• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Ən böyük AĞDAMLI…

Cəmiyyət

1-04-2024, 10:33

Ən böyük AĞDAMLI…
Yazıb-yaratmaq həvəsi, həyat eşqi hələ də tükənməyib. Özünə güvənən, aktiv, o cümlədən hədsiz enerjili adamdır. Cəsarətli və qorxmazdır. Meydandan geri çəkilmək, hadisələrə biganə qalmaq, eləcə də danışmaq vacib olan yerdə susmaq təbiətinə yaddır. Ən sıxıntılı vaxtlarında belə depressiyaya məruz qalmır. Görüşlərə gecikməyi sevmir. Əzmkar, çalışqan və çox inadkardır. Necə deyərlər, heç kimin qrşısında əyilməyi sevmir. Yeniyetmə yaşlarında dalaşqan, gənclik illərində isə çılğın olub. Bu xüsusiyyət hələ də onu tərk etməyib, lazım gəlsə, qollarını çırmalayıb nadanlarla dalaşa da bilər…

“Dəli-dolu, davakar olduğuma görə o vaxt məni institututdan da qovublar. Dəli-doluluq öz yerində, həm də inqilabçı olmuşam. Elçibəy, Vəkil Hacıyev, Bəxtiyar Vahabzadə müəllimlərimiz olub. Onlar kimə dərs deyiblərsə, o uşaqlar sanki sovet vətəndaşı deyildilər, türk idilər. Bəxtiyar Vahabzadə Azərbaycan sovet ədəbiyyatından heç vaxt dərs deməyib, tələbədən də soruşmayıb. O, bizim bilmədiyimiz insanlardan, yazıçılardan danışırdı. Deyirdi ki, kitabda olanları özünüz oxuyun və o, kitabda olmayanlardan dərs deyirdi.
Əbülfəz bəy də eynilə. Onun dərslərində başqa universitetlərdən də tələbələr gəlib otururdular.
Onların dərs dedikləri insanlar sonradan inqilabçı oldular. Xalq hərəkatında öndə gedən adamlar onlar olub. İndi də bir nəsil yetişir. İndi gələn nəsil bizdən istedadlıdır. Bizdən daha üsyankar, istəklidir. Bizim iddiamızı ortaya qoymağımız çətin idi, nə qəzet, nə jurnal var idi. İndi Allaha şükür, 20 yaşında roman yazır, çap etdirir. Facebook-a yerləşdirir, hamı da oxuyur”, - söyləyir...

Xüsusi liderlik qabiliyyətinə malikdir, mükəmməl təhlil etmək və düzgün qərar vermək bacarığı var. Bu xüsusiyyəti ona həmişə uğur qazandırır. Yalan vəd verməkdən, kimisə aldatmaqdan zəhləsi gedir. Hətta bunun üçün zəruriyyət yaransa belə, susmağa üstünlük verir. Səmimiyyətinə söz ola bilməz...

Deyir ki,- “Səmimi olmaq çox çətin məsələdir. İndi səmimi insanları sevmirlər. Mən isə başqa cür ola bilmərəm. Mənim ailəmdən, doğulduğum torpaqdan gəlib bu səmimiyyət. İnsanları sevirəm, bacardığım qədər hər kəsə əl tutmağa çalışıram. Deputat kimi rayonlara gedəndə insanları kəndin çayxanalarında qəbul edirəm. Qarabağda ləqəbim var: "Müəllim". "Müəllim gəlib" - deyirlər, hər kəs çayxanaya gəlir, mən də bacardığım qədər hər kəsə kömək edərəm. Bəzilərinə gücüm çatmayanda onu da deyirəm, yalan vəd vermirəm. Mən rayonlara adətən səhərlər çıxaram. Yolda kimisə görəndə mütləq o insanları götürüb getdikləri yerə çatdıraram. Çox adam məni tanımır yol gedəndə. Belə hallarla da qarşılaşıram. Adam olub, dövlətdən inək istəyir, ala bilmir, maşını icra hakimiyyətinin qarşısına sürüb, o məsələni həll etmişəm. Heç vaxt kimisə yolda qoymaram”.

Yəqin ki, haqqında söhbət açdığım yazıçı, jurnalist, millət vəkili Aqil Abbası Azərbaycanda tanımayan adam yoxdur. Kimisi əsərlərini, kimisi məqalələrini oxuyub, kimisi də milli məclisdəki fəaliyyətini izləyib və s. Odur ki, tərcümeyi-halından uzun-uzadı danışıb vaxtınızı almaq istəmirəm, bir neçə kəlmə yetər. 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində Məhəmməd kişinin ailəsində anadan olub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüblər. Ağdam 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsilini davam etdirib. 1976-cı ildə əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim kimi başlayıb və bir il orada çalışıb. 1977-1987-ci illərdə "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri, 1987-1990-cı illərdə isə "Sovet kəndi" qəzetinin xüsusi müxbiri işləyib.
1990-cı ilin iyulunda “Ədalət” qəzetini yaradıb və nəşrin baş redaktor kimi fəaliyyət göstərib.
Bədii yaradıcılığa 1970-ci ildən başlayıb. Elə o vaxtlardan da mətbuatda müntəzəm çıxış edir.
Onun hekayə və povestləri, romanları “Ədəbiyyat” qəzetində, “Ulduz” və “Azərbaycan” jurnallarında dərc olunub. Çoxsaylı kitablar və romanlar müəllifi kimi tanınmış və nüfuz qazanmış, ziyalı keyfiyyətləri ilə seçilmiş A.Abbas Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2012-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
"Qiyamət gecəsi", "Qapqara uzun saçlar" povestlərinin və “Dolu” filminin ssenari müəllifidir.
2005-ci ildən Milli Məclisin deputatıdır. Bir sıra mükafatlara layiq görülüb.

Ötən günlərin söhbətidir, televiziya rəhbərlərindən birinin yanında görüşdük. Birlikdə olduğumuz bir saatda mobil telefonuna gələn zənglər susmaq bilmirdi. Cavablarından hiss edirdim ki, seçiciləri və dostlarıdır. Seçicilər maddi yardım, iş istəyir, dostları isə, kimisi toya, kimisi də qonaqlığa dəvət edirdi. "Yorulmursuz ki?", - deyə soruşdum. O isə:- “Bəzən yoruluram, amma usanmıram. Çünki elə insanlar var ki, nə qədər kömək etsən də, yenə gəlir, yenə istəyir, bundan insan yorulur. Təsəvvür edin, hər həftə gəlirlər, amma yenə də əliboş qaytarmıram, kimsəni naümid qoymuram. Bəzən elə olur ki, cibimdə pul olmur, milli məclisin yeməkxanasına düşüb, borc alıb verirəm”, - deyə cavab verdi...

Gözütox, mərhəmətli, mehriban, ədalətli adamdır. Elə bu xüsusiyyətlərinə görə də Tanrı ondan heç nəyi əsirgəməyib. Necə deyərlər, çin olmayan arzusu qalmayıb. Allahdan nə diləyibsə verib.

“Ən böyük arzum Şuşanı, Ağdamı görmək, Qarabağa qayıtmaq olub. O da, çox şükür, reallaşdı. Tanınmış yazıçı, jurnalist olmaq istəmişəm, o arzuma da çatmışam. İndi arzularım ancaq nəvələrimlə bağlıdır. İnsanlar arzuları bitsə, intihar edər…”, - söyləyir.

Bəli, haqqında sevə-sevə danışdığım Aqil Abbas xalqın adamıdır, xalqın arasında olmaqdan rahatlıq tapır. Azərbaycanın yazılı tarixində yer tutan, ürəklərdə yuva quran ağsaqqal yazarımızın aprelin 1-də 71 yaşı tamam olur. Bu münasibətlə ona möhkəm cansağlığı, firəvan həyat arzulayıram.

Oxunub: 259
Paylaş:
Digər xəbərlər

İdman

2-04-2023, 22:46

“Millidən qayıdan futbolçuları formaya salmaq üçün 20 gün vaxt lazım olur”

Sosial

4-06-2022, 08:25

Polad Həşimovun anası nazirə: “O, şəhid ailələrinin qapısına piyada gəlməli idi”

Sosial

18-04-2022, 16:19

Elçin Ləmbəranski Hüseynin “fan” ordusundan DANIŞDI - “Özgəyə itaət, özünə rişxənd bəlkə də bu millətin fitrətindədir”

Gündəm

16-08-2021, 09:00

Bəxtiyar Vahabzadənin doğum günüdür

Cəmiyyət

30-04-2020, 16:23

Dərs ilinin yekunlaşacağı vaxt açıqlandı

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • Dün, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • Dün, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • Dün, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • Dün, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • Dün, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • Dün, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Dün, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • Dün, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
  • Dün, 09:11
    "Qarabağ" bu gün Konfrans Liqasının ilk oyununa çıxır
  • Dün, 09:08
    Paytaxtın 3 əsas yolunda TIXAC var
  • Dün, 09:06
    Ceyhun Bayramov Ukraynaya getdi
  • Dün, 09:05
    Kartdan-karta ödənişlərdə limit kimlərə tətbiq olunmayacaq? - AÇIQLAMA
  • 5-08-2026, 16:03
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • 5-08-2026, 16:02
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • 5-08-2026, 16:01
    Şöbə rəisi vəzifədən azad edildi
  • 5-08-2026, 15:31
    Azərbaycan İranı qardaş ölkə hesab edir - Hikmət Hacıyev
  • 5-08-2026, 14:02
    Sosial şəbəkələrdə yaş tələblərini pozanlar bu qədər cərimələnəcək
  • 5-08-2026, 14:01
    Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ
  • 5-08-2026, 13:59
    Vətən həsrəti bitənlərin sayı artır: daha 27 ailə doğma evinə köçdü
  • 5-08-2026, 11:24
    Dövlət Agentliyinin sədrinə müavin təyin olundu
  • 5-08-2026, 11:17
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
  • 5-08-2026, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • 5-08-2026, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • 5-08-2026, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • 5-08-2026, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • 5-08-2026, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • 5-08-2026, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • 5-08-2026, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • 5-08-2026, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • 5-08-2026, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • 4-08-2026, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • 4-08-2026, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • 4-08-2026, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • 4-08-2026, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə