Milli Məclisin toxunulmazlığı ləğv edilən deputatı Eldəniz Səlimov Binəqədi rayon Məhkəməsinə gətirilir.
Məlumata görə, polisi döyməkdə ittiham olunan deputat yaxın dəqiqələrdə hakim qarşısına çıxarılacaq. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılacaq.
Qeyd edək ki, bu gün deputat Eldəniz Səlimov Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. O, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşını döyməkdə təqsirli bilinir.