Çində ötən ilin dekabrından peyda olan və sürətlə yayılan ölümcül koronavirus (2019-nCoV) səbəbindən dünyada tibbi maskaların çatışmazlığı yaranıb.Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi ağız maskasına tələbatı artıb.
Amma bu tələbatdan sui-istifadə edənlərdə var Belə ki,Bakı sakini redaksiyamıza müraciət edərək bildirib ki,”Qaraçuxur qəsəbəsində ünvanı göstərilən aptekdə müxtəlif əşyaları parlatmaq üçün nəzərdə tutulmuş parça bezi rezin ip tikib maska əvəzi bir ədədini 9 manata satırlar. Göstərilən qutuda 4 ədəd olur. Qutusu 36 manata müştərilərə təklif olunur. Həmçinin “maskaların” hansı gigiyenik şəraitdə hazırlanması məlum deyil.”
Qeyd etməyi özümüzə borc bilirik ki,dünyanı cənginə alan Covid-19 qarşı mübarizə bütün dünyada aparıldığı kimi,respublikamızda da yüksək səviyyəylli tədbirlər görülür.
Karantin rejimi elan olunmaqla yanaşı vətəndaşlara "evdəqal" çağırışı edilir.
Bu ağır,çətin günlərdə fürsətdən istifadə edib "varlanmaq" istəyənlərə isə həm qanun həm də vicdan qarşısında cavab verməyə səsləyirik.
Əminik ki,adıçıkilən aptekdə satılan bu maska hüquq-mühavizə orqanlarının diqqətinə səbəb olacaq. Analoq.az
Xəbərnur