və ventilyasiya kameralarında quraşdırılmış qapıların kip vəziyyətdə, bağlı olması təmin edilməlidir. Yaşayış binalarının zirzəmiləri daim təmiz saxlanılmalı, giriş qapıları bağlı vəziyyətdə olmalı və açarlar birinci mərtəbədə yerləşən mənzillərdən birində və yaxud komendatda olmalıdır.

Yaşayış binalarının birinci mərtəbəsində layihə üzrə nəzərdə tutulmuş yanğın keçidlərinin açıq vəziyyətdə saxlanılmasına, başqa məqsədlər üçün istifadə edilməməsinə daim diqqət yetirilməlidir. Keçidlərin tutulmasına imkan verilməməlidir.

Yaşayış evlərində elektrik və qaz cihazlarının təhlükəsiz istifadə olunmasına, tüstü boru və bacalarının düzgün quraşdırılmasına, təmizlənməsinə fikir verilməlidir. Yaşayış binalarının birinci mərtəbəsində, zirzəmisində asan alışan və yanar mayelərin saxlanılması, təxliyə yolları hesab edilən pilləkən qəfəslərində və dəhlizlərdə əl damlarının yaradılması, eləcə də pilləkən marşları altında və onların meydançalarında əşyaların yığılması qadağandır.

Hündürmərtəbəli yaşayış binalarının mərtəbələrində yanğına qarşı daxili yanğın su kranlarını şlanqlarla, birləşdirici başlıq və lülələrlə təchizini, su təzyiqini qaldırmaq üçün nəzərdə tutulmuş nasosların, avtomatik yanğın xəbərverici siqnalizasiya və yanğınsöndürmə qurğularının, tüstü xaricetmə və ventillyasiya sistemlərinin işlək vəziyyətdə olması təmin edilməlidir.

Qəsəbə və kənd yaşayış məntəqələrində, fərdi həyətyanı sahələrdə də quru otların daşınması, yığılması, sobalardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına da diqqət yetirilməlidir. Bütün bunlar isə əlbəttə ki, mənzillərdə, fərdi yaşayış sahələrində yanğınların baş verməməsinə və hadisə zamanı insan itkisinin qarşısının alınmasına xidmət edir.

Yanğınların baş verməməsi üçün hər bir vətəndaş yanğın təhlükəsizliyi qaydalarını bilməli və onlara əməl etməlidir!

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti[right][/right]

Oxunub: 274
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-03-2023, 22:59

Bakda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi

Hadisə

16-10-2021, 18:12

Bakıda daha bir yanğın olub:

Gündəm

16-08-2021, 16:08

FHN-in Türkiyədəki qüvvələrinin bir hissəsi Vətənə qayıtdı

Hadisə

5-08-2021, 09:05

Bakıda yaşayış binasında yanğın

Cəmiyyət

21-02-2020, 11:24

Nəsimi rayonunda yaşayış binasının dam örtüyündə baş verən yanğın söndürülüb

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • Bugün, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • Bugün, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • Bugün, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • Bugün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Bugün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Bugün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Bugün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Bugün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Bugün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Bugün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Bugün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 21:28
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
31-07-2026, 17:32
Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə