Səhhətim yaxşıdır, sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır.
Xəbər verilir ki, bunu Ermənistanda əsirlikdən azad edilən Hüseyn Axundov deyib.
O bildirib ki, Azərbaycana döndüyü üçün çox xoşbəxtdir.
Əsirlikdən azad edilən Aqşin Bəbirov isə vurğulayıb: “Bu dövlət bizi qoymazdı ki, uzun müddət əsir qalaq. Vətən üçün can da verərək, can da alarıq".