
Ermənistanda koronavirusa yoluxanların sayı 20 588 nəfərə çatıb.
XƏBƏRNUR Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 320 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 10 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 360 nəfər koronavirusdan ölüb, 11 097 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.