• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Koronavirus: ABŞ-da yeni xəstələnənlərin rekord sayı, Fransada ikinci dalğa gözlənilir

Dünya

3-07-2020, 19:19

Koronavirus: ABŞ-da yeni xəstələnənlərin rekord sayı, Fransada ikinci dalğa gözlənilir

ABŞ-da epidemioloqlar hakimiyyət orqanlarını koronavirusun cilovlanması üzrə təcili tədbirlər görməyə çağırırlar, əks halda gec ola bilər. BMT dünyadakı hərbi münaqişələri ən azı 3 ay müddətinə dondurmağı xahiş edir. Pandemiyanın ikinci dalğasına hazırlaşan Fransa maska ehtiyatı görür.

XƏBƏRNUR AZƏRTAC-a istinadən bildirir ki, Cons Hopkins Universitetinin məlumatına görə, bu günə qədər koronavirusa yoluxanların sayı 10,7 milyona, bu səbəbdən ölənlərin sayı 516 minə çatıb. COVID-19-dan ən çox zərər çəkmiş ölkə ABŞ-dır. O, hər iki göstərici üzrə digər ölkələri xeyli qabaqlayır.

BMT Təhlükəsizlik Şurası pandemiya başlayandan bəri ilk dəfə xüsusi qətnamə qəbul edərək dünyada münaqişə vəziyyətində olan bütün tərəfləri 3 ay müddətinə atəşkəs elan etməyə çağırır ki, COVID-19-un daha geniş yayılmasının qarşısı alınsın.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, Yaxın Şərq ölkələrinin koronavirusa qarşı mübarizədə bütün imkanları tükənib. ÜST ekspertlərinin sözlərinə görə, Suriya və Yəmən kimi münaqişə zonalarında həkimlərin bu xəstəliyin yayılmasına nəzarət etmək imkanları yoxdur.

ABŞ-da sutka ərzində yoluxanların yeni rekord göstəricisi - 52 min hadisə qeydə alınıb. Texas, Florida və Kaliforniya kimi iri ştatlarda vəziyyət daha pisdir. Bəzi ştatlarda yenidən karantin tətbiq edilib.

İnfeksiyanın yayılması fonunda Prezident Donald Tramp tibbi maskalar barəsində öz fikrini dəyişib. Əvvəlcə bu maskaları faydasız hesab edən Tramp indi bəyan edib ki, bu qoruyucu vasitədən istifadə olunmasını dəstəkləyir. Bununla bərabər, Tramp vurğulayıb ki, maska taxılması zəruri deyil.

Çərşənbə günü "Fox Business Network" teleşirkətinə müsahibə verən Tramp deyib: "Mən maskaları bütünlüklə və tamamilə dəstəkləyirəm". Prezidentə sual verilib ki, o, özü maska taxardımı? Prezident belə cavab verib: "Əgər mən insanlarla bərabər çətin vəziyyətə düşsəydim, əlbəttə maska taxardım". Tramp daha sonra deyib ki, maskada necə görünməsi hətta "bir qədər xoşuna gəlir". O, zarafatla əlavə edib ki, maska onu Tənha reyncerə - Amerika vesternlərinin cinayətkarlara qarşı mübarizə aparan personajına bənzədir.

ABŞ-ın baş epidemioloqu Entoni Fauçi xəbərdarlıq edib ki, epidemiyanın cilovlanması mexanizmi tezliklə tapılmasa, o, fəlakətli miqyas alacaq.

Fauçi bbc-yə müsahibəsində deyib: "Biz həm yoluxanların, həm də ölənlərin sayına görə hər hansı başqa ölkədən daha çox zərər çəkmişik. İndi biz yeni problemlə üzləşmişik: hökumət ölkəni nisbətən normal məcraya qaytarmağa çalışır və biznes sahələrini qismən açır, lakin belə bir vaxtda ayrı-ayrı ştatlarda yoluxmaların sayının kəskin artması müşahidə olunur".

O, ABŞ-da və Avropada görülmüş tədbirləri müqayisə edərək vurğulayıb ki, Avropa ölkələrinin çoxunda orta hesabla 97 faiz, ABŞ-da isə yalnız 50 faiz lokdaun tətbiq edilib, bu da virusun daha çox yayılmasına səbəb olub. Onun fikrincə ABŞ-da çoxları, xüsusən gənclər sosial məsuliyyət nümayiş etdirmirlər.

Epidemiya başlayandan bəri ABŞ-da təqribən 2,7 milyon nəfər xəstələnib, 128 min pasiyent ölüb. Bunlar dünyada ən pis göstəricilərdir.

Fransada epidemiyanın ikinci dalğasını gözləyirlər. Ölkənin hakimiyyət orqanları şirkətlərə və müəssisələrə azı 10 həftəlik maska ehtiyatı görməyi tövsiyə edirlər. Fransa İqtisadiyyat və Maliyyə Nazirliyində bildiriblər: "Biz növbəti tədris ilinin başlanmasına hazırlaşırıq və virusun qayıtması riski var".

Cons Hopkins Universitetinin məlumatına görə, epidemiya başlayandan bəri Fransada təqribən 203 min nəfər xəstələnib, 29,8 min nəfər ölüb. İyunun əvvəlindən Fransa sürətlə lokdaundan çıxmağa başlayır.

Serbiyanın bəzi regionlarında yoluxma statistikası artmağa başlayandan sonra həmin regionlarda yenidən karantin tədbirləri tətbiq edilib. Bu ölkə gediş-gəliş üçün ən təhlükəsiz sayılan ölkələrin yaxın vaxtlarda Avropa İttifaqı ilə razılaşdırılmış siyahısına daxil edilib, lakin Avstriya bildirir ki, o, Serbiyadan gələnlər üçün məhdudiyyətlər tətbiq edə bilər.

Norveçin NRK telekanalının məlumatına görə, Norveç sərhəd xidmətinin veb-kameraları İsveçdən insanların bu ölkəyə gəlməsini qeydə alıblar, hərçənd Oslo qonşu ölkə ilə gediş-gəlişə ciddi məhdudiyyətlər qoyub.

NRK-nın məlumatında deyilir ki, həmin veb-kameraların köməyi ilə sərhəddə polis postları olub-olmadığını izləmək mümkündür, bəzi qayda pozanlar da bu imkandan istifadə ediblər. Jurnalistlər bu məsələ ilə əlaqədar sərhəd xidməti ilə əlaqə saxlayandan sonra sərhəddəki veb-kameralar söndürülüb.

Danimarkada futbol üzrə ölkə kubokunun final matçını yarımçıq kəsməli olublar, çünki komandalardan birinin fanatları tribunalarda sosial məsafəni gözləməkdən imtina ediblər. Polis bir dəstə adamı stadiondan çıxarmalı olub və bundan sonra oyun davam edib.

Latın Amerikası ölkələrində də yoluxmaların artması müşahidə olunur. Koronavirusa yoluxmuş və bu səbəbdən ölmüş insanların sayına görə ABŞ-dan sonra dünyada ikinci yeri tutan Braziliyada 60 mindən çox adam vəfat edib.

Cənubi Afrikada son bir gündə 8100 nəfər vəfat edib. Bu, epidemiya başlayandan bəri ən yüksək göstəricidir. Cənubi Afrika Respublikasında bütün Afrika qitəsi miqyasında ən pis vəziyyət yaranıb: burada təqribən 160 min nəfər xəstələnib, 2749 nəfər ölüb.

Yeni Zelandiyanın Səhiyyə naziri istefa verib. Məlum olub ki, nazir karantin qaydalarını pozurmuş, buna görə ölkə ictimaiyyəti onun açıq üzr istəməsini tələb edib.

Yeni Zelandiya epidemiyanın öhdəsindən daha uğurla gəlmiş ölkə hesab edilir. Orada 1530 nəfər xəstələnib, 22 nəfər ölüb. Bu ölkənin hakimiyyət orqanları xarici sərhədləri başqa ölkələrdən daha tez bağlayıb və lokdaun tətbiq ediblər.

İsrail parlamenti belə bir təklifin lehinə səs verib ki, COVID-19 diaqnozu təsdiq edilmiş vətəndaşların mobil telefonlarında saxlanılan informasiyanın təhlükəsizlik xidmətləri üçün 3 həftə müddətində əlçatan olmasına icazə verilsin.

Əsasən bu insanların diaqnozu təsdiq ediləndən əvvəlki 14 gün ərzində olduğu yerlər izlənəcək. Hakimiyyət orqanları bu addımı yoluxanların sayının artması fonunda atıblar.

İsraildə cəmi 26,2 min nəfər yoluxub, 322 nəfər ölüb.

Oxunub: 538
Paylaş:
Digər xəbərlər

Dünya

30-05-2020, 13:04

Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatdı

Dünya

24-05-2020, 12:51

Rusiyada COVID-19-a yoluxanların sayı 344 481-ə, ölənlərin sayı 3541-ə çatıb

Dünya

24-05-2020, 02:03

Dünyada koronavirusa yoluxanların sayı 110 minə yaxın artıb

Dünya

17-05-2020, 00:16

Dünyada koronavirusa yoluxanların sayı 87 minə yaxın artıb

Gündəm

6-05-2020, 02:38

Dünyada koronavirusa yoluxanların sayı 3,5 milyonu keçib

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Daha çox
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə