Dəyərli iş xanımı və bir çox beynəlxalq layihələrin təmsilçisi Vüsalə İslamova oğluna yazdığı öz ürək sözləri ilə sosial mediyada bir çox insanların diqqətini çəkib.
Elə
XƏBƏRNUR komandasıda həmin yazını olduğu kimi oxucularına təqdim edir:
Sən ƏKBƏRSƏN! ƏKBƏR NƏ DEMƏK BİLİRSƏNMİ?
ƏKBƏR ən böyük deməkdir.Bəli sən mənim ən böyüyümsən. ƏKBƏRİMSƏN.
ƏN böyük məhəbbətimsən. Ən böyük arzumsan. Ən böyük hisslərimsən. Ən böyük ümidlərimsən. Ən böyük gələcəyimsən.
Bəzən ayaq üstə duracaq gücüm yoxkən, sən mənim həyatda durma səbəbimsən.
Sən dünyaya gəldin mən ana oldum. O yupyumru,məsum işıq saçan gözlərini gördüm. Qıvırcıq saçlarına toxundum,qoxunu içimə çəkdim və anladım... yaşadığımı anladım.
Sən gəldin mən özümü tapdım. Səninlə böyüməyə başladım. Səninlə iməklədim, səninlə addımladım, səninlə qaçdım... Hələ də o minik əllərindən tutub davam edirik yürüməyə... Sən gələcəyinə, mən sənin gələcəyinin asanlaşması yollarına...
Sən ƏKBƏRSƏN! Həyatın belə böyüdə bilmədiyi məni böyüdən ən böyük gücsən. Dünyaya gəlişin belə böyük gün idi.. Milli sevgililər günü Tanrının mənə bəxş etdiyi ən böyük sevgi payımsan. Tanrımdan tək diləyim bu sevgimdə yanılmayım. Səni vətəninə ailəsinə layiqli bala kimi görüm. Və sənə səni tək, öz ayaqları üstə,və hər kəsdən artıq,alnı açıq,başı dik böyüdən bir ana sözü: Sənə söz verirəm oğlum. Səni daim sevəcəm.
Səni ən çox səhvlərində sevəcəm. Səni ən çox zəifliyində sevəcəm. Səni ən çox gücsüzlüyündə sevəcəm. Səni ən çox çarəsizliyində sevəcəm. Mən səni hər anımda sevəcəm... çünki sən mənə məhz bunları öyrətdin. Sevməyi öyrətdin mənə. Hər səhvimdə, hər yıxıldığlmda, hər çarəsizliyimdə, hər gücsüzlüyümdə sevgin tutdu əllərimdən və qaldırdı məni və hər dəfəsində daha güclü qadın olaraq qalxdım o yerdən...
Səninlə daha asan və sevgi ilə keçdim həyatın sınaqlarından.
Mənə sevgini öyrədən adam. Yaxşı ki doğulmusan. Yaxşı ki mənim Əkbərim olmusan. Nə olur olsun nəə olur olsun ADIN OL! ƏKBƏR OL! BÖYÜK OL!❤Aydın Ulusoy