Siyəzəndə bacısını öldürməkdə təqsirləndirilən Mustafazadə Səfər Əmrah oğlunun işi üzrə ibtidai istintaq yekunlaşıb.
Məlumata görə, toplanan materiallar araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Aynur Rzayevanın sədrli etdiyi heyət tərəfindən baxılacaq.
Qeyd edək ki, avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.