Rusiyada son sutka ərzində daha 8946 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
XƏBƏRNUR APA-ya istinadla xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 353 427 nəfərə çatıb.
Son sutka ərzində 92 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3633 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 118 798 nəfərdir.