• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir

Gündəm

5-03-2021, 11:26

Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir



XƏBƏRNUR AZƏRTAC-a istinadən bildirir ki, bununla əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Vatikanda səfərdə olub.

Səfər zamanı Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi imzalanma mərasimini Vatikanla Azərbaycan arasında münasibətlərdə əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd edilib ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoyur. Əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə nəzər salan kardinal üç mühüm mərhələ barədə məlumat verib və diqqətə çatdırıb ki, ilk mərhələdə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası həyata keçirilib və bərpadan sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ictimaiyyət üçün açılış mərasimi olub. İndi artıq ictimaiyyət möhtəşəm freskaları restavrasiya olunmuş həmin katakombaları ziyarət edə bilir.

İkinci mərhələ Müqəddəs Sebastian Bazilikasında yaradılmış muzey olub və sarkofaqların restavrasiya edilərək qorunan muzeyin təşkilində Fondun prezidenti Mehriban Əliyeva yaxından dəstək göstərib. Hazırkı üçüncü mərhələdə isə məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Komodilya katakombalarını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir.

Kardinal diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsası qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, eyni zamanda, dinlərarası dialoqun inkişafına öz töhfəsini verir: "Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın xristian mədəni irsinə böyük qayğı ilə yanaşması çox diqqətəlayiq bir məqamdır," - deyə kardinal bildirib. O, Azərbaycan nümayəndə heyətinin tərkibində ölkədəki bütün dini icmaların nümayəndələrinin də təmsil olunmasını dini müxtəlifliyə verilən yüksək qiymət kimi dəyərləndirib. Yeni əməkdaşlıq razılaşması Roma şəhərindəki katakombalardan birinin ictimaiyyət üçün açılması və bu yolla Roma şəhərinin mədəni zənginliyinə daha bir incinin əlavə olunması ilə nəticələnəcək. 2025-ci ildə Roma şəhərində Roma-katolik kilsəsi üçün xüsusi əhəmiyyət daşıyan və hər 25 ildən bir qeyd edilən "Müqəddəs il" yubiley tədbirləri keçiriləcək və "əbədi şəhər"ə dünyanın hər tərəfindən turist və zəvvarlar axışacaq. Bu isə bərpadan sonra açılacaq Komodilya katakombalarına çox sayda ziyarətçinin gəlməsinə imkan verəcəkdir: "Ona görə də biz Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk və onu öz mədəni icmamızın tərkibində görürük, çünki Fond da bizim kimi həm mədəni, həm də dinlərarası dialoqun inkişaf məqsədlərini diqqət mərkəzində saxlayır".

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb. O, təxminən bir il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Vatikana səfər etdiyini, burada görüşlər keçirildiyini qeyd edib. Bildirilib ki, Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tacla əməkdaşlığı sayəsində dünya mədəni irsinin qorunması üzrə layihələrin həyata keçirilməsinə nail olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu uğurlu münasibətləri daim diqqətdə saxladığı qeyd edilib. Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın məktubu kardinal C.Ravaziyə təqdim edilib.

Məktubda bildirilir ki, birgə səylərimiz Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirir. Bu səylər qlobal səviyyədə daha çox ehtiyac duyulan mədəniyyətlərarası və dinlərarası dialoqa konkret və praktik töhfəmizi əks etdirir.

Qeyd edilir ki, Azərbaycan Heydər Əliyev Fondunun fəaliyyəti ilə ötən illər ərzində mədəni irsin bütün elementlərinin bizim üçün eyni dərəcədə əziz olduğunu nümayiş etdirib. Xristian katakombaları coğrafi, mədəni və dini məhdudiyyətlərə baxmayaraq, dünya irsinin nümunələri hesab edilir və buna görə də həmin abidələr qorunmalı və təbliğ olunmalıdır. Beləliklə, Azərbaycan Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə səmərəli əməkdaşlığını davam etdirməyə hazırdır.

Məktubda bildirilir ki, Komodilla katakombalarının bərpası və mühafizəsi üzrə layihədə iştirak etməyimizə şərait yaradacaq digər bir müqavilənin imzalanması dünya mədəni irsinin qorunmasına möhkəm sadiqliyimizi bir daha təsdiqləyir. İki il ərzində həyata keçiriləcək layihənin tamamlanması bu əhəmiyyətli katakombaların ziyarətçilər üçün açılmasına şərait yaradacaq.

Daha sonra qeyd edilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və ətraf yeddi rayonuna otuz ilə yaxın davam edən hərbi təcavüzü və işğalı nəticəsində Azərbaycanın həmin ərazilərdəki misilsiz mədəni irsinə çox böyük ziyan dəyib. Ötən il Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları, nəhayət işğaldan azad edildikdə həmin ərazilərdəki dəhşətli dağıntıların miqyasını görmək son dərəcə ağrılı idi. Yüzlərlə tarixi abidənin - muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunması ilə bağlı gördüyümüz reallıq gözlədiyimizdən daha pis oldu. "İndi bizim qarşımızda azad edilmiş bu torpaqların bərpa edilməsi kimi böyük bir vəzifə durur. Əminəm ki, bunun öhdəsindən uğurla gələcəyik. Dağıdılmış şəhər və kəndləri bərpa edəcəyik. Mənşəyindən asılı olmayaraq məhv edilmiş mədəni irsin hamısını bərpa etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çünki bu irs ölkəmizin qürur duyduğumuz mədəni müxtəlifliyini təcəssüm etdirir", - deyə məktubda bildirilir.

Görüş zamanı Azərbaycan nümayəndə heyəti Vatikanda icra olunan layihələr zamanı beynəlxalq ekspertlərin cəlb olunduğunu qeyd edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki tarixi-mədəni irsin bərpasında Vatikan mütəxəssislərini yaxından iştiraka, öz fikir və tövsiyələri ilə bu prosesə töhfə verməyə çağırıb.

Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti Heydər Əliyev Fondu və Vatikan arasında əməkdaşlıq çərçivəsində görülmüş işlərin qısa məcmusu haqqında danışıb və üçüncü mərhələdə görüləcək bərpa işlərinə dair təqdimatla çıxış edib. F.Biskonti qeyd edib ki, ümumi uzunluğu yeddi kilometrə çatan Komodilla katakombalarının tarixi eramızın 4-cü əsrinə gedib çatsa da, onlar XV əsrdə yenidən aşkarlanıb və qazıntı işləri XX əsrdə aparıldı. Qəza vəziyyətində olan katakombaların tavan hissəsinin konservasiyası işlərində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir texnologiyalardan istifadə edilir.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli və Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycandakı dini tolerantlıq, multikultural mühit, eləcə də dini icmalar üçün yaradılmış şəraitdən danışıblar.

Nümayəndə heyəti daha sonra Roma şəhərinin VIII rayonu ərazisində yerləşən Komodilla katakombaları ilə tanış olub. Roma şəhərinin VIII rayonunun bələdiyyə sədri Amadeo Çiakkeri bu rayonun ərazisində yerləşən katakombanın tarixi əhəmiyyətini qeyd edib və bildirib ki, insanların gur hərəkət etdiyi ərazidə yerləşən katakombanın Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası layihəsi sakinlərin sevincinə səbəb olub. Qeyd olunub ki, bərpa işləri bu tarixi abidəyə ictimaiyyət və turistlərin marağını artıracaq, eləcə də bu abidənin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin edəcək.

Müqəddəs arxeologiyası üzrə Pontifik Komissiyasının arxeoloqu Barbara Matsei Komodilla katakombasının olduqca həssas bir hissəsində indiyədək restavrasiya işlərinin aparılmadığını diqqətə çatdıraraq qeyd edib ki, bərpa işləri, eyni zamanda, təsvirlərin yaxından tədqiqi və analizi üçün unikal fürsət yaradacaq. Abidələrin strukturu zərif olduğuna görə bu işlərdə müasir texniki avadanlıq və metodlardan istifadə ediləcək, həmçinin rəsmlərin çəkilmə texnikası, istifadə edilən boya və digər materiallar da diqqət mərkəzində olacaq.

Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti ekskursiya zamanı Komodilla katakombasının tarixi barədə məlumat verib. Qeyd edilib ki, erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahına çevrilmişdi. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar dini və tarixi əhəmiyyət daşıyır. Eyni zamanda, qeyd edilib ki, ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib və Heydər Əliyev Fondunun göstərdiyi dəstək olmasaydı, katakombanın böyük arxeoloji dəyərə malik bu hissəsi uça bilərdi.

Nümayəndə heyəti, həmçinin Müqəddəs Sebastian katakombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzey və restavrasiya edilmiş sarkofaqlarla da tanış olub. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib. Hazırda muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katakombada isə Fondun dəstəyi ilə restavrasiya olunmuş, eramızın IV əsrinə aid sarkofaq və barelyeflər yerləşir. İncildən səhnələrin yer aldığı barelyef erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır.

Eyni zamanda, qeyd edilib ki, Roma şəhərində 60-dan çox katakomba mövcud olmasına baxmayaraq, onlardan cəmi bir neçəsi ictimaiyyət üçün açıqdır. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan işlər dini və mədəni irsin qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır.

Sonra nümayəndə heyəti IV əsrdə katakombanın üzərində inşa edilmiş Müqəddəs Sebastian Bazilikası ilə də tanış olub.

Həmçinin restavrasiya işləri 2020-ci ildə başa çatan Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı "Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü" barelyefinə baxış olub.

Beləliklə, Heydər Əliyev Fondu dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən növbəti layihəsinə imza atdı.

Oxunub: 640
Paylaş:
Digər xəbərlər

Siyasət

29-06-2020, 19:36

Prezident və birinci xanım İçərişəhərdə aparılan işlər ilə tanış oldular

Gündəm

9-05-2020, 20:31

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib

Cəmiyyət

24-03-2020, 19:53

Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb və himayəsindəki müəssisələrə yardım edib

Cəmiyyət

29-02-2020, 12:48

Azərbaycan Vatikanda böyük hörmətə malikdir - Katolik kilsəsinin dini rəhbəri

Siyasət

31-10-2019, 12:51

Mehriban Əliyevanın tapşırığı ilə Elçibəyin evi təmir edildi — FOTO

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • Bugün, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • Bugün, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • Bugün, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • Bugün, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • Bugün, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • Bugün, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Bugün, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • Bugün, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
  • Bugün, 09:11
    "Qarabağ" bu gün Konfrans Liqasının ilk oyununa çıxır
  • Bugün, 09:08
    Paytaxtın 3 əsas yolunda TIXAC var
  • Bugün, 09:06
    Ceyhun Bayramov Ukraynaya getdi
  • Bugün, 09:05
    Kartdan-karta ödənişlərdə limit kimlərə tətbiq olunmayacaq? - AÇIQLAMA
  • Dün, 16:03
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • Dün, 16:02
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 16:01
    Şöbə rəisi vəzifədən azad edildi
  • Dün, 15:31
    Azərbaycan İranı qardaş ölkə hesab edir - Hikmət Hacıyev
  • Dün, 14:02
    Sosial şəbəkələrdə yaş tələblərini pozanlar bu qədər cərimələnəcək
  • Dün, 14:01
    Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ
  • Dün, 13:59
    Vətən həsrəti bitənlərin sayı artır: daha 27 ailə doğma evinə köçdü
  • Dün, 11:24
    Dövlət Agentliyinin sədrinə müavin təyin olundu
  • Dün, 11:17
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
  • Dün, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Dün, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • Dün, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • Dün, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • Dün, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • Dün, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • Dün, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • Dün, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Dün, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • 4-08-2026, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • 4-08-2026, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • 4-08-2026, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • 4-08-2026, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə