• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Həkim: İyul ayında hazırkı dalğa daha da sürətlənə bilər

Gündəm

22-06-2020, 14:38

Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün geniş tədbirlər görülür. Kütləvi tədbirlərin, insanların qrup şəklində bir arada olmasının qadağan edilməsi, eləcə də təhsil müəssisələrinin və sərhədlərin bağlanılması infeksiyanın yayılmasının qarşısının alınması üçün həyata keçirilən uğurlu tədbirlərdəndir.


Həkim: İyul ayında hazırkı dalğa daha da sürətlənə bilər




Bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

"Təəssüf ki, atılan addımlara baxmayaraq, virusa yoluxanların və ölənlərin sayı artır. Yəqin ki, bu tədbirlər həyata keçirilməsəydi, yoluxma və ölüm hallarının sayı fantastik rəqəmlərlə müşahidə olunardı. Bu, bir daha onu göstərir ki, tətbiq edilən xüsusi karantin rejimi və məktəblərin bağlanılması nəticəsində virus daha da geniş yayıla bilməyib. Təbii ki, yoluxma və ölüm hallarının indiki artımı da müvafiq preventiv tədbirlərin səmərəsizliyindən irəli gəlmir. Bu, bütün dünyada belədir. Əgər insanlar məsuliyyətdən yayınıb şəxsi gigiyena qaydalarına əməl etməsələr, məsafə saxlamasalar, tibbi maskadan istifadə etməsələr, o zaman COVID-19-un yayılma sürəti də həyata keçirilən istənilən qabaqlayıcı tədbiri üstələyə biləcək. Virusun zərərsizləşdirilməsi isə peyvənd tapılana və ya insanlar immunitet qazanana qədər qeyri-mümkündür", - deyə Nuran Abdullayev qeyd edib.

Azərbaycanlı həkim söyləyib ki, dövlətin virusun yayılmasının qarşısının alınmasına qarşı həyata keçirdiyi tədbirlərə cəmiyyət tərəfindən də lazımi dəstək verilərsə, bu zaman virusun yayılma sürəti kifayət qədər azalar. Lakin təəssüflər olsun ki, son günlərdə vətəndaşların laqeyd münasibəti və etinasızlığı, təcrid qaydalarına riayət olunmaması nəticəsində yoluxma halları daha da artır. Yaxın keçmişə nəzər salsaq, aprel və may aylarına nisbətən hazırda ölkəmizdə yoluxma hallarının necə sürətlə yayıldığını görürük. Bu sürətin artım tempinə ölkəmizdə koronavirusun geniş yayıldığı rayon və şəhərlərin sakinlərinin digər rayon və şəhərlərə istirahətə yollanması da müəyyən mənada köməklik göstərib. Təsəvvür edin ki, simptomsuz virus daşıyıcısı koronavirusun yayılmadığı rayon və şəhərə istirahətə gedirsə, bu, getdiyi ərazidə nə qədər insanı yoluxdurması deməkdir. Beləliklə, bir nəfərin məsuliyyətsizliyi ucbatından daha bir rayon və ya şəhər təhlükə altına düşmüş olur.

N.Abdullayev qeyd edib ki, vətəndaşlar Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu günlərdə tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatandan sonra da qaydalara əməl etməyi, bunu özlərinin yeni həyat tərzinə çevirməyi bacarmalıdırlar: "Hazırda ölkəmizin bir neçə şəhər və rayonunda iyunun 21-dən iyulun 5-dək sərt karantin rejimi tətbiq edilib. İyulun 5-dən sonra biz iki həftəlik bu qapanmanın müsbət nəticəsini görsək belə, sevinib yenidən küçələrə, kafe və restoranlara axışmamalıyıq. Yəni, iyulun 5-dən sonra yoluxma halları azalsa belə, biz qaydalara əməl etməkdə davam etməliyik, maskalardan istifadəyə və məsafənin saxlanılmasına xüsusi diqqət yetirilməlidir. Əgər qaydalara əmək etməsək, iyul ayında hazırkı dalğa daha da intensivləşə və sürətlənə bilər. Hər kəs bilməlidir ki, həyata keçirilən bütün tədbirlər yalnız insanların sağlamlığının qorunması üçündür və yalnız insanlar özləri məsuliyyətli olub bu tədbirlərin effektli olmasına dəstək ola bilərlər. Əks halda yoluxmanın qarşısını almaq olmaz”.

Oxunub: 646
Paylaş:
Digər xəbərlər

Dünya

11-06-2020, 01:22

Karantin 3 milyon insan ölümünün qarşısını aldı

Cəmiyyət

5-06-2020, 02:54

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

Dünya

17-05-2020, 00:16

Dünyada koronavirusa yoluxanların sayı 87 minə yaxın artıb

Cəmiyyət

20-03-2020, 14:44

Azərbaycanda bütün təhsil müəssisələrində tətilin müddəti uzadıldı

Cəmiyyət

12-03-2020, 17:47

Novruz şənlikləri ləğv edildi - RƏSMİ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
31-07-2026, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • 31-07-2026, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • 31-07-2026, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • 31-07-2026, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • 31-07-2026, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • 31-07-2026, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • 31-07-2026, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • 31-07-2026, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • 31-07-2026, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • 31-07-2026, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • 31-07-2026, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə