
Son bir gün ərzində Ermənistanda qeydə alınan koronavirus infeksiyası hallarının sayı 442 artaraq 34 001 nəfərə çatıb.
XƏBƏRNUR xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi ölkənin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytına istinadən yayıb.
Mənbə bildirir ki, cümə axşamı respublikanın səlahiyyətliləri 33,559 təsdiq edilmiş koronavirus infeksiyası və 607 ölüm hadisəsinin olduğunu bildirmişdi.
COVID-19-a qarşı mübarizə çərçivəsində martın 16-dan avqustun 12-dək ölkədə fövqəladə vəziyyət elan edilib.
“Ermənistanda 34 001 koronavirus hadisəsi təsdiqləndi. 22 492 xəstə sağaldı. 620 adam öldü” deyib.
ÜST-ün son məlumatına görə, dünyada 13.3 milyondan çox yoluxma hadisəsi aşkar edilib, 580 mindən çox insan ölüb.