
İranda ötәn sutka әrzindә daha 2 364 nәfәr koronavirusa (COVID19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.
XƏBƏRNUR Trend-ə istinadən bildirir ki, K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 171 789 nәfәrә yüksәlib. Onlardan 2 596 nәfәrin vәziyyәti ağırdır.
Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 72 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 8 291 nәfәrә çatıb.
Nazirlik rәsmisi indiyәdәk 134 349 nәfәrin koronavirusdan sağaldığını deyib. İranda indiyәdәk 1,08 milyondan çox diaqnoz testi hәyata keçirilib.